
Hindistanın Aqra şəhərində, Camna çayı sahilində yerləşən Tac-Mahal dünya memarlığının şah əsəridir. Bu abidə Böyük Moğolların türk, islam və hind memarlıq üslublarının elementlərini birləşdirən ən möhtəşəm abidəsidir. Böyük Moğollar İmperiyasının hökmdarı, Əmir Teymurun nəslindən olan Cahan şahın əmri ilə ucaldılmış Tac-Mahal həm də əbədi məhəbbətin rəmzidir.
Bəs belə bir möcüzəni yaratmağa Cahan şahı nə sövq etmişdi? 1630-cu ildə Cahan şaha böyük kədər üz verdi. Xanımı Mümtaz Mahal Banu Bəyim 14-cü övladını dünyaya gətirən zaman gözlərini əbədi yumdu. Heç cür ovuna bilməyən Cahan şah bir il sonra Mümtaz Mahala böyük məhəbbətini misli görünməmiş memarlıq abidəsində əbədiləşdirmək qərarına gəldi.
Türbənin tikintisi 1652-ci ildə başa çatdı. Tac-Mahalı ərsəyə gətirmək üçün minlərlə sənətkar gecə-gündüz çalışdı.
Böyük və gözəl fəvvarəli bağ içində salınmış Tac-Mahal beşgünbəzli möhtəşəm binadan və künclərindəki 4 minarədən ibarət tikilidir. Türbənin xarici görünüşü mütləq simmetriya konsepsiyasına söykənir və Mümtaz Mahalın məqbərisinə nəzərən mərkəzi-ox simmetriyasına malikdir.
Tac-Mahalın divarları yarımşəffaf ağ mərmərlə örtülüb. Rəngini dəyişən, daha doğrusu, belə bir təsəvvür yaradan mərməri inşaat yerinin 300 kilometrliyində yerləşən daş karxanasından gətirirdilər. Mərmər gündüzlər ağ, dan yeri söküləndə, qürub çağında çəhrayı, gecələr isə gümüşü rəngə çalırdı. Dekorativ elementlər müxtəlif boya, suvaq, daş inkrustasiya və oyma fiqurların köməyi ilə yaradılıb. Kompleksin divarlarına dekorativ elementlər kimi Qurani-Kərimdən parçalar həkk olunub. Divarlar və tavan əlvan daşlarla – firuzə, qara, qırmızı və narıncı əqiq, malaxit, mirvari, sədəf, kəhrəba, zümrüd və yaqutla işlənib. Ümumiyyətlə, 28 növ yarımqiymətli və qiymətli daşlardan istifadə olunub. Bu daşları hətta Çin, Əfqanıstan, Tibet və Şri-Lankadan gətirirdilər.Türbəni türk memarı Ustad Məhəmməd İsa Əfəndi tikib.
Türbəni bəzəyən günbəzlər qızıl suyu çəkilmiş fiqurlarla tamamlanıb. Yeri gəlmişkən, sərdabəni bəzəyən mərmər günbəz Tac-Mahalın ən cəlbedici hissəsidir. Onun hündürlüyü 35 metrdir. Baş günbəzin əzəldən qızıldan olan tacı XIX əsrdə tuncla əvəzlənib. Tacı ucları səmaya istiqamətlənən aypara tamamlayır. Saray ümumən 1,2 hektar ərazidə yerləşir.
Əfsanəyə görə, Camna çayının o biri sahilində qara mərmərdən oxşar tikili ucaldılmalı, bu iki tikilini birləşdirmək üçün çayın üzərindən boz mərmərdən körpü çəkilməli idi. Amma Cahan şah bu niyyətini həyata keçirməyə macal tapmır. Tac-Mahalın tikintisi başa çatandan çox keçməmiş oğlu Cahan şahı devirir və onu Dehli qalasına salır. Ölümündən sonra onu sevimli xanımının yanında dəfn edirlər. Hazırda onların sərdabələri türbənin içindədir.
