XƏBƏRLƏR
MƏLUMAT
“Qəhrəmanlıq dastanı” adlı videoçarx hazırlanıb
ÜMÜMİ XƏBƏRLƏR
29/03/2022 01:26

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Sabunçu rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 2 nömrəli filialının fəal oxucusu Aysel Quliyeva “Qəhrəmanlıq dastanı” adlı videoçarx hazırlayıb.

Azərbaycan qəhrəmanlıq dastanlarında xalqın həyatı ilə bağlı tarixi hadisələrdən, onun haqq-ədalət və azadlıq uğrunda apardığı mübarizədən bəhs edilir. Belə dastanların qəhrəmanları xalq içərisindən çıxan mərd və igid insanlar olur.

Ən məşhur qəhrəmanlıq dastanlarından biri də “Koroğlu” dastanıdır.

Koroğlu Azərbaycan xalqının ən sevimli dastan qəhrəmanlarından biridir. Koroğlu adı xalqımızın igidliyi, mübarizliyi, vətənpərvərliyinin simvoluna çevrilib. Koroğlu mahnılarda, qoşmalarda, bayatılarda ən çox səslənən addır. 

“Koroğlu” dastanı haqqında araşdırmalardan məlum olur ki, o, yarımistik xalq qəhrəmanıdır. Onun təqribən XVI əsrin II yarısı yaşadığı güman edilir. Koroğlu Cəlaililər hərəkatının başçılarından biri olub. XVI əsrin ortaları-XVII əsrdə Türkiyə şəhərlərini, Azərbaycan və s. əraziləri kəndli hərəkatı bürüyüb. Azərbaycandakı Cəlaililər dəstələrindən birinə Koroğlu başçılıq edib. Koroğlu və silahdaşları haqqında yazılı mənbələrdə məlumat çox azdır. Tədqiqatçıların bəziləri Koroğlunun Xorasanda, digərləri Anadoluda, əksəriyyəti isə Azərbaycan ərazisində fəaliyyət göstərdiyini qeyd ediblər. Şifahi xalq ədəbiyyatında Koroğlunun adı ilə bağlı hadisələr əfsanəviləşərək öz əksini “Koroğlu” dastanında tapıb. 

Videoçarxı aşağıdakı keçiddən izləyə bilərsiniz:

https://www.instagram.com/tv/Cbe43mxD8Ao/?utm_medium=copy_link

Baxış sayı: 370