XƏBƏRLƏR
MƏLUMAT
“Firidun bəy Köçərli” adlı elektron məlumat bazası təkmilləşdirilərək istifadəçilərə təqdim olunub
ÜMÜMİ XƏBƏRLƏR
30/06/2021 05:09

Görkəmli ədəbiyyatşünas alim, tanınmış maarifpərvər, ictimai xadim Firidun bəy Əhmədağa oğlu Köçərliyə həsr edilmiş “Firidun bəy Köçərli” adlı elektron məlumat bazası təkmilləşdirilərək istifadəçilərə təqdim edilib.

AZƏRTAC xəbər verir ki, F. Köçərli adına Respublika Uşaq Kitabxanası tərəfindən hazırlanan məlumat bazasında ümumilikdə 320 kitab və məqalələr yer alıb.

Bazaya ədibin həyat və yaradıcılığını əhatə edən materialların tam variantı daxil edilib. 1911-2021-ci illəri əhatə edən elektron məlumat bazasında ədəbiyyatşünas alimin həyat və yaradıcılığının əsas tarixləri, onun müdrik deyimləri, görkəmli şəxsiyyətlərin onun haqqında söylədiyi fikirləri, əsərləri, haqqında yazılan kitablar, məqalələr və dissertasiyalar, Firudin bəy Köçərliyə həsr edilmiş şeirlər, fotoalbom, sənədli filmlər, cizgi filmləri və s. yer alıb.

Elektron məlumat bazası ilə aşağıdakı keçiddən tanış ola bilərsiniz: 

http://clb.az/elektron/Kocerli/index.html 

Baxış sayı: 656