
Fevralın 7-də Azərbaycan Mətbuat Şurasında görkəmli ədəbiyyatşünaslar, yazıçılar və mədəniyyət xadimlərinin iştirakı ilə çağdaş tərcümə sənətinin istedadlı və məhsuldar nümayəndəsi, şair və jurnalist Firudin Ağazadənin 75 illik yubileyi qeyd olunub.
AZƏRTAC xəbər verir ki, tədbirdə tədbirdə çıxış edən Mətbuat Şurasının sədri Rəşad Məcid, “Xalq qəzeti”nin baş redaktoru Əflatun Amaşov, Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) İdarə Heyətinin sədr müavini Dağbəyi İsmayılov və başqaları Firudin Ağazadənin Azərbaycan ədəbiyyatına və tərcümə sənətinə verdiyi töhfələri yüksək qiymətləndirərək onun yaradıcılığının zəngin bədii-estetik dəyərini vurğulayıblar. Bildirilib ki, ömrünün yarım əsrdən çoxunu ingilis dilindən bədii və sənədli tərcümə işinə həsr etmiş Firudin Ağazadə ölkəmizin nüfuzlu mətbuat və nəşriyyat qurumlarında peşəkar və səmərəli fəaliyyəti ilə layiqincə hörmət və rəğbət qazanıb. Qeyd olunub ki, Firudin Ağazadə klassik və müasir dünya ədəbiyyatının bir sıra nadir incilərini dilimizə çevirməklə ədəbi əlaqələrin inkişafına töhfə verib. Onun yaradıcılığı yalnız tərcümə sahəsi ilə məhdudlaşmır, eyni zamanda, dərin fəlsəfi məna yükü daşıyan şeirləri, publisistik məqalələri və digər əsərləri ilə oxucuların marağını qazanıb.
Çıxış edənlər Firudin Ağazadənin əsərlərindən parçalar səsləndiriblər. Yubilyar öz növbəsində tədbirin təşkilatçılarına və iştirakçılarına təşəkkürünü bildirərək ədəbiyyatın inkişafına bundan sonra da xidmət edəcəyini diqqətə çatdırıb.
Tədbirin sonunda Firudin Ağazadəyə fəxri diplomlar və qiymətli xatirə hədiyyələri təqdim olunub.
Qeyd edək ki, 1950-ci ilin fevralında Lerik rayonunun Zuvand mahalının Pirasora kəndində dünyaya gəlmiş Firudin Ağazadə 1966-cı ildə Azərbaycan Xarici Dillər İnstitutunun (indiki Azərbaycan Dillər Universiteti) İngilis dili fakültəsinə daxil olub. Tələbəlik illərində İsmixan Rəhimov, Oruc Musayev, Ənvər Rza, Zeydulla Ağayev kimi məşhur filoloq və xarici dil mütəxəssislərindən dərs alıb, ana dilimizə tərcümə sənətinin sirlərini dərindən mənimsəyib. O, media orqanlarında və ali təhsil müəssisələrində uzun illər ərzində fəaliyyət göstərərək həm də bilik və bacarıqlı davamçılarını yetişdirib.
Firudin müəllim 15 il “Azərnəşr”də tərcümə redaktoru, 26 il AZƏRTAC-ın xarici dillər redaksiyasında tərcüməçi və buraxılış redaktoru kimi xidmət edib. Eyni zamanda, Azərbaycan Mətbuat Şurasının tərcüməçisi və Dövlət İmtahan Mərkəzinin jurnalistika üzrə eksperti olaraq ictimai fəaliyyət göstərib. Təqaüdə çıxdıqdan sonra yaradıcı fəaliyyətini “Qanun” jurnalında tərcümə redaktoru olaraq davam etdirir.



- 14:43 Mədəniyyət Evləri Novruz bayramına həsr olunmuş tədbir keçiriblər
- 11:53 "Zirədə Bahar Şəfəqi” adlı festival keçirilib
- 14:57 Qaradağ rayon Heydər Əliyev Mərkəzinə ekskursiya təşkil olunub
- 12:49 “Bayram gəlir elimə” adlı şənlik keçirilib
- 12:47 “Biz xoşbəxt uşaqlarıq” adlı çoxjanrlı beynəlxalq müsabiqə keçiriləcək
- 12:27 Niyazi adına 22 nömrəli Uşaq Musiqi Məktəbində konsert keçirilib
- 12:25 Xalq yazıçısı Maqsud İbrahimbəyova həsr edilən virtual kitab sərgisi hazırlanıb
- 12:00 Novruz bayramına həsr olunmuş konsert proqramı təşkil olunub
- 11:08 “Bahar - ən gözəl qızısan sən təbiətin!” adlı bayram konserti keçirilib
- 11:04 Türk Mədəniyyəti və İrsi Fondu ilə Dünya Gənc Türk Yazarlar Birliyi arasında Memorandum imzalanıb
- 11:00 Musiqi məktəbində Novruz bayramına həsr olunan tədbir keçirilib
- 10:00 “Bahar nəğməsi” adlı konsert keçirilib
- 09:34 Füzulidə Yaradıcılıq Məktəbi düşərgəsi yekunlaşdı
