
Aprelin 23-də Mədəniyyət naziri Əbülfəs Qarayevin sədrliyi ilə xüsusi karantin rejimi dövründə Bakı şəhərində yerləşən uşaq musiqi və incəsənət məktəblərinin fəaliyyətinə həsr olunmuş videokonfrans keçirilib.
Mədəniyyət nazirinin müavini Rafiq Bayramov, nazirliyin məsul əməkdaşları, Bakı şəhərində fəaliyyət göstərən uşaq musiqi və incəsənət məktəbləri rəhbərlərinin qatıldığı konfransda müəllimlərin işə qəbulu, attestasiyanın keçirilməsi, şagirdlərin məktəblərə elektron qəbulunun təşkili, distant dərslərin davam etdirilməsi və s. məsələlər müzakirə olunub.
Videokonfransda çıxış edən Əbülfəs Qarayev ölkəmizdə koronavirus (COVİD-19) infeksiyası səbəbindən tətbiq edilən xüsusi karantin rejimi günlərində mədəniyyət sahəsinin idarə olunması ilə bağlı görülən işlər, nazirliyin idarələrinin fəaliyyəti, vətəndaşlara mədəni xidmətlərin göstərilməsi, mədəniyyət müəssisələri tərəfindən onlayn şəkildə həyata keçirilən tədbirlərdə söz açıb. Əbülfəs Qarayev həmçinin bu günədək təşkil olunan videokonfranslar, eləcə də UNESCO-ya üzv ölkələrin mədəniyyət nazirlərinin görüşü haqqında məlumat verib.
Məlum şəraitdə nazirliyin fəaliyyətinə diqqət çəkən nazir, bu günlərdə müasir texnoloji imkanlardan istifadəsinin əhəmiyyətini bir daha vurğulayıb: “Karantin günlərində əldə olunmuş təcrübənin daha da inkişaf etdirilərək tətbiqi zəruridir. Tədris prosesində də həmin yenilikləri tətbiq edəcəyik. Müasir texnologiyalar qanunvericilik çərçivəsində tədris prosesində tətbiq olunmalıdır. Bakı şəhərində fəaliyyət göstərən mədəniyyət müəssisələrinin əməkdaşları mövcud şəraitdə öz işlərini layiqincə yerinə yetiriblər”.
Nazir sosial şəbəkələr üzərindən fəaliyyətin daha da genişləndirilməsi, aktivliyin artırılması, izləyicilərə mədəniyyət sahəsində baş verən yeniliklərin çatdırılması, elektron xidmətlərin əhatəsinin və səviyyəsinin yüksəldilməsi ilə bağlı müvafiq tapşırıq və tövsiyələrini verib.
Daha sonra çıxış edən Mədəniyyət nazirinin müavini Rafiq Bayramov mövcud vəziyyətdə nazirliyin fəaliyyəti, o cümlədən uşaq musiqi və incəsənət məktəblərinin fəaliyyət istiqamətləri haqqında danışıb. Elektron xidmətlərin göstərilməsi sahəsində atılan addımların davam etdiriləcəyini deyən nazir müavini hazırda bu istiqamətdə müvafiq işlərin aparıldığını diqqətə çatdırıb: “Müasir texniki vasitələrin tətbiqi günün vacib reallığına çevrilib. Yaranmış vəziyyət mədəniyyət sahəsində daha əvvəldən həyata keçirdiyimiz elektron xidmətlərin tətbiqi prosesini sürətləndirmiş oldu. Reallaşdıracağımız tədbirlər bu sahəsinin daha da müasirləşməsini təmin edəcək”.
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin rəisi Cəlil Məlikov çıxışında idarənin tabeliyində 30 musiqi, 6 incəsənət məktəbinin fəaliyyət göstərdiyini deyib. Bildirib ki, uşaq musiqi və incəsənət məktəblərində 2019-2020-ci tədris ilində 34 ixtisas üzrə 12 375 şagird ödənişsiz təhsil alır. Sosial izolyasiya şəraitində musiqi təhsilinin inkişafdan qalmaması, onların dəstəklənməsi və yaradıcılıq potensialının yüksəldilməsi məqsədilə uşaq musiqi və incəsənət məktəblərinin müəllimləri öz şagirdləri ilə bu günə qədər 15 000-ə yaxın onlayn dərs keçiblər.
