XƏBƏRLƏR
MƏLUMAT
Musiqi məktəbində Camal İsmayılov adına Neftçala rayon Uşaq İncəsənət Məktəbi şagirdlərinin iştirakı ilə konsert keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
06/06/2022 07:17

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin G.Şaroyev adına 35 nömrəli onbirillik musiqi məktəbində Camal İsmayılov adına Neftçala rayon Uşaq İncənət Məktəbi şagirdlərinin iştirakı ilə konsert keçirilib.

İncəsənət və musiqi məktəbləri arasında təcrübə mübadiləsi çərçivəsində baş verən konsert proqramında iştirakçıların bir-birindən maraqlı ifaları alqışlarla qarşılanıb.

Artıq bir neçə ildir ənənə halını alan təcrübə mübadiləsi xarakterli konsertlərin təşkil edilməsində əsas məqsəd bölgələrdən olan yeniyetmələr arasında dostluq, yoldaşlıq əlaqələrini qurmaqdır. Belə ki, şagirdlərin yerli məktəb səhnəsindən çıxaraq geniş auditoriya qarşısında çıxış etmələri, onların gələcəkdə daha böyük səhnələrə alışmalarına şərait yaradır.

Tədbirdə Biləsuvar Regional Mədəniyyət İdarəsinin rəisi Əlisultan Sadıxov, musiqi və incəsənət məktəblərinin nümayəndələri iştirak ediblər.

35 nömrəli onbirillik musiqi məktəbinin direktoru Vəfa Həziyeva çıxış edərək konsert iştirakçılarını və kollektivi təbrik edib, gələcək işlərində uğurlar arzulayıb. Vəfa xanım xatirə olaraq “Xarıbülbül” simvolu olan hədiyyəni Biləsuvar rayon Regional Mədəniyyət İdarəsinin rəisi Əlisultan Sadıxova təqdim edib.

Sonda xatirə şəkilləri çəkilib.

Baxış sayı: 707