Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi Azərbaycan Bəstəkarlar İttifaqı ilə birgə Vətən müharibəsində Şanlı Qələbənin 5-ci ildönümünə həsr olunmuş Milli Bəstəkarlıq Müsabiqəsi elan edir. Müsabiqənin keçirilməsində əsas məqsəd milli-mədəni dəyərləri, cəmiyyətin və dövlətin ideoloji maraqlarını, mövcud dövrün mədəni tələblərini və beynəlxalq təcrübəni ehtiva edən əsərlərin ərsəyə gətirilməsi və ölkədə bəstəkarlıq yaradıcılığına rəvac verilməsidir.
MÜSABİQƏNİN MƏRHƏLƏLƏRİ
Müsabiqə aşağıdakı iki mərhələdən ibarətdir:
1-ci mərhələ - layihələrin qəbulu;
2-ci mərhələ - layihələrin qiymətləndirilməsi.
• Тəqdim olunmuş əsərlər 2025-ci il oktyabrın 1-nə qədər Azərbaycan Bəstəkarlar İttifaqında qəbul olunacaqdır.
• Müraciətə aşağıda qeyd olunan sənədlər əlavə edilməlidir: müəllifin tərcümeyi-halı müəllifin şəxsiyyətini təsdiq edən sənədin surəti təqdim olunan əsər haqqında annotasiya təqdim olunan əsərin notları təqdim olunan əsərin səs yazısı (elektron və ya canlı ifa)
• Əsərlər Azərbaycan Bəstəkarlar İttifaqının müəyyən etdiyi Münsiflər Heyəti tərəfindən qiymətləndiriləcəkdir.
MÜSABİQƏNİN ƏSAS ŞƏRTLƏRİ
Müsabiqəyə heç bir yerdə səslənməmiş və nəşr olunmamış yeni orkestr və xor əsərləri təqdim edilməlidir:
• Orkestr üçün - təqdim ediləcək əsər (marş, uvertüra, konsert pyesi və s.) müxtəlif tərkibli orkestrlər (simfonik orkestr, xalq çalğı alətləri orkestri, hərbi nəfəs alətləri orkestri və onların qarışıq tərkibi) üçün nəzərdə tutularaq, 7-8 dəqiqəlik vaxt həcmində olmalıdır;
• Xor ilə orkestr üçün - təqdim ediləcək əsər (kantata, oratoriya, oda və s.) dördsəsli xor və müxtəlif tərkibli orkestrlər (simfonik orkestr, xalq çalğı alətləri orkestri, hərbi nəfəs alətləri orkestri və onların qarışıq tərkibi) üçün nəzərdə tutularaq, 10-15 dəqiqəlik vaxt həcmində olmalıdır.
Müsabiqədə yaş məhdudiyyəti olmadan yalnız ali bəstəkarlıq təhsili olan müəlliflər iştirak edə bilərlər. İştirakçılar əsərin partiturasını və CD yazısını (elektron səslənmədə), müəllifin adı göstərilmədən deviz yazılmış bağlı iri zərfdə Azərbaycan Bəstəkarlar İttifaqına şəxsən, yaxud poçt göndərişi ilə təqdim еtməlidirlər.
Müəllif haqqında şəxsi məlumatlar (şəxsiyyət vəsiqəsi və təhsil haqqında diplomun surətləri, ünvan, telefon) üzərində yalnız eyni deviz qeyd olunmuş kiçik zərfdə əlavə edilməlidir.
MÜKAFATLANDIRMA
Müsabiqənin qalibləri üçün aşağıdakı mükafatlar nəzərdə tutulur:
I yer – 7000 manat
II yer – 5000 manat
III yer – 3000 manat.
Mükafatlandırma zamanı əsərin elan olunmuş mövzuya sadiqliyi, məzmuna yanaşmada səmimilik, yeni baxış nümayiş olunması və ideyanın ifadəsində peşəkarlıq səviyyəsi əsas meyarlar kimi nəzərə alınacaqdır.
Müsabiqənin maliyyələşdirilməsi “Ədəbiyyat və incəsənət əsərlərinin sifariş əsasında yaradılmasına, onların ilk kütləvi ifa və ya nümayiş hüququnun alınmasına görə müəllif qonorarının, yubiley, dövlət tədbirləri və xüsusi təyinatlı konsert proqramları üçün yaradıcı heyət və ifaçılara ödənilən haqqın minimum miqdarının və verilməsi Qaydalarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 16 fevral tarixli 52 nömrəli Qərarına uyğun olaraq həyata keçirilir.
