XƏBƏRLƏR
MƏLUMAT
“Vienna waltz" Birinci beynəlxalq musiqi və incəsənət müsabiqəsində Azərbaycana qələbə qazandıran Anisa
ÜMÜMİ XƏBƏRLƏR
16/02/2021 04:28

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Hüseynqulu Sarabski adına 7 nömrəli uşaq musiqi məktəbinin 4-cü sinif şagirdi Əsgərli Anisa Karmel 2021-ci ilin fevral ayında Avstriyanın paytaxtı Vyana şəhərində keçirilən "Vienna waltz" Birinci beynəlxalq musiqi və incəsənət müsabiqəsində uğurla çıxış edərək I yerə və "laureat" adına layiq görülüb.

İlk dəfə keçirilən müsabiqənin münsiflər heyətində Avstriya, İspaniya və Amerika Birləşmiş Ştatlarının tanınmış sənətkarları, peşəkar ifaçılar təmsil olunublar.

Müsabiqədə iştirak edən gənc istedadların da coğrafiyası kifayət qədər geniş olub. Azərbaycanı uğurla təmsil edən Aisa Karmelin peşəkar ifası münsiflər tərəfindən yüksək qiymətləndirilib və onlar yekdilliklə istedadlı musiqiçini qalib elan ediblər.

Münsiflər həmçinin  Anisa Karmelin ifaçı kimi yetişməsində öz əməyini əsirgəməyən, yüksək peşəkarlıq və əzm nümayiş etdirən dosent Kəmalə Mirbabayevanın zəhmətini xüsusi qeyd ediblər.

Xatırladaq ki, Əsgərli Anisa Karmel dəfələrlə yerli və beynəlxalq müsabiqələrdə ölkəmizi uğurla təmsil edib və qələbələri ilə sevindirib.

Gənc ifaçını, onun müəllimini, valideynlərini və məktəbin kollektivini təbrik edir, yeni-yeni yaradıcılıq uğurları arzulayırıq.

Baxış sayı: 153