XƏBƏRLƏR
MƏLUMAT
“Şərikli çörək” filmi nümayiş olunub
ÜMÜMİ XƏBƏRLƏR
05/02/2025 09:20

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Yasamal rayon Heydər Əliyev Mərkəzində “Şərikli çörək”  filmi nümayiş olunub.

Filmin nümayişində 13 nömrəli tam orta məktəbin müəllim və şagird kollektivi iştirak ediblər.

Şagirdlər  öncə mərkəzin Muzey bölməsində Heydər Əliyevin büstünü ziyarət ediblər.

Qeyd olunub ki, Mərkəzdə mütamadi olaraq  milli kinoların nümayişi təşkil olunur. Azərbaycan kinosunun xalqımızın maariflənməsində, estetik  zövqünün formalaşmasında, milli və vətənpərvərlik hissinin güclənməsində özünəməxsus rolu var.

Sonra məktəblilər  "Şərikli çörək" filmini izləyiblər. Film 1969-cu ildə “Azərbaycanfilm” kinostudiyasında lentə alınıb. Filmin rejissoru Şamil Mahmudbəyovdur.

Baxış sayı: 24