Əlavə məlumat üçün: Tel.: (+99412) 598 08 86 Ünvan: Xaqani küçəsi, 55
- 10:19 Regionlarda mədəni qastrol proqramı – aprel 2026
- 17:51 Mədəniyyət naziri Adil Kərimli Ağdamda vətəndaşları qəbul edəcək
- 09:57 “Bız bakıttı balamız “ adlı çoxjanrlı beynəlxalq müsabiqə keçirilib
- 13:05 31 Mart-Azərbaycanlıların Soyqırımı Günündən 108 il ötür
- 13:38 “Akinak” filmi may ayından etibarən kinoteatrlarda nümayiş olunacaq
- 10:15 “Könlümü şeirə vermişəm” adlı tədbir keçirilib
- 14:43 “Novruz bayramı -Baharın rəngi” adlı tədbir keçirilib
- 18:30 Ramazan bayramı qeyd olunub
- 08:23 “Səma” rəqs ansamblı “Bahar sevinci” adlı konsert proqramı ilə çıxış edib
- 15:20 Qocalar evində Ramazan bayramı qeyd olunub
- 13:00 M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasına “Bösendorfer” konsert royalları təqdim olunub
- 17:42 Azərbaycanda ilk dəfə Bakı və regionları əhatə edən genişmiqyaslı mədəni qastrol proqramı həyata keçiriləcək
- 12:34 “Zamanda səyahət” tamaşası nümayiş olunub
- 12:12 Teatr Xadimləri İttifaqı və Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının təşkilatçılığı ilə təntənəli tədbir keçirilib
- 23:46 “Mədəniyyət İncisi” layihəsi çərçivəsində növbəti konsert təqdim olunub
- 20:02 8 Mart-Beynəlxalq Qadınlar Günü qeyd olunub
- 19:46 Xanım İsmayılqızının 70 illik yubileyinə həsr olunmuş görüş keçirilib
- 15:48 Bəstəkar Sevda Rəhimova “Ömür yollarının sədası” adlı müəllif konserti təqdim edib
- 16:54 “Ürək deyir, yaşa hələ” adlı ədəbi-bədii gecə keçirilib
- 12:14 Mədəniyyət naziri Adil Kərimli Hacıqabulda vətəndaşları qəbul edəcək
- 21:51 Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar film təqdim olunub
- 21:46 “Torpağı sanı yaşayasan” qısametrajlı bədii film nümayiş olunub
- 21:35 Qaradağ rayon Heydər Əliyev Mərkəzində film nümayiş edilib
- 21:25 Mədəniyyət Nazirliyinin kollektivi Xocalı soyqırımı abidəsini ziyarət edib
- 21:10 “Tarixin susmayan harayı: Xocalı” adlı tədbir keçirilib
- 18:03 Yubilyar mədəniyyət xadimləri nazirliyin Fəxri diplomu ilə təltif olunub
- 17:38 Millət vəkilləri və incəsənət xadimləri attestasiya prosesini müşahidə ediblər
- 17:11 2026/2027-ci tədris ili üzrə incəsənət məktəb və mərkəzlərinə təhsilalanların qəbulu elan olunur
- 16:58 “Sənin üçün” qısametrajlı bədii filminin nümayişi keçirilib
- 15:45 “Ögey ana” filmi nümayiş olunub
- 16:00 “Qızıl uçurum” filmi nümayiş olunub
- 16:35 Mədəniyyət naziri Adil Kərimli Qax rayonunda vətəndaşların müraciətlərini dinləyib
- 11:40
- 12:06 Berlində Azərbaycan Kino Günləri keçirilib
- 09:05 Mədəniyyət Nazirliyinin 2025-ci ildəki fəaliyyətinə dair genişləndirilmiş kollegiya iclası keçirilib
- 09:22 Honq Konq Konservatoriyasında Azərbaycanın simfonik və populyar musiqisindən bəhs olunub
- 09:53 “İncəsənət Müəllimlərinin Qış Məktəbi” layihəsi həyata keçiriləcək
- 10:38 Əməkdar artist Cabir Abdullayev ilə görüş keçirilib
- 09:41 Ölkədə mədəni irsin korlanması və məhv edilməsi ilə bağlı məsuliyyəti sərtləşdirən yeni qaydalar qüvvəyə minir
- 09:22 Tofiq Quliyev adına 12 nömrəli Onbirillik Musiqi Məktəbinin şagirdi Cavidan Babazadənin solo konserti keçirilib
- 11:43 Sevilən müğənni Leyla Rəhimli ilə görüş keçirilib
- 10:08 2026-cı il Gənclər üçün Prezident mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
- 09:48 “Üzeyir Hacıbəyli Mükafatı” qaliblərinin təltifetmə mərasimi keçirilib
- 09:34 “20 Yanvar-Milli yaddaşımızın iradə gücü” adlı anım tədbiri keçirilib
- 14:36 “Azərbaycan Mədəniyyəti – 2040” Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
- 14:22 “Mədəniyyəti – 2040” Konsepsiyasının Mədəniyyət Nazirliyinin qurumları üçün təqdimatı keçirilib
- 17:05 Mədəniyyət naziri Adil Kərimli Ağsuda vətəndaşları qəbul edəcək
- 17:02 Azərbaycanlı şairin “Bəxt ulduzu” kitabı Kazanda tatarca işıq üzü görüb
- 09:18 Azərbaycanlı rəssamın əsəri Pekin Beynəlxalq Biennalesində nümayiş olunur
- 15:42 Hərbi Hissədə bayram konserti keçirilib
- 12:33 “Həmrəyliyin rəngləri” adlı rəsm sərgisi təşkil edilib
- 11:56 "Qış nağılı" adlı tamaşa nümayiş edilib
- 11:36 Şövkət Ələkbərova adına 20 nömrəli Onbirillik Musiqi Məktəbində konsert keçirilib
- 11:07 24 nömrəli Onbirillik Musiqi Məktəbində bayram konserti keçirilib
- 09:30 “Mən dünyaya aktrisa olmaq üçün gəldim…” – Xalq artisti Amalya Pənahovanın 80 illik yubiley gecəsi
- 21:15 Baş İdarə hərbi liseydə bayram tədbiri keçirib
- 16:38 Gənclər Kitabxanasında “Xalq artisti Tofiq Bakıxanov - 95” adlı elektron baza hazırlanıb
- 11:07 Milli Kitabxanada “Akademik Yusif Məmmədəliyev – 120” adlı sərgi açılıb
- 10:18 “Suveren dövlət, həmrəy xalq” adlı tədbir keçirilib
- 09:27 Pantomim Teatrında “Romeo və Cülyetta” tamaşası nümayiş olunub