Baş idarənin rəisi qeyd edib ki, bütün uşaq musiqi və incəsənət məktəblərinin “Facebook” və “İnstagram” səhifələri mövcuddur: “Bu səhifələr hər gün maraqlı məlumatlarla yenilənir. Sosial şəbəkələrdə müşahidə olunan aktivlik karantin müddətində daha da artırılıb, izləyici sayı çoxalıb. Sosial şəbəkələr vasitəsilə şagird və müəllimlərin, gənc istedadların yaradıcılıq uğurlarının işıqlandırılması, təbliği onları yeni nailiyyətlər qazanmağa daha da ruhlandırır. Bu günə qədər “Evd qal, musiqisiz qalma”, “Bizi birləşdirən mədəniyyət”, “Şeir de, pozitiv ol”, “Yallı gedək”, “Yaşlılara dəstək” kimi təşəbbüslərə minlərlə şagird və müəllim qoşulub. Eyni zamanda “Mədəniyyət” kanalı ilə birgə həftədə 5 gün musiqi dərsləri təşkil olunub”.
Nazirliyin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsi müdirinin müavini Qabil Abbasov, Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin sektor müdiri Bətulə Məmmədəliyeva, F.Əmirov adına 6 nömrəli onbirillik İncəsənət məktəbinin direktoru Adilə Yusifova, 36 nömrəli Uşaq musiqi məktəbinin direktoru Oqtay Muxtarov, C.Hacıyev adına 3 nömrəli onbirillik Musiqi məktəbinin direktoru Məhin Orucova və başqaları çıxış edərək mövcud vəziyyətdə musiqi və incəsənət məktəblərinin fəaliyyəti barədə məlumat verib, elektron xidmətlərin göstərilməsi sahəsində atılan addımlardan danışıblar.
Qeyd olunub ki, uşaq musiqi və incəsənət məktəbləri mövcud şəraitdə öz fəaliyyətini sosial şəbəkələr üzərindən davam etdirirlər. Bu müddətdə distant dərslər keçirilib, çox sayda videoçarxlar çəkilərək paylaşılıb.
Sonda ölkəmizdə koronavirus infeksiyası ilə mübarizədə dövlət tərəfindən həyata keçirilən tədbirlər diqqətə çatdırılıb, sosial təcrid dövründə mədəniyyət sahəsinin üzərinə düşən vəzifələr bir daha vurğulanıb.

- 09:20 Beynəlxalq muğam müsabiqəsinin qalibləri məlum olub
- 09:16 Azərbaycan UNESCO-nun Mədəni Özünüifadə Müxtəlifliyinin Qorunması və Təşviqi üzrə Hökumətlərarası Komitəsinə üzv seçilib
- 09:12 TÜRKSOY akademik Nizami Cəfərovu mükafatlandırıb
- 16:48 Uşaq musiqi, incəsənət məktəb və mərkəzlərində I sinfə şagird qəbulu imtahanları uğurla davam edir
- 16:34 Milli İncəsənət Muzeyində “Bərpa: keçmişə ehtiram, gələcəyə miras” adlı sərgi açılacaq
- 15:46 Mədəniyyət Nazirliyi ötən ay sosial şəbəkələrdə ən çox paylaşım edən qurum olub
- 15:11 “Opera günləri” layihəsi çərçivəsində “Əsli və Kərəm” operası təqdim olunub
- 15:06 Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzində “Zeynəbin sehrli dünyası” adlı sərginin açılışı olub
- 12:21 Bu gün Xalq artisti Cahangir Cahangirovun anadan olmasının 104 ili tamam olur
- 12:08 27 nömrəli Uşaq Musiqi Məktəbi "Kiçik əllərin böyük musiqisi" adlı hesabat konserti təqdim edib
- 10:25 Bu gün Xalq artisti Süleyman Ələsgərovun anadan olmasının 110 ili tamam olur
- 09:34 Mədəniyyət Nazirliyində tanınmış aşıq Ulduz Quliyeva ilə görüş olub
- 09:30 Əmmanda birinci İordaniya-Azərbaycan Filateliya sərgisi açılıb
- 09:20 “Göyçə ədəbi mühitinin şah beyti – Dədə Ələsgər” kitabının təqdimatı olub
- 09:13 Sabit Rəhmanın qiymətli kitablardan ibarət şəxsi kolleksiyası Milli Kitabxanaya hədiyyə edilib
- 17:16 Tofiq Quliyev adına 12 nömrəli Onbirillik Musiqi Məktəbinin hesabat konserti keçirilib
- 17:02 Azərbaycan və Çin klassik əsərlərinin nəşrinə başlanılıb
- 16:59 Beynəlxalq muğam ifaçıları müsabiqəsi davam edir
- 15:50 Gənclər Kitabxanasında Xalq şairi Bəxtiyar Vahabzadənin biblioqrafik icmal və elektron resurslar bazası yaradılıb
- 15:49 “Ulduz” jurnalının yeni nömrəsində...
