
Azərbaycan mədəniyyətinin görkəmli nümayəndəsi, böyük bəstəkar, SSRİ Xalq artisti, Sosialist Əməyi Qəhrəmanı, SSRİ və Azərbaycan Dövlət mükafatları laureatı, akademik Qara Qarayevin ev-muzeyində dahi bəstəkarın 107 illiyinə həsr olunmuş tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə musiqişünas, Əməkdar incəsənət xadimi professor Zümrüd Dadaşzadə, Xalq artisti Ülviyyə Hacıbəyova, TÜRKSOY-un keçmiş Baş katibi Düsen Kaseinov və digər mədəniyyət və incəsənət nümayəndələri iştirak ediblər.
Tədbiri Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova açıb.
Dahi bəstəkarın qızı Züleyxa Qarayeva-Bağırova tədbir iştirakçılarına təşəkkür edib: “Atamın sağlığında bu günü həmişə dostlar, qohumlar və sevimli tələbələri ilə birlikdə qeyd edirdik. İllər keçsə də onun sənətinə hörmət bəsləyənlər onu yad etmək üçün bir araya toplaşmağa davam edirlər. Hər kəsə bu sevgiyə görə minnətdaram”.
Ev-muzeyinin direktoru Lətifə Kazımova çıxışında tanınmış bəstəkarın həyat və yaradıcılıq yolundan, musiqi mədəniyyətinin inkişafındakı misilsiz xidmətlərindən danışıb.
Bütün çıxışlar Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin zəngin kolleksiyası əsasında hazırlanmış slayd-şou ilə müşayiət olunub.
Daha sonra Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının tələbələri, respublika və beynəlxalq müsabiqələrin laureatları Qəmər Kərimli (skripka), Atabala Manafzadə (fortepiano), İluzər İbrahimzadə (fortepiano), Cavidan Rəsulov (klarnet), Cəmalə Abdinzadə (fortepiano), Aysun Mahmudzadə (vokal), Zəhra-Cahan Şıxəliyeva (fortepiano), Cəlalə İsmayılzadə (violonçel), həmçinin Azərbaycan Milli Konservatoriyasının baş müəllimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Svetlana Əhmədovanın (fortepiano) ifasında Qara Qarayev və Fərəc Qarayevin əsərlərindən ibarət konsert proqramı başlayıb.
Konsert proqramından sonra Qara Qarayevin həyat yoldaşı Tatyanaya həsr etdiyi “Prelüdiya lya major” əsərinin videoyazısı nümayiş etdirilib. Əsər Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin ifasında, dirijor Elşad Bağırovun rəhbərliyi ilə səsləndirilib.
“Bu gün bəstəkar Qara Qarayevin anadan olmasının 107 ili tamam olur. Bu gün bizim evin qapıları hamının üzünə açıq olub. Atamın tələbələri, həmkarları, dostları onu təbrik etmək üçün ziyarətinə gəliblər”, – bu sözləri AZƏRTAC-ın müxbiri ilə söhbəti zamanı bəstəkarın qızı pianoçu Züleyxa Qarayeva-Bağırova deyib. O qeyd edib ki, bəstəkarın doğum günü hər il təntənə ilə qeyd olunur.
“Bu gün bizim üçün dəyişməz olaraq qalır. Hər il ev-muzeyimizin qapıları qonaqlar üçün açılır. İllər keçsə də atamın xatirəsi yaşayır. Onun doğum gününü dostların və sənətinin pərəstişkarlarının əhatəsində keçirməyə davam edirik”, - deyə həmsöhbətimiz vurğulayıb.
Tədbirin sonunda sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar incəsənət xadimi, professor Zümrüd Dadaşzadə Qara Qarayevin musiqiyə olan misilsiz sədaqəti, kamilliyə can atması və özünə qarşı yüksək tələbkarlığı barədə danışıb. Onun mükəmməl intizamı barədə söyləyərək qeyd edib ki, bəstəkarın yaradıcılığı yeni nəsil musiqiçilərə ilham verməyə davam edir. Professor gənc ifaçılara dahi bəstəkarın əsərlərini yüksək səviyyədə təqdim etdiklərinə görə təşəkkürünü bildirib.




