
Şəhid Şahin Bayram oğlu Qədirov 1990-cı il yanvarın 3-ü Bakı şəhəri Qaradağ rayon Çeyildağ qəsəbəsində anadan olub. 1996-cı ildə Çeyildağ qəsəbəsində yerləşən Siyavuş Muradov adına 224 saylı orta məktəbin 1-ci sinfinə gedib, 2005-ci ildə həmin məktəbi bitirib.
Hələ məktəb vaxtından idmana böyük həvəsi olan Şahin bir neçə idman növü ilə məşğul olub, Bakı şəhərində keçirilən yarışlarda iştirak edərək uğur qazanıb. Şahingil ailədə 5 uşaq olublar. 2 qardaş 2 bacısı var. Uşaqların içində ən deyib-gülən, ən zarafatcılı Şahin olub.
2008-ci ilin yanvar ayının 5-də Bakı şəhəri Qaradağ rayon Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılıb. Hərbi xidmətdə göstərdiyi yüksək xidmətlə hamıdan fərqlənib. Elə xidmətdə olarkən Xüsusi Təyinatlı Qüvvələrin kəşfiyyat qrupuna imtahan verir və qəbul olur qəhrəmanımız. Müddətli hərbi xidməti yüksək səviyyədə bitirən Şahin, ömrünü məhz hərb sənətinə xidmətdə keçirmək qərarına gəlir və Xüsusi Təyinatlı Qüvvələrin Yaşmada yerləşən “N” saylı hərbi hissəsində gizir kimi fəaliyyətini davam etdirir.
Şahinin anası, Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Çeyidağ qəsəbə klubunun direktoru Zərifə xanım Qədirova: “Şahin Vətənə o qədər bağlı idi ki, bütün təlimlərdə həvəslə iştirak edərək yüksək nəticə göstərir. 2013-cu ildə "AZƏRBAYCAN RESPUBLİKASI SİLAHLI QÜVVƏLƏRİNİN 95 İLLYİ" yubiley medalı ilə təltif olunur. 2016-cı ildə 4 gün davam edən Aprel döyüşlərində xüsusi qəhrəmanlıq göstərir. Lələtəpənin azad olunmasında böyük əməyi olur. Aprel döyüşlərində göstərdiyi qəhrəmanlığa görə oğlum orden və medallarla təltif olunub” – deyə göz yaşını saxlaya bilməsə də övladı haqqında qürurla danışır.
Şahin Qədirov 20 iyun 2019-cu ildə "AZƏRBAYCAN ORDUSUNUN 100 İLLİYİ" medalı ilə, 26 iyun 2019-cu ildə "QÜSURSUZ XİDMƏTƏ GÖRƏ" 3-cü dərəcəli medalla təltif olunub.
12 il Yaşmada yerləşən "N" saylı XTQ (“Ölüm Mələkləri”) hərbi hissəsində gizir olan Şahin digər Vətən övladları kimi Qarabağın azadlığı, ölkəmizin ərazi bütövlüyünün bərpası uğrunda Ali Baş Komandanın hücum əmrini səbrsizliklə gözləyir.
2020-ci il sentyabrın 27-də düşmən təxribatına cavab olaraq əks-hücumla başlayan Vətən müharibəsində igidliklə iştirak edən Şahinimiz döyüş yoldaşları kimi arzularına çatdıqlarına sevinir və düşmənlə üz-üzə gələndə dəfələrlə böyük cəsarət nümayiş etdirir.
Zərifə xanım: “Hər dəfə evlə əlaqə saxlayanda başınızı dik tutun, alnınız açıqdır, düşməni qıra-qıra gedirik deyirdi. Axırıncı dəfə oktyabrın 4-ü ondan zəng gəlir” - deyir.
Şahin oktyabrın 5-də Cəbrayıl rayonu istiqamətində gedən döyüşlərdə yaralanır. Yoldaşları onu geri qayıtmağa məcbur etsələr də o geriyə dönmür. Yaralı ola-ola vuruşur, elə Cəbrayılda gedən döyüşlərdə Şəhidlik zirvəsinə ucalır.