- 09:24 8-ci ANİMAFİLM Beynəlxalq Animasiya Festivalına filmlərin qəbulu başlanıb
- 09:18 UNESCO-nun mənzil-qərargahında 12 ölkənin təşkilatçılığı ilə Novruz bayramı qeyd edilib
- 09:15 Müəllimlərin attestasiyasının keçirildiyi Bakı Xoreoqrafiya Akademiyasına infotur təşkil olunub
- 19:07 “Bitməmiş məktub və nakam ömür” adlı tədbir keçirilib
- 18:46 “Milli – mənəvi dəyərlərimiz” adlı tədbir keçirilib
- 15:48 A.M.Şərifzadə adına Mədəniyyət Mərkəzində bayram tədbiri keçirilib
- 15:39 “Novruz gəlir, yaz gəlir” adlı tədbir keçirilib
- 15:17 Novruz bayramı ilə əlaqədar tədbir keçirilib
- 11:56 Professor Əkbər Ağayevin anadan olmasının 110 illiyi ilə əlaqədar elektron məlumat bazası hazırlanıb
- 11:55 Milli Kitabxanada tanınmış ictimai xadim Qənirə Paşayevanın 50 illiyi münasibətilə sərgi hazırlanıb
- 11:21 “Nağılların audiovizual təqdimatı” layihəsi çərçivəsində növbəti təqdimat
- 10:47 “Pişiyin evi” kukla tamaşası təqdim olunub
- 10:38 “Novruz sevincləri” adlı bayram tədbiri keçirilib
- 09:35 Bu gün Torpaq çərşənbəsidir
- 09:31 Beynəlxalq Muğam Mərkəzində Xalq artisti Yaqub Məmmədovun xatirəsi anılıb
- 09:29 Valentina Matviyenko Azərbaycan Milli Xalça Muzeyi ilə tanış olub
- 16:00 “Sağlam dostlar” adlı təlim keçirilib
- 15:49 Qazaxıstanda dünya xalqlarının mədəni irsinə həsr olunmuş beynəlxalq simpozium keçirilib
- 15:03 Uşaq Opera Teatrının tanınmış bəstəkarın 75 illiyinə ərməğanı
- 14:42 Adil Kərimli dördüncü “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüşüb
- 14:12 Azərbaycanlı rəssamların əsərləri Berlində açılan sərgidə nümayiş olunur
- 11:20 Dövlət Kukla Teatrında yeni səhnə əsərinin məşqlərinə başlanılıb
- 10:49 Beynəlxalq konfransın əcnəbi iştirakçıları Xudavəng monastırı ilə tanış olublar
- 10:06 Bu gün görkəmli aktyor Hüseyn Ərəblinskinin doğum günüdür
- 09:43 Əməkdar incəsənət xadimi Ziyadxan Əliyev dünyasını dəyişib
- 09:32 Xalq artisti Ənvər Həsənov vəfat edib
- 09:29 Bakıda “1000000 Zəkanın Şifrəsi” kitabının təqdimatı olub
- 09:17 Vyanada Azərbaycan Mədəniyyət Mərkəzində uşaqlar üçün Novruz şənliyi keçirilib
- 16:35 Üzeyir Hacıbəylinin ev-muzeyində “O olmasın, bu olsun” operettasının 115 illiyinə həsr olunmuş tədbir keçirilib
- 16:12 Bakıda “Qədim insan məskənlərinin mühafizəsi təhdidlər və müasir yanaşmalar” mövzusunda beynəlxalq konfrans keçirilir
- 15:49 “Novruz bayramı milli-mənəvi dəyərlərimizin təcəssümüdür” mövzusunda tədbir keçirilib
- 15:18 "Sən elə sev ki..." kitabının təqdimatı keçirilib
- 14:56 "Əbədi iz" adlı söhbət keçirilib
- 12:20 Moskvada Müslüm Maqomayevin xatirəsinə həsr edilmiş konsert olub
- 09:47 Qaradağ rayon Heydər Əliyev Mərkəzinə ekskursiya təşkil olunub
- 09:35 Mədəniyyət Nazirliyi və Kino Agentliyi 2025-ci il üzrə film layihələri müsabiqəsi elan edir
- 09:23 Baharın “Ulduz”u işıq üzü görüb
- 09:20 Beynəlxalq Muğam Mərkəzində “Muğamat axşamı” adlı konsert təşkil olunub
- 17:07 Daşkənddə “Odlar Yurdu – Azərbaycan” kitabının təqdimatı olub
- 15:57 “Novruz dostluq, həmrəylik, birlik bayramıdır” mövzusunda dəyirmi masa təşkil olunub
- 14:48 Dahi Nizami Gəncəvinin vəfatının 816-cı ildönümü münasibətilə beynəlxalq onlayn konfrans keçirilib
- 14:39 Mədəniyyət naziri Adil Kərimli Neftçala rayonunda vətəndaşları qəbul edib
- 11:39 Heydər Əliyev Mərkəzlərinə ekskursiyalar davam edir
- 11:24 Milli Kitabxanada “Mikayıl Rzaquluzadə - 120” adlı geniş kitab sərgisi açılıb
- 11:16 Əlilliyi olan uşaqlara həsr edilən himnə çəkilən klipin təqdimatı keçirilib
- 11:14 Kitabxanada Novruz bayramı ilə əlaqədar tədbir keçirilib
- 10:50 “Doğma torpaq” tammetrajlı bədii filminin çəkilişləri başa çatıb