XƏBƏRLƏR
MƏLUMAT
Bakıda Elmira Abasovanın 90 illiyinə həsr olunmuş tədbir keçiriləcək
ÜMÜMİ XƏBƏRLƏR
13/04/2022 05:58

Bakıda Elmira Abasovanın yubileyinə həsr olunmuş tədbir keçiriləcək. Bu haqda BakuPlus.az xəbər verir.

Görkəmli musiqişünas-alim, pedaqoq, Əməkdar incəsənət xadimi, professor Elmira Abasovanın anadan olmasının 90 illiyinə həsr olunmuş tədbir 15 aprel, 15:00-da Azərbaycan Musiqi Mədəniyyəti Muzeyində baş tutacaq.

Tədbirin bədii hissəsində Azərbaycan, Qərbi Avropa və rus bəstəkarlarının əsərləri ifa olunacaq.

BMA-nın professoru, Respublikanın Xalq artisti Ülviyyə Hacıbəyova, Əməkdar artist Fərid Əliyev, BMA-nın dosenti Nərgiz Salmanlı və digərləri də yubiley tədbirinin iştirakçılarından olacaqlar.

Baxış sayı: 159