- 14:28 Bakı Piano Festivalında xorvat musiqiçilərin çıxışı olub
- 14:20 Bu gün Xalq artisti Möhsün Sənaninin anadan olmasının 125 ili tamam olur
- 14:16 R.Behbudov adına 2 nömrəli Onbirillik Musiqi Məktəbində “Musiqi dünyamız” adlı hesabat konserti keçirilib
- 11:17 “Muğam aləmi” Festivalı çərçivəsində əlyazma və sənədlər sərgisi təşkil olunub
- 11:08 Nizami rayon MKS-nin Mərkəzi Kitabxanasında tədbir keçirilib
- 09:23 14 nömrəli Uşaq Musiqi Məktəbi hesabat konserti təqdim edib
- 09:18 İçərişəhərdə “Muğam Saatı” təşkil olunub
- 09:16 Professor Cahangir Məmmədlinin “Altmışıncılar nəsrinin poetikası” monoqrafiyası işıq üzü görüb
- 09:12 Dünya şöhrətli arxeomusiqişünas Bakıda mühazirə oxuyub
- 17:10 Tanınmış ritm ustadı Mahmud Salahın 65 illiyinə həsr olunmuş bədii musiqili gecə keçirilib
- 17:05 Beynəlxalq muğam ifaçıları müsabiqəsi başlayıb
- 15:07 Ölkəmiz UNESCO-nun 2005-ci il Konvensiyasına tərəf dövlətlərin konfransının 10-cu sessiyasında təmsil olunur
- 14:58 Azərbaycan nəşrləri Pekin Beynəlxalq Kitab Sərgisində
- 14:27 Gənclər Kitabxanasında 18 İyun - İnsan Hüquqları Günü ilə əlaqədar silsilə materiallar hazırlanıb
- 14:21 Almaniyada Üzeyir Hacıbəylinin 140 illiyinə həsr edilmiş konsertlər təşkil olunub
- 12:14 Kinematoqrafiya və digər audiovizual əsərlərin istehsalını stimullaşdırmaq məqsədilə sərəncam qəbul edilib
- 11:10 Milli Kitabxanada “18 iyun - Azərbaycanda İnsan Hüquqları Günü” adlı sərgi açılıb
- 09:51 “Muğam aləmi” 7-ci Beynəlxalq Musiqi Festivalının təntənəli açılışı olub
- 09:13 18 İyun Azərbaycanda İnsan Hüquqları Günüdür
- 09:07 İçərişəhərdə “Muğam Saatı” — İnteraktiv səs performansı baş tutacaq
- 15:42 “Konstitusiya və Suverenlik İli” çərçivəsində hazırlanmış materiallar istifadəçilərə təqdim edilib
- 15:03 Fikrət Əmirov adına 6 nömrəli Onbirillik İncəsənət Məktəbi hesabat konserti təqdim edib
- 14:22 “Aşıqlar Qərbi Azərbaycanı tərənnüm edir” adlı layihənin icrasına başlanılıb
- 12:24 Azərbaycan Animasiya Assosiasiyası Annecy festivalında təmsil olunub
- 11:38 Baş İdarənin Heydər Əliyev Mərkəzlərinə ekskursiyalar davam edir
- 11:07 Bu gün Xalq rəssamı Elbəy Rzaquliyevin anadan olmasının 99 ili tamam olur
- 10:29 Mərdəkan Mədəniyyət Sarayında tədbir keçirilib
- 09:29 Çaykovski adına Dövlət Akademik Böyük Simfonik Orkestri filarmoniyada konsert proqramı ilə çıxış edib
- 09:14 Azərbaycan Pekin beynəlxalq kitab sərgisində təmsil olunacaq
- 18:17 Ulu Öndər Heydər Əliyev irsinin təbliği mövzusunda Şəkidə elmi seminar keçirilib
- 17:30 15 İyun-Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib
- 12:36 15 iyun-Milli Qurtuluş Günü münasibətilə konsert proqramı təşkil olunub
- 11:13 Niyazi adına 22 nömrəli Uşaq Musiqi Məktəbi hesabat konserti təqdim edib
- 16:43 “Xalqın himayədarı” adlı dəyirmi masa keçirilib
- 16:41 Xəzər rayon MKS-də gənc yazar Səbinə Bayramovanın kitab təqdimatı keçirilib
- 16:35 “Böyük xilaskarlıq qayıdışı” adlı tədbir keçirilib
- 15:58 G.Şaroyev adına 35 nömrəli Onbirillik Musiqi Məktəbi hesabat konserti təqdim edib
- 15:03 Uşaq musiqi, incəsənət məktəb və mərkəzlərinə şagird qəbulu imtahanları başlayır
- 14:14 “Masal masal Türkiye” uşaq nağılları tətbiqində Azərbaycanla bağlı bölüm yaradılacaq
- 14:13 Gənclər Kitabxanasında Milli Qurtuluş Günü ilə əlaqədar kitab sərgiləri hazırlanıb