
Semuel Lenqhorn Klemens (Mark Tven) 1835-ci il noyabr ayının 30-da Missuri ştatında anadan olub.
Daha çox ingilis realist ədəbiyyatının ənənələrinə istinad edən yazıçı ABŞ ədəbiyyatı üçün tamamilə yeni olan yumor yarada bilib. Yerli hindu tayfalarının silah gücünə sıxışdırılması, müxtəlif lokal müharibələr M.Tven dövrü Amerikası üçün çox xarakterik idi. Mark Tven ədəbi yaradıcılığa başlayanda satira və yumor qəzet və jurnalların aparıcı janrı kimi diqqəti cəlb edib.
“Kalaveras ölkəsinin məşhur tullanan qurbağası” adlı yumoristik hekayəsi ona yazıçılıq fəaliyyətində ilk uğuru qazandırıb. Hekayə “New York Saturday Press” qəzetində 18 noyabr 1865-ci ildə çap olunub. Az bir müddətdə hekayə bütün ölkə boyu nəşr edilib və onu “Amerikada indiyədək yazılmış ən yaxşı yumoristik ədəbi əsər” adlandırıblar.
Mark Tvenin bir yazıçı kimi formalaşıb ümumxalq məhəbbəti qazanması yaradıcılığının birinci dövrünə təsadüf etsə də, yazıçıya əsl şöhrəti ikinci dövrdə - XIX əsrin 70-80- ci illərində qələmə aldığı iri həcmli əsərləri gətirib. “Tom Soyyerin macəraları” (1876), “Avara adam xaricdə” (1880), “Şahzadə və dilənçi” (1882), “Heklberri Finnin macəraları” (1885) əsərlərində müəllif hadisələri incə, zərif yumor hissi ilə qələmə alsa da, oxucunun mühakiməsinə verilən problemlər qlobal mahiyyəti, dağıdıcı, məhvedici gücü ilə yadda qalır. Ona xas olan ən xarakterik xüsusiyyətlərdən biri də öz vəzifəsini təkcə ədəbi əsər yazmaqla bitirməməsi idi. M.Tven fəal həyat mövqeyi tutan ziyalı idi. 1885-ci ildə ABŞ prezidentinə yazdığı məktubunda o, qərbdə yaşayan hindulara qarşı hakimiyyət dairələrinin vəhşi münasibətinə ciddi etirazını bildirib, bu özbaşınalığa son qoyulmasını tələb edib.
Mark Tven 1910-cu il aprel ayının 21-də vəfat edib.
Onun yaradıcılığına hələ yazıçının sağlığında dünyəvi maraq var idi. Tvenin gülüş obyektinin təkcə Amerika olmadığını görən, bu gülüşü həm də öz dərdlərinə məlhəm bilən, bu gülüşün gücü ilə öz xalqlarının yaşayış tərzində və məişətində çevriliş etməyə ümid bəsləyən mütərcimlər hələ XIX əsrin axırları, XX əsrin əvvəllərində onun zəngin yaradıcılığına müraciət ediblər. Müəllifin əsərləri fransız, alman, türk, rus və digər dillərə tərcümə olunub.
Mark Tvenin Azərbaycan dilinə ilk tərcüməsi türk dilindən olub. 1910-cu ildə Bakıda Orucov qardaşlarının mətbəəsində Amerika yazıçısının “İyirmi beş milyonluq çek” kitabı çapdan çıxıb. Əsəri məşhur teatr tənqidçisi Hacı İbrahim Qasımov türkcədən dilimizə çevirib.
