XƏBƏRLƏR
MƏLUMAT
Xalq artisti Elmira Şabanovanın doğum günüdür
ÜMÜMİ XƏBƏRLƏR
01/11/2019 00:15

Elmira Balahüseyn qızı Şabanova 1 noyabr 1940-cı ildə Bakıda anadan olub. Atası əvvəl zavod direktoru, sonra SSRİ Ali Sovetinin deputatı olub. M.A. Əliyev adına ADİİ-da əvvəlcə aktyorluq (1958-1962), sonra rejissorluq fakültəsini bitirib. (1969)

Hələ İnstitutun 1-ci kursunda rejissor Rüfət Şabanovla ailə qurub. 1962-1997-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində müəllim və dosent işləyib. "Azərbaycanfilm" kinostudiyasında 30-a yaxın bədii filmdə çəkilib.

Aktrisa 2 filmdə çəkildikdən sonra, bir müddət kino sənətindən uzaqlaşıb. 1977-ci ildə "Bədbəxtliyin astanasında" qısametrajlı bədii filmi ilə kinoya qayıdan aktrisa xüsusilə 80-cı illərdə bir-birinin ardınca kino, radio və televiziyada maraqlı obrazlar yaradıb. Onların arasında Anarın ssenarisi əsasında və rejissorluğu ilə çəkilmiş "Qəm pəncərəsi" filmində ustalıqla oynadığı Həmidə xanım obrazı mühüm yer tutub.

Baxış sayı: 18214