XƏBƏRLƏR
MƏLUMAT
Xəzər rayon MKS-nin 2 nömrəli filialı "Koroğlu" dastanı haqqında videoçarx hazırlayıb
ÜMÜMİ XƏBƏRLƏR
20/04/2021 03:26

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Xəzər rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 2 nömrəli filialı "Koroğlu" dastanı haqqında videoçarx hazırlayıb. Şifahi xalq ədəbiyyatında Koroğlunun adı ilə bağlı hadisələr əfsanəviləşərək öz əksini "Koroğlu" dastanında tapıb. Dastanda hadisə və şəxsiyyətlər silsiləsinin tarixilik xətti pozulmayıb, Koroğlunun igid döyüşçü, gözəl qoşmalar müəllifi olan istedadlı şair və aşıq olması tarixi həqiqət kimi qorunub saxlanılıb.

Dastanda adları çəkilən şəxsiyyətlərin (Giziroğlu Mustafa bəy, Kosa Səfər, Cəfər paşa, Həsən paşa və s.) əksəriyyəti tarixi simalardır. Koroğlunun əsas istinadgahı Çənlibel qalası olub (müxtəlif ərazilərdə "Çənlibel" adlı çoxlu qalalar mövcuddur). XIX əsrə aid mənbələrdə yaşayış məntəqəsi kimi Çənlibelin adı çəkilir.

Videoçarxa aşağıdakı keçidlərdən baxa bilərsiz:

https://www.instagram.com/p/CN2NUl2nqTY/?igshid=110u9of47qe8f

Baxış sayı: 416