Şahin ailəli idi. Ondan Vətənə yadigar 6 yaşlı oğlu Bayram qalıb. Balaca Bayram anasından xahiş edib ki, ona əsgər paltarı geyindirsin və şəklini çəksin. O, əlinə oyuncaq avtomatını götürüb, əsgər paltarında şəkil çəkdirərək, anasından hər iki şəkli birləşdirməyi xahiş edib. Ailənin də ən böyük arzusu Bayramın atası kimi qəhraman oğul olmasıdır.
“Ot kökü üstə bitər” – deyib müdriklərimiz. Bu gün dünyanı hələ uşaq gözü ilə seyr edən, lakin qismətinə ata şəhadətini körpəlikdən yaşamaq düşən balaca Bayram böyüdükcə dərk edəcək ki, onların sülh içində xoşbəxt gələcəyi məhz Şahin kimi ölümü gözə alıb rəşadətlə döyüşən Şəhid hərbçilərimizin, Şuşada və cümlə Qarabağda bayrağımızı yüksəklərə qaldıran cəsur Qazilərimizin şərəfli əzminin bəhrəsidir.
Gizir Şahin Bayram oğlu Qədirov Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə "Vətən uğrunda", “Döyüşdə fərqlənməyə görə”, “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif olunub.



- 16:09 “Musiqili Bakı” layihəsi çərçivəsində gənc müğənni Aysel Əlizadənin konserti keçirilib
- 11:28 Milli Kitabxanada “Folklorşünas alim İslam Ələsgər - 100” adlı kitab sərgisi açılıb
- 11:27 “Başlıbel: mühasirə gündəliyi” filminin premyerası keçiriləcək
- 09:29 Ankarada azərbaycanlı rəssamın sərgisi açılıb
- 09:20 Beynəlxalq muğam müsabiqəsinin qalibləri məlum olub
- 09:16 Azərbaycan UNESCO-nun Mədəni Özünüifadə Müxtəlifliyinin Qorunması və Təşviqi üzrə Hökumətlərarası Komitəsinə üzv seçilib
- 09:12 TÜRKSOY akademik Nizami Cəfərovu mükafatlandırıb
- 16:48 Uşaq musiqi, incəsənət məktəb və mərkəzlərində I sinfə şagird qəbulu imtahanları uğurla davam edir
- 16:34 Milli İncəsənət Muzeyində “Bərpa: keçmişə ehtiram, gələcəyə miras” adlı sərgi açılacaq
- 15:46 Mədəniyyət Nazirliyi ötən ay sosial şəbəkələrdə ən çox paylaşım edən qurum olub
- 15:11 “Opera günləri” layihəsi çərçivəsində “Əsli və Kərəm” operası təqdim olunub
- 15:06 Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzində “Zeynəbin sehrli dünyası” adlı sərginin açılışı olub
- 12:21 Bu gün Xalq artisti Cahangir Cahangirovun anadan olmasının 104 ili tamam olur
- 12:08 27 nömrəli Uşaq Musiqi Məktəbi "Kiçik əllərin böyük musiqisi" adlı hesabat konserti təqdim edib
- 10:25 Bu gün Xalq artisti Süleyman Ələsgərovun anadan olmasının 110 ili tamam olur
- 09:34 Mədəniyyət Nazirliyində tanınmış aşıq Ulduz Quliyeva ilə görüş olub
- 09:30 Əmmanda birinci İordaniya-Azərbaycan Filateliya sərgisi açılıb
- 09:20 “Göyçə ədəbi mühitinin şah beyti – Dədə Ələsgər” kitabının təqdimatı olub
- 09:13 Sabit Rəhmanın qiymətli kitablardan ibarət şəxsi kolleksiyası Milli Kitabxanaya hədiyyə edilib
- 17:16 Tofiq Quliyev adına 12 nömrəli Onbirillik Musiqi Məktəbinin hesabat konserti keçirilib
- 17:02 Azərbaycan və Çin klassik əsərlərinin nəşrinə başlanılıb
- 16:59 Beynəlxalq muğam ifaçıları müsabiqəsi davam edir
- 15:50 Gənclər Kitabxanasında Xalq şairi Bəxtiyar Vahabzadənin biblioqrafik icmal və elektron resurslar bazası yaradılıb
- 15:49 “Ulduz” jurnalının yeni nömrəsində...
