XƏBƏRLƏR
MƏLUMAT
Mütaliəyə həvəs yaratmaq məqsədilə tanışlıq xarakterli tədbir keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
16/09/2022 08:55

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Xəzər rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanası uşaqlarda kitaba, mütaliəyə həvəs yaratmaq məqsədilə tədbir keçirib.

Kitabxanın şöbə müdiri N.Abdulova layihənin məqsədindən danışaraq bildirilib ki, əsas məqsəd oxucuları, məktəbliləri mütaliəyə cəlb etmək, onlarda kitaba maraq oyatmaq, boş vaxtlarını səmərəli keçirməyə imkan yaratmaqdan ibarətdir. Kitabxanaçının vəzifəsi oxucunu kitabxanaya cəlb etmək, mütaliəyə marağını artırmaq, onun dünyagörüşünün inkişafında fəal iştirak etməkdir.

Balaca kitabsevərlər kitabxanaya daxil olan yeni kitablara maraq göstəriblər, seçdikləri kitabları elə oradaca həvəslə oxumağa başlayıblar.

Baxış sayı: 271