Görkəmli Azərbaycan şairi Molla Pənah Vaqif 1717-ci ildə Qazax yaxınlığındakı Salahlı kəndində anadan olub. Vaqif yaxşı təhsil görüb, fars və ərəb dillərini öyrənib. Astronomiya, riyaziyyat, musiqi və poetika üzrə geniş biliyə malik idi.
Qazaxda, sonra isə Qarabağda mədrəsələrdə dərs deyib, elmi və bacarığı ilə fərqləndiyinə görə Molla Pənah adını alıb. Qarabağa gəldikdən az sonra Şuşada məktəb açan şair tez bir zamanda şəhər sakinləri arasında həm yaxşı müəllim, həm də istedadlı şair kimi tanınıb. Bunu nəzərə alan Qarabağ hakimi İbrahimxəlil xan Vaqifi baş vəzir təyin edib.
1796-cı ildə qraf Valerian Zubovun başçılıq etdiyi rus qoşunları Qarabağ sərhədlərinə yaxınlaşanda İbrahimxəlil xan oğlu Əbülfət ağanın başçılığı ilə onun yanına elçilər göndərib. Bu heyətə Vaqif və tanınmış Qarabağ bəylərinin oğlanları da daxil idi. Səfarət geri dönərkən İbrahimxəlil xanla birlikdə Vaqifə də II Yekaterinanın adından qiymətli hədiyyələr verilir.
1797-ci ildə Ağa Məhəmməd şah Qacar Şuşaya hücum edir, şəhəri ələ keçirən Qacar bir gün sonra orada sui-qəsd nəticəsində öldürülür. Hakimiyyətə gələn Məhəmməd bəy isə Molla Pənah Vaqifi və onun oğlu Əli bəyi Cıdır düzündə öldürtdürür. Vaqifin evi talan olunur, əlyazmaları yandırılır. Qarabağda böyük mənsəb və nüfuz sahibi olan Molla Pənah Vaqifin həyatı belə bir faciəli sonluqla bitir.
Vaqif Şərq poeziyasının bütün klassik formalarından istifadə etsə də, yaradıcılığında əsas yeri qoşma janrı tutub və o, öz ədəbi məktəbini sadəlik, xəlqilik, nikbinlik kimi əlamətlərlə ölməzlik qazanan qoşmalarla yaradıb. Şairin yaradıcılığında heca vəznində yazılmış parlaq ədəbi nümunələr də geniş yer tutur.
Məzmunca oxşar olan gözəlləmələrinin — insan gözəlliyinin tərənnümünə həsr edilən əsərlərinin cəlbedici olmasının səbəbi şairin onları tükənməyən ilhamla yeni çalarda, yeni təravətdə qələmə almasıdır. Vaqifin səmimi, ülvi hisləri, qadına humanist münasibəti bu şeirlərin hər birində fərqli şəkildə təzahür edərək oxucunun zövqünü oxşayır. Şair Azərbaycan qadınını geyimi, davranışı, mənəvi aləmi ilə birlikdə təqdim edir. Onu kamalda yetkin, gözəllikdə qüsursuz görməyi arzulayır. Bütün bunlar ədəbiyyatımızın real həyata, insanın gerçək duyğularına yaxınlaşması idi, əsl yenilik idi.
O, həyatının son günlərində qələmə aldığı “Bax”, “Görmədim” kimi əsərlərində zəmanəsinin ictimai-siyasi eyiblərinə kəskin etirazını bildirib, nifrətini gizlətməyib.
Dostu Molla Vəli Vidadiyə ünvanladığı “Bax” rədifli qəzəlində şair insanları zamanın gərdişindən, baş verən hadisələrdən, Qacarın timsalında zalım, qəddar hökmdarların taleyindən ibrət almağa səsləyir:
Üz çevir Ağa Məhəmməd xandan, ey kəmtər gəda, Ta həyatın var ikən nə şaha, nə xunxarə bax!
“Görmədim” müxəmməsi təkcə Vaqifin yaradıcılığında deyil, ümumiyyətlə, ədəbiyyatımızda ictimai lirikanın ən yaxşı nümunələrindən sayılır. Zəmanəsində mövcud olan bütün təbəqələrə mənsub insanları bir-bir nəzərdən keçirən şair onların eyiblərini sadalayır, bu vəziyyətə düşmələrinin səbəbini açıqlayır:
Xah sultan, xah dərvişü gəda bilittifaq, Özlərin qılmış giriftari-qəmü dərdi-fəraq, Cifeyi-dünyayədir hər ehtiyacü iştiyaq, Munca kim, etdim tamaşa, sözlərə asdım qulaq, Kizbü böhtandan səvayi, bir hekayət görmədim.
