XƏBƏRLƏR
MƏLUMAT
“Milli incilərimiz” adlı konsert keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
11/01/2022 07:47

Yanvarın 11-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin 24 nömrəli onbirillik musiqi məktəbində Xalq çalğı alətləri şöbəsinin qarmon və nağara sinif şagirdlərinin iştirakı ilə “Milli incilərimiz” adlı konsert keçirilib. Konsertdə məktəbin şagird və müəllim kollektivi, valideynlər qonaq qismində iştirak ediblər.

Konsertin aparıcıları məktəbin qarmon sinifində təhsil alan şagirdlər - Aynişan Əhmədova və Gülçöhrə Əliyeva olub.

Konsert proqramında şagirdlərin ifasında “Nəlbəki”, “Şalaxo”, “Xan çobanı”, “Fikrəti”,  “Kinto”, “Sevinc”, “Ənzəli”, “Uzundərə”, “Kəmalə”, “Sənə qurban”, “İnnabı”, “Natiqi”, “Bahar”, “Basqalı”, “Həsəni” kimi rəqslər təqdim olunub.

Musiqi nömrələrini şagirdlərdən: Gülçöhrə Əliyeva, Səid İsmayılov, Emil Əbdülrəşidov, Ülvi Əliyev, Rəşad İsmayılov, Nəriman Murtuzov, Yusif  Muradlı, Mələk Abdullayeva, Valeh Məmmədov, Sadiq Ağayev, Tural Musayev, Sadiq Ağayev, Sadiq Nuriyev, Nihad Salayev, Sadiq Hüseynzadə, Elməddin Mirzəli, İsmayıl Rəcəbalıyev, Sadiq Səmədov, Emil Ramazanov, Sənan Nağıyev, Əli Əliyev, Mahmud Mahmudov, Əli Əliyev, Naibə Qafarova böyük şövq və həvəslə ifa ediblər.

Sonda məktəbin direktoru, Əməkdar müəllim Nadir Babayev çıxış edərək əməyi keçən hər kəsə öz təşəkkürünü bildirib.

Baxış sayı: 189