XƏBƏRLƏR
MƏLUMAT
Suraxanı rayon Heydər Əliyev Mərkəzində “Xalqa bağışlanan ömür” adlı tədbir keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
12/12/2022 01:16

Dekabrın 9-da Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Suraxanı rayon Heydər Əliyev Mərkəzində ümummilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar “Xalqa bağışlanan ömür” adlı tədbir keçirilib.

Tədbirdə Suraxanı Rayon İcra Hakimiyyətinin əməkdaşı Mətanət Zeynalova, YAP Suraxanı rayon təşkilatının sədr müavini Salman Əbdülov, Fövqəladə Hallar Nazirliyi Akademiyasının kursant və zabitləri, idarə, müəssisələrin nümayəndələri, rayonda fəaliyyət göstərən məktəblərin şagird və müəllim kollektivləri iştirak ediblər.

İlk öncə Ulu Öndərin Heydər Əliyev parkında ucalan abidəsi ziyarət edilib.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanıb sonra Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra ümummilli lider Heydər Əliyevə həsr olunmuş videoçarx nümayiş olunub.

Tədbiri giriş sözü ilə açan Mərkəzin direktor əvəzi Zəkiyə Hacıyeva qonaqları salamlayaraq qeyd edib ki, tarixi şəxsiyyət olan Ulu Öndərimiz bütün həyatını dövlətçiliyimiz, xalqımızın bu günü və gələcəyi naminə həsr edərək güclü, sarsılmaz, qüdrətli bir dövləti – Azərbaycanı bizə ərmağan etdi. Heydər Əliyevin ölməz, əbədi xatirəsini xalqımız hər an yad edir və xatırlayır.

YAP Suraxanı rayon təşkilatının sədr müavini Salman Əbdülov, Suraxanı Rayon İcra Hakimiyyətininin əməkdaşı Mətanət Zeynalova çıxış edərək xalqımızın ümummilli lideri Heydər Əliyevin tarixi xidmətləri barədə fikirlərini bildirərək qeyd ediblər ki, bütün varlığı ilə Vətəninə və xalqına bağlı olan Heydər Əliyev öz həyatını, zəngin dövlətçilik təcrübəsini Azərbaycanın xoşbəxt gələcəyinə həsr edib. Bu gün daim azərbaycanlı olması ilə fəxr edən Heydər Əliyevin ruhu şaddır. Xilaskarı olduğu müstəqil Azərbaycanın ərazi bütövlüyü onun ideya və əməllərini davam etdirən Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə bərpa edilib, 30 ildən bəri düşmən əsarətində olan Qarabağ əbədi azadlığına qovuşub. İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan inkişaf  edərək yeni-yeni uğurlara imza atır.

Qarşılıqlı diskussiya şəkilində davam edən tədbirin sonunda xatirə şəkli çəkdirilib.

Baxış sayı: 154