XƏBƏRLƏR
MƏLUMAT
“Unutmarıq Şəhidim” rubrikasında Siyahim Dəmirov
ÜMÜMİ XƏBƏRLƏR
13/09/2023 00:55

Siyahim Əlizamin oğlu Dəmirov 1990-cı il sentyabrın 13-də Beyləqan rayonunun Əlinəzərli kəndində anadan olub. 1997-2008-ci illərdə R.Nəsirov adına Əlinəzərli kənd tam orta məktəbində təhsil alıb.

Siyahim Dəmirov 2009-2010-cu illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2013-cü ildən isə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu idi. 2016-cı ilin 2-5 aprelində baş verən Aprel döyüşlərində savaşıb. Xidməti dövründə  "Azərbaycan Ordusunun 100 illiyi" yubiley medalı ilə təltif edilib.

Azərbaycan Ordusunun kiçik giziri olan Siyahim Dəmirov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın, Hadrut qəsəbəsinin, Füzulinin və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Siyahim Dəmirov oktyabrın 29-da Şuşa istiqamətində şəhid olub. Beyləqan şəhərində dəfn olunub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq  Sərəncamlarına əsasən Siyahim Dəmirov ölümündən sonra "Vətən uğrunda", "Şücaətə görə", "Xocavəndin azad olunmasına görə", "Kəlbəcərin azad olunmasına görə", "Şuşanın azad olunmasına görə" medalları və "Qarabağ" ordeni ilə təltif edilib.

Baxış sayı: 500