XƏBƏRLƏR
MƏLUMAT
Azərbaycanın Milli Qəhrəmanı Şahlar Hüseynovun anım günüdür
ÜMÜMİ XƏBƏRLƏR
10/04/2023 00:15

Şahlar İsa oğlu Hüseynov 26 noyabr 1968-ci il Qərbi Azərbaycanın Dərəçiçək mahalının Razdan rayonunun Hankavan kəndində anadan olub. 1985-ci ildə burada təhsilini rus dilində başa vurub. 1986-1988-ci illərdə Moskvada hərbi xidmətdə olub. Əsgərlikdən qayıtdıqdan sonra Gəncə şəhəri 27 saylı texniki-peşə məktəbini bitirərək Alüminium zavodunda çilingər işləməyə başlayıb.

Şahlar erməni vəhşilərinin 1992-ci il 25-26 fevral Xocalıda törətdikləri hadisədən sonra könüllü olaraq Gəncə batalyonuna daxil olub. O, erməni dilini təmiz bildiyi üçün kəşfiyyata həmişə tək gedər, çox mühüm məlumatlarla dönərdi. Döyüş dostları deyirdilər ki, Şahlar Hüseynov xüsusən Tərtər rayonun Şəfəq kəndində daha böyük hünərlə vuruşub, düşmənin xeyli hissəsini, texnika və canlı qüvvəsini məhv edib.

10 aprel 1992-ci il Şıxarx (keçmiş Marquşevan) kəndinə hücum edən erməni qəsbkarlarının hücumunun qarşısı alınıb, bu döyüşdə Şahlar Hüseynov şücaət göstərərək qəhrəmancasına həlak olub.

Baxış sayı: 226