XƏBƏRLƏR
MƏLUMAT
Sabunçu rayon MKS-nin 1 nömrəli filialı “Qoy həmişə sülh olsun!” adlı səhərcik keçirib
ÜMÜMİ XƏBƏRLƏR
02/09/2019 04:57

Sentyabrın 2-dəBakı Şəhər Mədəniyyət Baş İdarəsi Sabunçu rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 1 nömrəli filialı192 saylı “Göyərçin” uşaq bağçasının məktəbəqədər bölmələrinin uşaqları ilə“Qoy həmişə sülh olsun!” adlı səhərcik keçirib.

Kitabxananın şöbə müdiri Lalə Məhərrəmova “Qoy həmişə sülh olsun!” mövzusu ilə çıxış edib və uşaqların vətənpərvərlik ruhunda yetişməsindən, tərbiyələnməsindən bəhs edib. Onları  vətəni sevməyə,vətənpərvər olmağa səsləyib.

Uşaqlar Sülhü tərənnüm edən şəkilləri nümayiş etdirərək tərbiyəçinin köməyi ilə  “Sülh olsun, əminamanlıq olsun”... “Analar dərd görməsin, körpələr ac qalmasın,göz yaşları olmasın”.. “Heçnə yarımçıq qalmasın”... “Müharibə olmasın”... - kimi sözləri təkrar ediblər.

Sonda rus bölməsinin uşaqları“Qoy həmişə günəş olsun!” mahnısını səsləndiriblər.

Baxış sayı: 35854