XƏBƏRLƏR
MƏLUMAT
Ölümün ölümsüzlük zirvəsi - Mirsəfa Rzayev
ÜMÜMİ XƏBƏRLƏR
09/02/2023 00:15

Mirsəfa Mircəlil oğlu Rzayev 1995-ci il 9 fevral tarixində Sumqayıt şəhərində anadan olub. Mirsəfa Rzayev Azərbaycan Dövlət Dəniz Akademiyasını bitirib. Bakı Limanının Dəniz xidmətləri departamenti və Dispetçer xidmətində Bərə terminalı üzrə dispetçer vəzifəsində çalışıb.

2017-ci ilin yanvar ayında həqiqi hərbi xidmətə çağırılıb. Azərbaycan Ordusunun əsgəri olan Mirsəfa Rzayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində Füzuli, Cəbrayıl və Zəngilan istiqamətində gedən döyüşlərdə olub. Mirsəfa Rzayev oktyabr 27-də Füzuli istiqamətində gedən döyüşlər zamanı şəhid olub. 27 oktyabr 2020-ci il tarixində Qaradağ rayonundakı Ümumşəhər qəbiristanlığında dəfn olunub. Daha sonra məzarı II Şəhidlər Xiyabanına köçürülüb.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 15 dekabr tarixli Sərəncamına əsasən Mirsəfa Rzayev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.

Baxış sayı: 317