Naxçıvan şəhərində, xalq arasında “Ata-baba günbəzi” adı ilə məşhur olan türbə 8 yüz illik yaşını tamamlamasına baxmayaraq, hələ də Naxçıvanın mərkəzində yüksəlir. Abidə yeraltı sərdabədən və yerüstü bürcvari hissədən ibarətdir.
Sərdabə planda səkkizbucaqlı şəklindədir. Abidənin yerüstü hissəsi də daxildən və xaricdən səkkizbucaqlı şəklindədir. Türbənin səkkizbucaqlı gövdəsi piramidaşəkilli kərpic günbəzlə örtülüb. Daxildə isə türbənin günbəzi çatmatağ şəkilli günbəzlidir. Beləliklə, Yusif Küseyir oğlunun türbəsində biz ikiqat günbəz quruluşunun ən görkəmli, bizim zəmanəmizə qədər əvvəlki şəklini mühafizə etmiş bir nümunəsini görürük.
Türbənin bütün səkkiz səthi müxtəlif şəkilli həndəsi ornamentlə bəzənib. Bu ornamentlər kiçik kərpiclərdən quraşdırılmış, sonra gəc məhlulu ilə tavalar şəklində bərkidilərək səthlərin üzərində möhkəmləndirilib. Quruluşu etibarilə türbənin yalnız bir səthi, qərb tərəfə baxan səthi, başqa şəkildə həll edilib. Burada türbənin giriş qapısı yerləşdirilib. Çatmatağ şəkilli bu qapı üzərində haşiyələr formasında verilmiş həmin hissə çıxıntılar vasitəsilə bir portal şəklini alıb. Türbənin rəis, xoca Yusif Küseyir oğlu üçün hicri 557-ci ildə, yəni miladi 1162-ci ildə tikildiyini göstərən kitabə bu səthin yuxarı hissəsində yerləşdirilib.
Türbənin səthlərindən yuxarı hissə qurşaq şəklində ayrılıb və burada da kitabə yerləşdirilib. Kufi xətlə işlənmiş bu kitabənin giriş qapısından sol tərəfdəki hissəsində memarın adı yazılıb: “Naxçıvanlı memar Əcəmi Əbubəkr oğlu”. Yusif Küseyir oğlunun türbəsi həcmi etibarilə bir o qədər böyük tikinti olmasa da, memarlıq bəzəyi sadə olsa da, öz ümumi kompozisiyasının aydınlığı, hissələrinin mütənasibliyi etibarilə və eləcə də inşaat işlərinin diqqətlə aparılması cəhətdən gözəl bir memarlıq abidəsidir.
Yusif ibn Küseyr məqbərəsinin bəzəklərində şirli kərpiclərdən istifadə olunmayıb. Bu abidədə yazılar müxtəlif ölçülü kərpiclərin hörgüyə düzülüşü nəticəsində əldə edilib. Frizlər və haşiyələrdəki kitabələrin fonunda şaquli “ləm”, “əlif”, "kəf” hərflərinin arasındakı sahələr həndəsi naxışlarla zənginləşdirilib. Müxtəlif rəngli şirli kərpiclərdən və lövhələrdən Möminə xatun məqbərəsinin bədii tərtibatı işində istifadə edilib. Onguşəli məqbərənin bütün tərəfləri kufi xətli yazılarla haşiyələnib. Kitabələrin mətni Quran ayələridir. Məqbərənin tərəflərindəki hər on stalaktit tağda təkrar olunan yazıda deyilir: “Hakimiyyət vahid, qadir Allaha məxsusdur”.
- 15:19 Azərbaycanlı gənc rəssamların Romada sərgisi açılacaq
- 14:50 Kinematoqrafçılar üçün ingilis dili kursu layihəsinə qəbul elan edilib
- 11:47 “Fotokompozisiya” kitabı təkrar nəşr olunub
- 09:44 Bu gün Xalq artisti Leyla Bədirbəylinin anadan olmasının 105 ili tamam olur
- 16:25 “Səma” rəqs ansamblı hesabat konserti ilə çıxış edib
- 13:45 Tanınmış koreyalı dirijor Akademik Filarmoniyada ilk dəfə çıxış edəcək
- 11:10 “Füyuzat” jurnalının yenidən nəşr olunmasından 18 il ötür
- 09:04 Xalq yazıçısı Natiq Rəsulzadənin yeni kitabı işıq üzü görüb
- 09:03 “Solo gənclik” layihəsi çərçivəsində növbəti konsert proqramı təqdim olunacaq
- 17:21 Türkiyənin “Mədəni Azərbaycan” jurnalının xüsusi buraxılışı dahi Azərbaycan şairi Məhəmməd Füzuliyə həsr olunub
- 16:45 Mədəniyyət naziri Adil Kərimli Şamaxıda vətəndaşları qəbul edəcək
- 15:13 “Sanki yoxsan” filmi ötən il nüfuzlu beynəlxalq festivalların müsabiqə proqramında nümayiş olunub
- 14:13 “Tənha insanın monoloqu” filmi beynəlxalq yayıma hazırdır
- 10:53 Bu gün Əməkdar artist Nəcibə Behbudovanın doğum günüdür
- 10:39 Bu gün Azərbaycanın və SSRİ-nin Xalq artisti İsmayıl Dağıstanlının anadan olmasının 118 ili tamam olur
