XƏBƏRLƏR
MƏLUMAT
“Zəfər yolunun qəhrəmanları” rubrikasında Ceyhun Nəhmətov
ÜMÜMİ XƏBƏRLƏR
08/09/2023 00:47

Ceyhun Ehtiqad oğlu Nəhmətov 8 sentyabr 1994-cü ildə Bakı şəhəri Xəzər rayon Mərdəkan qəsəbəsində anadan olub. 2001–2012 ci illərdə Bakı şəhəri Xəzər rayon Mərdəkan qəsəbəsində 123 saylı orta məktəbdə təhsil alıb. 2012-ci ildə Dövlət Sərhəd Xidməti Akademiyasına qəbul olub.

2016-cı ildə Dövlət Sərhəd Xidməti Akademiyasını Leytenant rütbəsi ilə bitirib və həmin ildə Sərhəd Qoşunlarının Yevlax Çevik hərbi hissəsində iş fəaliyyətinə başlayıb. 2018-ci ildə Qazax Sərhəd dəstəsinə yollanaraq orada Zastava rəisi vəzifəsində işini davam edib. 2019-cu ildə isə Zaqatala Sərhəd Dəstəsinə yollanaraq xidmətini davam etdirib.

2020-ci ildə döyüşlərdən əvvəl Xüsusi Təyinatlı Qruplarında təlim keçərək sentyabr ayının 27-dən Xüsusi Təyinatlı olaraq döyüşlərə başlayıb. Kəlbəcər, Füzuli, Cəbrayıl, Laçın karidoru, Qubadlı, Zəngilan uğrunda gedən döyüşlərin hər birində fəal iştirak edib. Cəbrayılın azad edilməsində ayağından qəlpə yarası almağına baxmayarağ döyüşə davam edib. Əlində qumbara ilə erməni səngərində 7–8 ermənini birdən partladıb məhv edib. 8 noyabr 2020-ci ildə Zəngilanın Ağbənd yüksəkliyi uğrunda gedən döyüşdə şəhid olub. 8 noyabr 2020-ci ildə Bakı şəhəri 3-cü Fəxri Xiyabanda dəfn edilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən Ceyhun Ehtiqad oğlu Nəhmətov ölümündən sonra 3-cü dərəcəli "Vətənə Xidmətə Görə" ordeni, "Vətən Uğrunda", "Zəngilanın alınmasına görə" medalları ilə təltif edilib.

Baxış sayı: 191