XƏBƏRLƏR
MƏLUMAT
"Məktəbli sorğusu" layihəsi çərçivəsində Y.V.Çəmənzəminlinin "Qan içində" romanı haqqında ətraflı məlumat təqdim edilib
ÜMÜMİ XƏBƏRLƏR
05/01/2022 01:05

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Xəzər rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 1 nömrəli filialı öz izləyicilərinə "Məktəbli sorğusu" başlığı altında Y.V.Çəmənzəminlinin "Qan içində" romanı haqqında ətraflı məlumat təqdim edib.

"Məktəbli sorğusu" başlıqlı layihədə mütəmadi olaraq Azərbaycanın görkəmli yazıçılarının əsərlərinin məzmunu haqqında məlumat paylaşılır ki, bu da kitabla ilk tanışlıq üçün çox əhəmiyyətlidir.

Yusif Vəzir Çəmənzəminlinin 1937-ci il aprel ayında tamamladığı və ilk dəfə 1964-cü ildə "Qan içində" adı ilə çap olunan "İki od arasında" romanıdır.

Romanda məşhur şair Molla Pənah Vaqifin həyatından və onun Qarabağ xanlığında vəzir olduğu zaman Azərbaycanın siyasi həyatında baş verən hadisələrdən bəhs edilir. Qarabağ, onun timsalında bütöv Vətən, doğma diyarın azadlığı böyük Azərbaycan yazıçısı Yusif Vəzir Çəmənzəminlinin yaradıcılığından qırmızı xətlə keçir. Ədibin 1937-ci ildə qələmə aldığı və ilk dəfə 1964-cü ildə "Qan içində" adı ilə işıq üzü görən "İki od arasında" romanı da məhz bu mövzudadır. Vətəni dərin məhəbbətlə sevən Y.V.Çəmənzəminli Qarabağ xanlığının tarixindən bəhs edən əsərini təsadüfən "İki od arasında" adlandırmayıb, bununla o, xalqının iki böyük qonşu dövlətin - Rusiya ilə İranın məngənəsində qaldığına, bundan ciddi ziyan çəkdiyinə işarə edib. Romanın əsas qəhrəmanlarından biri böyük söz ustadı M.P.Vaqifdir. Lakin müəllif M.P.Vaqifi yalnız gözəllikdən ilham alan şair kimi səciyyələndirməyib, həm də onun eşikağası vəzifəsində xanlıqda mühüm mövqe tutan mahir bir siyasətçi, diplomat obrazını yaradıb.

Heç təsadüfi deyildir ki, M.P.Vaqif Qarabağ xanlığının nümayəndəsi kimi İrakli xanın sarayında təşkil olunan rəsmi tədbirlərdə iştirak etmək üçün Tiflisə təşrif gətirəndə qonşu xanlıqların nümayəndələri müxtəlif məsələlərə dair məsləhət almaq üçün onunla görüşə can atırlar. Bu cəhətdən Axalsıq paşası Süleymanın nümayəndəsinin qoltuqçu qiyafəsində onun yanına gəlməsi səciyyəvidir. İşin mahiyyəti isə rusların Terek çayına körpü salmaları, dağlardan yollar açıb Tiflisə gəlmələri ilə əlaqədar idi. Ümumi düşmən qarşısında xanlıqların qüvvələrini biriəşdirmələrinin zəruriliyini yaxşı başa düşən M.P.Vaqif eyni zamanda tədbirli olmağı da yaddan çıxarmır, Süleyman paşanın nümayəndəsi ilə diplomatik tərzdə söhbət aparır.  

Əsərdə Vaqifin şair təbiətini, xalqa yaxınlığını, uzaqgörən diplomat olmasını səciyyələndirən bədii səhnələr çoxdur. Bütün bunları ümumiləşdirib aşağıdakı qənaətə gəlmək mümkündür:

Baxış sayı: 164