XƏBƏRLƏR
MƏLUMAT
“Muzeylərimiz Xəzinədir” adlı tədbir keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
18/05/2022 02:11

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Əzim Əzimzadənin Mənzil-Muzeyinin və M.S.Ordubadinin Xatirə Muzeyinin birgə təşkilatçılığı ilə 18 May - Beynəlxalq Muzeylər Gününə həsr olunan "Muzeylərimiz Xəzinədir" adlı tədbir keçirilib.

Tədbirdə Baş İdarənin rəisi İbrahim Əliyev, Xalq rəssamı Arif Hüseynov, muzey mütəxəssisi Ziyadxan Həsənov, DİA Tələbə Gənclər Təşkilatının sədri Murad Həsənxanlı, “Aytam” Uşaqların Mədəni Maarifləndirilməsi İctimai Birliyini  sədri Aygün Zamanlı, UNEC Dizayn məktəbinin tələbələri və mədəniyyət müəssisələrinin əməkdaşları iştirak ediblər.

Muzeyin direktoru İradə Əzimzadə qonaqları salamlayaraq, hər kəsi Muzeylər Günü münasibətilə səmimi qəlbdən təbrik edib. Qeyd edibki, muzeylər təhsilin, mədəniyyətin mənbəyidir, cəmiyyətin inkişafında əsas rol oynayır, mədəni irsin qorunduğu məkan kimi muzeylərin əhəmiyyəti böyükdür.

Baş İdarənin rəisi İbrahim Əliyev çıxışında muzey fəaliyyətində tərbiyəedici, təhsilləndirici, inkişafetdirici və formalaşdırıcı imkanların mövcudluğunu vurğulayıb. Bildirib ki, keçmişimizi və bu günümüzü özündə əks etdirən muzeylər gələcək nəslin tərbiyəsində böyük əhəmiyyət daşıyan mədəniyyət ocaqlarıdır.

Daha sonra xalq rəssamı Arif Hüseynov və Ziyadxan Həsənov çıxış ediblər. Onlar Azərbaycanda muzey işinin inkişaf yolundan və Əzim Əzimzadənin yaradıcılığından bəhs ediblər.

Tədbirin sonunda ədəbi-bədii kompozisiya nümayiş olunub.

Baxış sayı: 359