XIX əsrin sonunda Tac-Mahalın ayrı-ayrı hissələri baxımsız vəziyyətə düşdü. Türbə Britaniya əsgərləri və məmurları tərəfindən qarət edildi. Onlar binanın divarlarından qiymətli daşları söküb aparırdılar. Elə həmin vaxt lord Keyzon irimiqyaslı yenidənqurma işlərinə başladı. Bərpa işləri 1908-ci ildə başa çatdı. Moğalların bir vaxtlar cənnəti xatırladan bağına da əl gəzdirib, onu Britaniya üslubuna saldılar.
Tac-Mahal Hindistanın hər il milyonlarla turist cəlb edən ən görməli yerlərindən biridir. Bu abidə 1983-cü ildə UNESCO-nun Dünya Mədəni İrs Siyahısına, 2007-ci ildə isə ümumdünya səsverməsi nəticəsində Dünyanın Yeddi yeni möcüzəsi siyahısına salınıb.









- 09:31 Xivə şəhərində IV Beynəlxalq Baxşı Festivalının açılışı olub
- 09:26 Berlində azərbaycanlı gənc musiqiçilərin konserti olub
- 09:22 Rabat Amerikan Məktəbində Mədəniyyət Günü Azərbaycan zəngin irsi ilə fərqlənib
- 09:17 Üzeyir Hacıbəylinin 140 illik yubileyi münasibətilə beynəlxalq elmi-praktiki konfrans keçirilib
- 17:16 Mərdəkan Mədəniyyət Sarayında estrada müğənnisi Kazım Canla görüş keçirilib
- 13:07 "Qonağımız var " layihəsinin növbəti qonağı Türk sənət musiqisinin tanınmış siması Müşərrəf Akay olub
- 17:30 “Əsl məhəbbət” bədii-sənədli filmi nümayiş olunub
- 16:35 Azərbaycan Dövlət Kukla Teatrı Ankarada çıxış edib
- 15:37 Milli İncəsənət Muzeyində Üzeyir Hacıbəylinin 140 illiyi münasibətilə konsert keçirilib
- 15:34 Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin sistemindəki musiqi və incəsənət məktəblərinə ilk dəfə birgə elektron qəbul
- 14:33 Milli Kitabxanada “Mikayıl Rəfili - 120” adlı kitab sərgisi açılıb
- 12:34 “Muğam” Televiziya Müsabiqəsi başlayır
- 10:59 Gənclər kitabxanası “Ədəbiyyatımızın Mir Cəlal zirvəsi” adlı elektron məlumat bazasını istifadəçilərə təqdim edib
- 10:33 “Mədəniyyətlərarası səyahət” adlı tədbir keçirilib
- 10:20 “Uzaq sahillərdə” filmi Berlində bərpa olunub
- 10:15 Şəhid Quluzadə Qurbanəlinin ailəsinə ziyarət təşkil edilib
- 10:06 “Səma” rəqs ansamblı 23 Aprel-Milli Suverenlik və Uşaq Bayramında iştirak edib
- 09:39 "Rənglər dünyası" adlı rəsm sərgisi nümayiş olunub
- 09:15 Qırğızıstanda Azərbaycan Mədəniyyəti Günləri böyük təntənə ilə başa çatıb
- 09:13 Rusiyanın Tula şəhərində rəssam Hədis Hacıyevin səhnə tərtibatında “Tartüf” tamaşası təqdim edilib
- 09:10 Mərakeşin paytaxtında “Əlifba” mədəni layihəsinin təqdimatı keçirilib
- 09:06 Bişkekdəki "Manas” teatrında Qədim Musiqi Alətləri Ansamblının konserti keçirilib
- 19:24 "Qonağımız var" layihəsi çərçivəsində Xalq yazıçısı Kamal Abdulla ilə görüş keçirilib
- 18:53 “Böyük ömrün anıları” adlı tədbir keçirilib
- 16:19 Aşıq Ələsgər irsinə həsr olunmuş tədbir: Qədim yurd yerlərimiz gündəmdə
- 14:49 Xalq şairi Bəxtiyar Vahabzadənin 100 illiyi münasibətilə hazırlanmış “Hikmət mücrüsü” kitabının təqdimatı olub
- 14:47 Gənclər Kitabxanasında görkəmli alim Mikayıl Rəfiliyə həsr olunmuş virtual kitab sərgisi hazırlanıb