- 14:28 Bakı Piano Festivalında xorvat musiqiçilərin çıxışı olub
- 14:20 Bu gün Xalq artisti Möhsün Sənaninin anadan olmasının 125 ili tamam olur
- 14:16 R.Behbudov adına 2 nömrəli Onbirillik Musiqi Məktəbində “Musiqi dünyamız” adlı hesabat konserti keçirilib
- 11:17 “Muğam aləmi” Festivalı çərçivəsində əlyazma və sənədlər sərgisi təşkil olunub
- 11:08 Nizami rayon MKS-nin Mərkəzi Kitabxanasında tədbir keçirilib
- 09:23 14 nömrəli Uşaq Musiqi Məktəbi hesabat konserti təqdim edib
- 09:18 İçərişəhərdə “Muğam Saatı” təşkil olunub
- 09:16 Professor Cahangir Məmmədlinin “Altmışıncılar nəsrinin poetikası” monoqrafiyası işıq üzü görüb
- 09:12 Dünya şöhrətli arxeomusiqişünas Bakıda mühazirə oxuyub
- 17:10 Tanınmış ritm ustadı Mahmud Salahın 65 illiyinə həsr olunmuş bədii musiqili gecə keçirilib
- 17:05 Beynəlxalq muğam ifaçıları müsabiqəsi başlayıb
- 15:07 Ölkəmiz UNESCO-nun 2005-ci il Konvensiyasına tərəf dövlətlərin konfransının 10-cu sessiyasında təmsil olunur
- 14:58 Azərbaycan nəşrləri Pekin Beynəlxalq Kitab Sərgisində
- 14:27 Gənclər Kitabxanasında 18 İyun - İnsan Hüquqları Günü ilə əlaqədar silsilə materiallar hazırlanıb
- 14:21 Almaniyada Üzeyir Hacıbəylinin 140 illiyinə həsr edilmiş konsertlər təşkil olunub
- 12:14 Kinematoqrafiya və digər audiovizual əsərlərin istehsalını stimullaşdırmaq məqsədilə sərəncam qəbul edilib
- 11:10 Milli Kitabxanada “18 iyun - Azərbaycanda İnsan Hüquqları Günü” adlı sərgi açılıb
- 09:51 “Muğam aləmi” 7-ci Beynəlxalq Musiqi Festivalının təntənəli açılışı olub
- 09:13 18 İyun Azərbaycanda İnsan Hüquqları Günüdür
- 09:07 İçərişəhərdə “Muğam Saatı” — İnteraktiv səs performansı baş tutacaq
- 15:42 “Konstitusiya və Suverenlik İli” çərçivəsində hazırlanmış materiallar istifadəçilərə təqdim edilib
- 15:03 Fikrət Əmirov adına 6 nömrəli Onbirillik İncəsənət Məktəbi hesabat konserti təqdim edib
- 14:22 “Aşıqlar Qərbi Azərbaycanı tərənnüm edir” adlı layihənin icrasına başlanılıb
- 12:24 Azərbaycan Animasiya Assosiasiyası Annecy festivalında təmsil olunub
- 11:38 Baş İdarənin Heydər Əliyev Mərkəzlərinə ekskursiyalar davam edir
- 11:07 Bu gün Xalq rəssamı Elbəy Rzaquliyevin anadan olmasının 99 ili tamam olur
- 10:29 Mərdəkan Mədəniyyət Sarayında tədbir keçirilib
- 09:29 Çaykovski adına Dövlət Akademik Böyük Simfonik Orkestri filarmoniyada konsert proqramı ilə çıxış edib
- 09:14 Azərbaycan Pekin beynəlxalq kitab sərgisində təmsil olunacaq
- 18:17 Ulu Öndər Heydər Əliyev irsinin təbliği mövzusunda Şəkidə elmi seminar keçirilib
- 17:30 15 İyun-Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib
- 12:36 15 iyun-Milli Qurtuluş Günü münasibətilə konsert proqramı təşkil olunub
- 11:13 Niyazi adına 22 nömrəli Uşaq Musiqi Məktəbi hesabat konserti təqdim edib
- 16:43 “Xalqın himayədarı” adlı dəyirmi masa keçirilib
- 16:41 Xəzər rayon MKS-də gənc yazar Səbinə Bayramovanın kitab təqdimatı keçirilib
- 16:35 “Böyük xilaskarlıq qayıdışı” adlı tədbir keçirilib