- 09:32 “TRT” radiosunda yenidən “Azərbaycan rüzgarı” əsəcək
- 09:29 Xaricdə yaşayan azərbaycanlı yazıçının yeni kitabı Türkiyədə çapdan çıxıb
- 14:25 Professor Nizaməddin Şəmsizadə haqqında virtual kitab sərgisi hazırlanıb
- 12:04 “Ağ-qara hərflərin rəngli yuxuları” kino istehsalı layihəsinə yekun vurulub
- 11:03 Bu gün Xalq yazıçısı Əzizə Cəfərzadənin doğum günüdür
- 09:33 Leyla Əliyevanın iştirakı ilə Mədəni və Yaradıcı Sənayelərin İnkişafı Mərkəzinin açılışı olub
- 09:28 Azərbaycan Milli Xalça Muzeyində “Azərbaycan xalçasının ehtişamı. Səfəvi dövrü xəzinəsi” sərgisi açılıb
- 16:15 “Nağılların audiovizual təqdimatı” layihəsi davam edir
- 15:45 Mədəniyyət Nazirliyinin kollektivi təyyarə qəzasında həlak olanların xatirəsini yad edib
- 12:19 Əməkdar elm xadimi Nizaməddin Şəmsizadəyə həsr olunmuş kitab sərgisi açılıb
- 11:36 Bu gün Beynəlxalq Kino Günüdür
- 11:18 "Qədim türk diyarı Naxçıvan" adlı məlumat saatı keçirilib
- 11:15 Ankarada görkəmli Azərbaycan dramaturqu Cəfər Cabbarlının irsi müzakirə olunub
- 10:34 Baş İdarənin Heydər Əliyev Mərkəzlərinə ekskursiyalar davam edir
- 09:48 “Sənətkarın dostu” Əlixan Səmədovla görüşüb
- 09:33 Bu gün dünyaşöhrətli müğənni, SSRİ Xalq artisti Zeynəb Xanlarovanın 88 yaşı tamam olur
- 09:22 Tanınmış kinorejissor Fikrət Əliyevin xatirə gecəsi keçirilib
- 15:23 Bu gün Xalq artisti Səfurə İbrahimovanın anadan olmasının 86 ili tamam olur
- 14:14 Mədəniyyət Nazirliyi yanında İctimai Şuranın üzvləri ilə görüş keçirilib
- 14:12 “Gənclər və Türk Dünyası Mədəniyyəti” adlı tədbir keçirilib
- 12:04 Qarabağ işğaldan azad edilib, qarabağlılar qayıdırlar…
- 09:23 İmadəddin Nəsiminin 655 illiyi münasibətilə elektron məlumat bazası hazırlanıb
- 16:15 “Xatirən yaşayar daim, Şəhidim” adlı söhbət keçirilib
- 12:13 “Əsrin müqaviləsi - 30” adlı elektron məlumat bazası istifadəçilərə təqdim edilib
- 09:40 Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzində beynəlxalq ədəbi müsabiqənin yekunlarına dair görüş keçirilib
- 09:37 “Şirməmməd Hüseynov. Biblioqrafiya” kitabının təqdimatı olub
- 14:36 Azərbaycanlı yazıçı Çində “İlin şairi” mükafatına layiq görülüb
- 11:55 Bu gün Xalq şairi Yusif Səmədoğlunun anadan olmasının 89 ili tamam olur
- 11:12 Milli Kitabxanada “Professor Famil Mehdi – 90” adlı kitab sərgisi açılıb
- 11:00 Məhəmməd Füzulinin 530 illiyi münasibətilə elektron məlumat bazası hazırlanıb
- 10:12 “Güclü lider, müzəffər Ali Baş Komandan” mövzusunda dəyirmi masa keçirilib
- 09:34 İstanbulda Azərbaycan mədəniyyəti və Qarabağ Zəfərinə həsr olunan tədbir keçirilib
- 09:26 “İRS” silsiləsindən yeni nəşrlərin təqdimatı olub
- 09:20 IV Azərbaycan Vokalçıları Festivalının bağlanış mərasimi keçirilib
- 09:19 “Təbəssüm üçün musiqi” layihəsi Yeni il ərəfəsində yenidən həyata keçiriləcək
- 15:29 “Naxçıvan-100” xalçasının təqdimat mərasimi keçirilib
- 14:34 “Ekologiyamızı qoruyaq–sağlam olaq” adlı rəsm müsabiqəsinin qaliblərinin mükafatlandırma mərasimi keçirilib
- 11:30 Azərbaycanlı dirijor Çində Tatarıstan Teatrının tamaşalarını idarə edir
- 10:43 Tanınmış şair Məmməd Aslana həsr olunmuş virtual kitab sərgisi hazırlanıb
- 09:45 “Nizami daxili aləm” sənədli filminin təqdimatı keçirilib
- 09:42 Bu gün Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin doğum günüdür
- 09:30 Naxçıvanda “Səyahət edən namələr” beynəlxalq sərgisi açılıb
- 09:25 Görkəmli xoreoqraf Əminə Dilbazinin 105 illik yubileyinə həsr olunmuş konsert keçirilib
- 16:24 “Mədəni irsini qoru” layihəsi çərçivəsində Mərdəkana infotur təşkil olunub
- 16:22 “TRT İstanbul” radiosunda Məhəmməd Füzuliyə həsr olunan proqram yayımlanıb