- 14:11 “Zərifə Əliyeva: elmin və nəcibliyin simvolu” adlı dəyirmi masa keçirilib
- 11:55 Azərbaycan Bəstəkarlar İttifaqında Milli Məclisin deputatı Aydın Mirzəzadə ilə görüş keçirilib
- 11:20 “Nəsildən-nəslə teatr” layihəsinin növbəti qonağı Nicat Kazımov olacaq
- 10:51 “Azərbaycan Konstitusiyası və Suverenlik İlinin əhəmiyyəti” mövzusunda dəyirmi masa keçirilib
- 10:19 “Azərbaycan Kino Günləri” təşkil olunacaq
- 09:33 Azərbaycanlı rejissor Bişkekdə ustad dərsi keçib
- 09:24 Ağanağı Axundovun şəxsi arxivindən nadir kinomateriallar Dövlət Film Fonduna təhvil verilib
- 09:21 Bişkekdə Üzeyir Hacıbəylinin 140 illiyinə həsr olunan təntənəli konsert keçirilib
- 09:11 II Beynəlxalq Opera Festivalı “Arşın mal alan” operettasının premyerası ilə açılıb
- 17:27 Milli Kitabxanada Ukrayna dilində “Əli və Nino” kitabının təqdimatı keçirilib
- 16:39 Üzeyir Hacıbəylinin 140 illiyinə həsr olunmuş hesabat konserti keçirilib
- 15:02 “Narkomaniyaya yox deyək” adlı maarifləndirici tədbir keçirilib
- 14:57 Gənclər Kitabxanasında yazıçı Sevinc Nuruqızı ilə görüş keçirilib
- 14:27 Mirzə Qədim İrəvaninin həyat və yaradıcılığına dair mühazirə oxundu
- 14:25 “AKİDocs – sənədli filmin inkişafı və pitçinq” beynəlxalq layihəsinə start verilib
- 12:54 Azərbaycanlı sənətşünaslar Bişkekdə mühazirə keçiblər
- 12:47 Musiqi məktəblərinin şagirdlərinin konserti keçirilib
- 12:10 Xalq rəssamı Əzim Əzimzadənin 145 illik yubileyi qeyd olunub
- 11:58 Azərbaycan Mədəniyyət Mərkəzi Türk Dil Kurumu ilə birgə ana dilimizin təbliği ilə bağlı layihələr həyata keçirəcək
- 11:06 Milli Kitabxanada Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü münasibətilə ənənəvi kitab sərgisi hazırlanıb
- 10:24 Yazıçı-publisist Hacı Qəni Camalzadə ilə görüş keçirilib
- 10:02 Dövlət Rəqs Ansamblı "Mənim Azərbaycanım" adlı konsert proqramı ilə bişkeklilərə unudulmaz anlar yaşadıb
- 09:59 23 Aprel - Ümumdünya Kitab və Müəlliflik Hüququ Günüdür
- 09:42 Qırğızıstan Milli Kitabxanasında Bəxtiyar Vahabzadənin kitablarının təqdimatı keçirilib
- 09:39 Qırğızıstan Milli Kitabxanasında "Azərbaycan ədəbiyyatı guşəsi" açılıb
- 17:05 “Səma” rəqs ansamblı 23 Aprel-Milli Suverenlik və Uşaq Bayramına qatılıb
- 16:27 Şirvan-Salyan və Mil-Muğan Regional Mədəniyyət İdarələrinin təhsilverənləri ilə attestasiyaya dair görüşlər keçirilib
- 15:43 Azərbaycan nümayəndə heyəti Bişkekdə "Ata-Beyit" memorial kompleksini ziyarət edib
- 15:14 Beynəlxalq Muğam Mərkəzində Xalq artisti Hacı Məmmədovun 105 illiyi qeyd olunacaq
- 14:16 Gənclər kitabxanasında general Əliağa Şıxlinskinin 160 illiyi münasibətilə silsilə materiallar hazırlanıb
- 11:53 Görkəmli rəssam Mirzə Qədim İrəvaninin irsi Bişkekdə sərgidə təqdim olunur
- 11:47 Bişkekdə “Azərbaycanın sənət incilərində yaşayan milli irsi" sərgisi açılıb
- 09:56 Bu gün tanınmış aktyor və rejissor Həsən Əblucun doğum günüdür