XƏBƏRLƏR
MƏLUMAT
Populyar müğənnilər Ülkər Yaşarqızı və Rasim Səfər #senetinledestekle challenge-ində
ÜMÜMİ XƏBƏRLƏR
22/04/2020 13:18

Populyar müğənnilər Ülkər Yaşarqızı və Rasim Səfər aprelin 23-ü saat 22.15-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin #senetinledestekle təşəbbüsünə evdən qoşularaq izləyicilərə xoş əhval-ruhiyyə bəxş edəcəklər.

Sözlü-nəğməli axşamda populyar mahnıları dinləmək, müğənnilərə suallarını verib, arzu və istəklərini çatdırmaq istəyən izləyiciləri Baş İdarənin - @bakimedeniyyetidaresi və populyar müğənni Ülkər Yaşarqızının - @ulkar.yasharqizi “instagram” hesablarından canlı yayıma qoşulmağa dəvət edirik.

Baxış sayı: 420