Vaqifin poeziyası bədii sənətkarlıq baxımından orijinal və təkrarolunmazdır. Qoşmalarındakı oynaqlıq və aydınlıq, əruz vəznində yazdığı əsərlərdə sadəliyin nisbətən güclü olması təsadüfi deyildir. Bu, şairin ruhən xalqına, xalq ədəbiyyatına bağlı olmasından irəli gəlib.
Sevgiliyə müraciətlə yazılan şeirlərdə xəlqilik elə güclüdür ki, onlar canlı söhbət təsiri bağışlayır, oxucunu dərhal cəlb edir.
Ala gözlü, sərv boylu dilbərim, Həsrətin çəkdiyim canan, bəri bax! Gecə-gündüz fikrim, zikrim, əzbərim, Üzüldü taqətim, aman, bəri bax!
Zəngin qafiyələr, bol-bol istifadə edilən orijinal məcazlar, yeni rədiflər, xalqımızın min illərlə işlətdiyi ifadələr, məsəllər… Vaqif şeirinin aparıcı atributlarıdır. Əruz vəznində olan şeirlərində işlənmiş alınma sözlər onun əsərlərinin dil aydınlığına ciddi xələl gətirmir, onlar milli sözlərin əhatəsində anlaşıqlı olur.
Onun “Durnalar”, “Heyran olmuşam”, “Toy adamları”, “Sonalar kimi”, “Tel nazik” və başqa şeirlərinə mahnılar bəstələnib. Səməd Vurğun “Vaqif” dramını və Ramiz Mustafayev eyni adlı operanı istedadlı şairə həsr edib.
- 09:45 “Şəhərsalma və Memarlıq İli” çərçivəsində əl işləri və rəsm sərgisi təşkil edilib
- 09:39 Ceyhun Mirzəyevin 80 illik yubileyi ilə əlaqədar “Ögey ana” filmi nümayiş olunub
- 10:05 Heydər Əliyev Mərkəzində “Akinak” tammetrajlı bədii filminin premyerası keçirilib
- 20:52 Eurovision – 2011 qalibi, sevilən müğənni Nigar Camal “Qonağımız var” layihəsinin növbəti qonağı olub
- 09:39 Xalq artisti Ramiz Həsənoğlu 80 illiyi münasibətilə Mədəniyyət Nazirliyinin "Fəxri diplomu" ilə təltif olunub
- 10:19 Regionlarda mədəni qastrol proqramı – aprel 2026
- 17:51 Mədəniyyət naziri Adil Kərimli Ağdamda vətəndaşları qəbul edəcək
- 09:57 “Bız bakıttı balamız “ adlı çoxjanrlı beynəlxalq müsabiqə keçirilib
- 13:05 31 Mart-Azərbaycanlıların Soyqırımı Günündən 108 il ötür
- 13:38 “Akinak” filmi may ayından etibarən kinoteatrlarda nümayiş olunacaq
- 10:15 “Könlümü şeirə vermişəm” adlı tədbir keçirilib
- 14:43 “Novruz bayramı -Baharın rəngi” adlı tədbir keçirilib
- 18:30 Ramazan bayramı qeyd olunub
- 08:23 “Səma” rəqs ansamblı “Bahar sevinci” adlı konsert proqramı ilə çıxış edib
- 15:20 Qocalar evində Ramazan bayramı qeyd olunub
- 13:00 M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasına “Bösendorfer” konsert royalları təqdim olunub
- 17:42 Azərbaycanda ilk dəfə Bakı və regionları əhatə edən genişmiqyaslı mədəni qastrol proqramı həyata keçiriləcək
- 12:34 “Zamanda səyahət” tamaşası nümayiş olunub
- 12:12 Teatr Xadimləri İttifaqı və Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının təşkilatçılığı ilə təntənəli tədbir keçirilib
- 23:46 “Mədəniyyət İncisi” layihəsi çərçivəsində növbəti konsert təqdim olunub
- 20:02 8 Mart-Beynəlxalq Qadınlar Günü qeyd olunub
- 19:46 Xanım İsmayılqızının 70 illik yubileyinə həsr olunmuş görüş keçirilib
- 15:48 Bəstəkar Sevda Rəhimova “Ömür yollarının sədası” adlı müəllif konserti təqdim edib