- 14:43 Mədəniyyət Evləri Novruz bayramına həsr olunmuş tədbir keçiriblər
- 11:53 "Zirədə Bahar Şəfəqi” adlı festival keçirilib
- 14:57 Qaradağ rayon Heydər Əliyev Mərkəzinə ekskursiya təşkil olunub
- 12:49 “Bayram gəlir elimə” adlı şənlik keçirilib
- 12:47 “Biz xoşbəxt uşaqlarıq” adlı çoxjanrlı beynəlxalq müsabiqə keçiriləcək
- 12:27 Niyazi adına 22 nömrəli Uşaq Musiqi Məktəbində konsert keçirilib
- 12:25 Xalq yazıçısı Maqsud İbrahimbəyova həsr edilən virtual kitab sərgisi hazırlanıb
- 12:00 Novruz bayramına həsr olunmuş konsert proqramı təşkil olunub
- 11:08 “Bahar - ən gözəl qızısan sən təbiətin!” adlı bayram konserti keçirilib
- 11:04 Türk Mədəniyyəti və İrsi Fondu ilə Dünya Gənc Türk Yazarlar Birliyi arasında Memorandum imzalanıb
- 11:00 Musiqi məktəbində Novruz bayramına həsr olunan tədbir keçirilib
- 10:00 “Bahar nəğməsi” adlı konsert keçirilib
- 09:34 Füzulidə Yaradıcılıq Məktəbi düşərgəsi yekunlaşdı
- 09:24 8-ci ANİMAFİLM Beynəlxalq Animasiya Festivalına filmlərin qəbulu başlanıb
- 09:18 UNESCO-nun mənzil-qərargahında 12 ölkənin təşkilatçılığı ilə Novruz bayramı qeyd edilib
- 09:15 Müəllimlərin attestasiyasının keçirildiyi Bakı Xoreoqrafiya Akademiyasına infotur təşkil olunub
- 19:07 “Bitməmiş məktub və nakam ömür” adlı tədbir keçirilib
- 18:46 “Milli – mənəvi dəyərlərimiz” adlı tədbir keçirilib
- 15:48 A.M.Şərifzadə adına Mədəniyyət Mərkəzində bayram tədbiri keçirilib
- 15:39 “Novruz gəlir, yaz gəlir” adlı tədbir keçirilib
- 15:17 Novruz bayramı ilə əlaqədar tədbir keçirilib
- 11:56 Professor Əkbər Ağayevin anadan olmasının 110 illiyi ilə əlaqədar elektron məlumat bazası hazırlanıb
- 11:55 Milli Kitabxanada tanınmış ictimai xadim Qənirə Paşayevanın 50 illiyi münasibətilə sərgi hazırlanıb
- 11:21 “Nağılların audiovizual təqdimatı” layihəsi çərçivəsində növbəti təqdimat
- 10:47 “Pişiyin evi” kukla tamaşası təqdim olunub
- 10:38 “Novruz sevincləri” adlı bayram tədbiri keçirilib
- 09:35 Bu gün Torpaq çərşənbəsidir
- 09:31 Beynəlxalq Muğam Mərkəzində Xalq artisti Yaqub Məmmədovun xatirəsi anılıb
- 09:29 Valentina Matviyenko Azərbaycan Milli Xalça Muzeyi ilə tanış olub
- 16:00 “Sağlam dostlar” adlı təlim keçirilib
- 15:49 Qazaxıstanda dünya xalqlarının mədəni irsinə həsr olunmuş beynəlxalq simpozium keçirilib
- 15:03 Uşaq Opera Teatrının tanınmış bəstəkarın 75 illiyinə ərməğanı
- 14:42 Adil Kərimli dördüncü “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüşüb
- 14:12 Azərbaycanlı rəssamların əsərləri Berlində açılan sərgidə nümayiş olunur
- 11:20 Dövlət Kukla Teatrında yeni səhnə əsərinin məşqlərinə başlanılıb
- 10:49 Beynəlxalq konfransın əcnəbi iştirakçıları Xudavəng monastırı ilə tanış olublar
- 10:06 Bu gün görkəmli aktyor Hüseyn Ərəblinskinin doğum günüdür
- 09:43 Əməkdar incəsənət xadimi Ziyadxan Əliyev dünyasını dəyişib
- 09:32 Xalq artisti Ənvər Həsənov vəfat edib
- 09:29 Bakıda “1000000 Zəkanın Şifrəsi” kitabının təqdimatı olub
- 09:17 Vyanada Azərbaycan Mədəniyyət Mərkəzində uşaqlar üçün Novruz şənliyi keçirilib
- 16:35 Üzeyir Hacıbəylinin ev-muzeyində “O olmasın, bu olsun” operettasının 115 illiyinə həsr olunmuş tədbir keçirilib
- 16:12 Bakıda “Qədim insan məskənlərinin mühafizəsi təhdidlər və müasir yanaşmalar” mövzusunda beynəlxalq konfrans keçirilir
- 15:49 “Novruz bayramı milli-mənəvi dəyərlərimizin təcəssümüdür” mövzusunda tədbir keçirilib
- 15:18 "Sən elə sev ki..." kitabının təqdimatı keçirilib
- 14:56 "Əbədi iz" adlı söhbət keçirilib
- 12:20 Moskvada Müslüm Maqomayevin xatirəsinə həsr edilmiş konsert olub
- 09:47 Qaradağ rayon Heydər Əliyev Mərkəzinə ekskursiya təşkil olunub
- 09:35 Mədəniyyət Nazirliyi və Kino Agentliyi 2025-ci il üzrə film layihələri müsabiqəsi elan edir
- 09:23 Baharın “Ulduz”u işıq üzü görüb
- 09:20 Beynəlxalq Muğam Mərkəzində “Muğamat axşamı” adlı konsert təşkil olunub
- 17:07 Daşkənddə “Odlar Yurdu – Azərbaycan” kitabının təqdimatı olub
- 15:57 “Novruz dostluq, həmrəylik, birlik bayramıdır” mövzusunda dəyirmi masa təşkil olunub
- 14:48 Dahi Nizami Gəncəvinin vəfatının 816-cı ildönümü münasibətilə beynəlxalq onlayn konfrans keçirilib
- 14:39 Mədəniyyət naziri Adil Kərimli Neftçala rayonunda vətəndaşları qəbul edib
- 11:39 Heydər Əliyev Mərkəzlərinə ekskursiyalar davam edir
- 11:24 Milli Kitabxanada “Mikayıl Rzaquluzadə - 120” adlı geniş kitab sərgisi açılıb
- 11:16 Əlilliyi olan uşaqlara həsr edilən himnə çəkilən klipin təqdimatı keçirilib
- 11:14 Kitabxanada Novruz bayramı ilə əlaqədar tədbir keçirilib
- 10:50 “Doğma torpaq” tammetrajlı bədii filminin çəkilişləri başa çatıb