XƏBƏRLƏR
MƏLUMAT
Albaniyada “İRS” jurnalının növbəti sayı çapdan çıxıb
ÜMÜMİ XƏBƏRLƏR
05/02/2025 16:09

“İRS” jurnalının alban dilində növbəti nömrəsi “Irs-Trashëgimia” çapdan çıxıb. AZƏRTAC xəbər verir ki, 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi və ölkəmizin COP29 Sədrliyinə təsadüf etdiyini nəzərə alaraq, jurnalın yeni nəşrində ətraf mühitin qorunması, yaşıl enerji sahəsində həyata keçirilmiş layihələr, perspektivlər və həmçinin Azərbaycanın iqlim dəyişikliyi üzrə prioritetləri və ümumiyyətlə COP-la bağlı geosiyasət haqqında mövzulara həsr olunmuş Azərbaycan və Albaniya müəlliflərinin məqalələri yer alıb.

Böyük Britaniyalı jurnalist İan Peartın “Şuşaya heyranlıqla” və Naziya Məmmədovanın “Qarabağda Qafqaz Albaniyasının ziyarətgahları” mövzularında məqalələr də yerli oxucular üçün maraqlı olacaq. Ziyarət Cabbarovanın və Etibar Cəfərovun “Azərbaycan – tolerantlıq diyarı”, Musa Qasımlının “İrəvan necə Ermənistanın paytaxtı oldu” və İtaliyalı pianoçu Aldo Raqoninin Azərbaycan musiqisinə dair məqalələri oxucuların ölkəmiz haqqında biliklərini genişləndirməyə kömək edəcək.

İqbal Hacıyev

AZƏRTAC-ın xüsusi müxbiri

Tirana

Baxış sayı: 40