XƏBƏRLƏR
MƏLUMAT
Uşaq yazarı,professor Solmaz Amanovanın yaradıcılığına həsr olunan virtual sərgi hazırlanıb
ÜMÜMİ XƏBƏRLƏR
12/08/2022 08:01

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Xəzər rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 2 nömrəli filialı “Everest” Nəşriyyat evinin baş redaktoru, “İrs Nağıl evi”nin müdiri, uşaq yazarı, professor Solmaz Amanovanın yaradıcılığına müraciət edərək virtual sərgi hazırlayıb.

Bədii yaradıcılığa erkən yaşlarından maraq göstərən Solmaz Amanova əsərlərini Azərbaycan və rus dilində yazır. İlk qələm təcrübələri XX əsrin 70-ci illərində "Ulduz" jurnalında işıq üzü görüb. Dövri mətbuatda şeir, hekayə, elmi-kütləvi məqalələrlə çıxış edir. Onun yazdığı "İnsan iz qoyur", "İrs" əsərləri Təhsil Nazirliyi tərəfindən əlavə dərs vəsaiti kimi təsdiq olunub. Ədibin uşaqlar üçün yazdığı əsərlər şifahi xalq ədəbiyyatına və adət-ənənələrimizə bağlılığı ilə seçilir. "Xanəgah əczaxanası" kitabı əfsanə və əsatirlər əsasında yazılan nağıl və tamaşalardan ibarətdir. "Gəncə xəzinəsi" kitabı Nizami Gəncəvinin "Xəmsə"sinə daxil olan əsərlərin süjet xəttinə əsaslanır və Ziya Bünyadovun "Azərbaycan VII-IX əsrlərdə" kitabında təsvir edilən əfsanənin mahiyyətini açır. 

2009-cu ildə "İrs" və "Anatomik teatr" kitabları Moskvada keçirilən XXII "Kitab sənəti" sərgi-müsabiqəsində ikinci və üçüncü yerləri tutub. Uşaq tibb ədəbiyyatına verdiyi töhfələrinə görə Avropa Təbii Elmlər Akademiyasının professoru və akademiki fəxri adlarına layiq görülüb. Hal-hazırda həmin Akademiyanın "İrs" bölməsinin vitse-prezidentidir.

"Xanəgah əczaxanası" Moldovada Beynəlxalq Kitab Sərgisində 2014-cü ildə I yerə layiq görülüb.

Təhsil Nazirliyi "İlmənin macəraları" kitabı və cizgifilmlərinin kontentini alıb (ibtidai siniflər üçün).

"İRS" fənninin müəllifidir. 160 saylı Klassik Gimnaziyada tədris edilir. Respublikanın pilot məktəblərinin kitabxanalarına Solmaz Amanovanın əsərləri daxil edilib. Mədəniyyət Nazirliyi tərəfindən təşkil edilən bütün beynəlxalq kitab sərgilərində "İRS" Mədəni-Təhsil mərkəzi adı ilə iştirak edib və mükafatlandırılıb.

Avropa Təbii Elmlər Akademiyasının tibb və uşaq ədəbiyyatına verdiyi töhfələrinə görə Leonardo da Vinçi medalı, "Robert Kox", Avropanın Şərəf ordeni, Dostluq ordeni, "İohan Voltqanq Gete"nin, "Fridrix Şiller" və "Qrimm Qardaşları" medalları ilə təltif olunub. Virtual sərgiyə aşağıdakı keçidlərdən baxa bilərsiz:

https://youtube.com/shorts/api1TnFnoh0?feature=share

Baxış sayı: 333