- 16:54 “Ürək deyir, yaşa hələ” adlı ədəbi-bədii gecə keçirilib
- 12:14 Mədəniyyət naziri Adil Kərimli Hacıqabulda vətəndaşları qəbul edəcək
- 21:51 Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar film təqdim olunub
- 21:46 “Torpağı sanı yaşayasan” qısametrajlı bədii film nümayiş olunub
- 21:35 Qaradağ rayon Heydər Əliyev Mərkəzində film nümayiş edilib
- 21:25 Mədəniyyət Nazirliyinin kollektivi Xocalı soyqırımı abidəsini ziyarət edib
- 21:10 “Tarixin susmayan harayı: Xocalı” adlı tədbir keçirilib
- 18:03 Yubilyar mədəniyyət xadimləri nazirliyin Fəxri diplomu ilə təltif olunub
- 17:38 Millət vəkilləri və incəsənət xadimləri attestasiya prosesini müşahidə ediblər
- 17:11 2026/2027-ci tədris ili üzrə incəsənət məktəb və mərkəzlərinə təhsilalanların qəbulu elan olunur
- 16:58 “Sənin üçün” qısametrajlı bədii filminin nümayişi keçirilib
- 15:45 “Ögey ana” filmi nümayiş olunub
- 16:00 “Qızıl uçurum” filmi nümayiş olunub
- 16:35 Mədəniyyət naziri Adil Kərimli Qax rayonunda vətəndaşların müraciətlərini dinləyib
- 11:40
- 12:06 Berlində Azərbaycan Kino Günləri keçirilib
- 09:05 Mədəniyyət Nazirliyinin 2025-ci ildəki fəaliyyətinə dair genişləndirilmiş kollegiya iclası keçirilib
- 09:22 Honq Konq Konservatoriyasında Azərbaycanın simfonik və populyar musiqisindən bəhs olunub
- 09:53 “İncəsənət Müəllimlərinin Qış Məktəbi” layihəsi həyata keçiriləcək
- 10:38 Əməkdar artist Cabir Abdullayev ilə görüş keçirilib
- 09:41 Ölkədə mədəni irsin korlanması və məhv edilməsi ilə bağlı məsuliyyəti sərtləşdirən yeni qaydalar qüvvəyə minir
- 09:22 Tofiq Quliyev adına 12 nömrəli Onbirillik Musiqi Məktəbinin şagirdi Cavidan Babazadənin solo konserti keçirilib
- 11:43 Sevilən müğənni Leyla Rəhimli ilə görüş keçirilib
- 10:08 2026-cı il Gənclər üçün Prezident mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
- 09:48 “Üzeyir Hacıbəyli Mükafatı” qaliblərinin təltifetmə mərasimi keçirilib
- 09:34 “20 Yanvar-Milli yaddaşımızın iradə gücü” adlı anım tədbiri keçirilib
- 14:36 “Azərbaycan Mədəniyyəti – 2040” Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
- 14:22 “Mədəniyyəti – 2040” Konsepsiyasının Mədəniyyət Nazirliyinin qurumları üçün təqdimatı keçirilib
- 17:05 Mədəniyyət naziri Adil Kərimli Ağsuda vətəndaşları qəbul edəcək
- 17:02 Azərbaycanlı şairin “Bəxt ulduzu” kitabı Kazanda tatarca işıq üzü görüb
- 09:18 Azərbaycanlı rəssamın əsəri Pekin Beynəlxalq Biennalesində nümayiş olunur
- 15:42 Hərbi Hissədə bayram konserti keçirilib
- 12:33 “Həmrəyliyin rəngləri” adlı rəsm sərgisi təşkil edilib
- 11:56 "Qış nağılı" adlı tamaşa nümayiş edilib
- 11:36 Şövkət Ələkbərova adına 20 nömrəli Onbirillik Musiqi Məktəbində konsert keçirilib
- 11:07 24 nömrəli Onbirillik Musiqi Məktəbində bayram konserti keçirilib
- 09:30 “Mən dünyaya aktrisa olmaq üçün gəldim…” – Xalq artisti Amalya Pənahovanın 80 illik yubiley gecəsi