- 12:00 Bu gün Əməkdar memar Rasim Əliyevin doğum günüdür
- 11:54 “Teatral Akademiya” layihəsi regional teatrların inkişafına töhfə verir
- 10:55 Xalq artisti Mirzə Babayevin anadan olmasının 112-ci ili tamam olur
- 09:29 Səkkizinci ANİMAFİLM festivalının müsabiqə proqramı elan olunub
- 09:19 “Vaqif Poeziya Günləri” davam edir
- 09:15 “YARAT” Müasir İncəsənət Məkanında “Caspian Corporealities” adlı performans həftəsi-2025-in açılışı olub
- 14:29 Baş İdarənin Heydər Əliyev Mərkəzlərini xarici qonaqlar ziyarət ediblər
- 12:50 Musiqi, incəsənət məktəb və mərkəzlərinə qəbul imtahanlarının nəticələri elan olunub
- 12:45 Ulu Öndər Heydər Əliyevin ilk dəfə hakimiyyətə gəlməsinin 56-cı ildönümünə həsr olunmuş "Dahi" adlı konsert proqramı təşkil edilib
- 12:08 Berlinale istedadlar proqramına müraciət açıq elan edilib
- 09:48 Bu gün teatr və kino aktrisası Sədayə Mustafayevanın doğum günüdür
- 09:34 Qazaxda “Vaqif Poeziya Günləri”nin rəsmi açılışı keçirildi!
- 09:22 Latviyanın məşhur ənənəvi bayramında ilk dəfə olaraq Azərbaycanın milli rəqsləri təqdim edilib
- 17:06 “Vaqifə məktub” esse müsabiqəsinin qalibləri məlum olub
- 16:20 Qaradağ rayon Heydər Əliyev Mərkəzinə ekskursiyalar davam edir
- 14:31 Attestasiyadan keçməyən müəllimlər üçün xüsusi müsabiqə təşkil ediləcək
- 14:27 Bakıda yerli animasiya layihələri üçün yeni imkan
- 11:52 Bakı Beynəlxalq Film Festivalına film qəbulu davam edir
- 11:51 Gənclər Kitabxanasında Tovuz döyüşlərinə həsr edilən silsilə materiallar hazırlanıb
- 10:55 “Müstəqil və qüdrətli Azərbaycanın təməl günü” adlı dəyirmi masa keçirilib
- 10:43 “Şanlı tarixin başlanğıcı” adlı tədbir keçirilib
- 10:23 “Azərbaycanın inkişaf yolunun başlanğıcı” adlı tədbir keçirilib
- 09:48 Karlovı Varıda 59-cu Beynəlxalq Kino Festivalı başa çatıb
- 09:28 Tbilisidə gənc azərbaycanlı rəssamların sərgisi açılıb
- 12:54 “Əfsanə qayıdır” filmi nümayiş olunub
- 16:00 Yaradıcı sahələr üzrə təhsil və sənaye əməkdaşlığı müzakirə olunub
- 15:36 Mədəniyyət naziri Adil Kərimlinin növbəti vətəndaş qəbulu Lerik rayonunda olub
- 15:10 Azərbaycanın daha iki abidəsi UNESCO-nun Dünya İrsinin İlkin Siyahısına daxil edildi
- 14:39 “Mədəni sferada jurnalistika” mövzusunda müsabiqənin qaliblərinin təltifolunma mərasimi keçirilib
- 12:07 Qala Əntiq Əşyalar Muzeyi bərpadan sonra ziyarətçilərin ixtiyarına verilib
- 09:45 Bakıda Opera Günlərinin bağlanış mərasimi keçirilib
- 09:33 Bu gün görkəmli şair Abbas Səhhətin vəfatından 107 il ötür
- 09:30 Azərbaycan ilə Özbəkistan arasında birgə mədəni tərəfdaşlıq
- 09:26 Türk Mədəniyyəti və İrsi Fondunda “Azərbaycan-Gürcüstan münasibətləri (1918–1922-ci illər)” kitabının təqdimatı keçirilib
- 15:55 Milli Kitabxanada “Xalq yazıçısı Sabir Əhmədli - 95” adlı sərgi açılıb
- 12:22 Gənclər Kitabxanasında Xalq yazıçısı Sabir Əhmədlinin xatirəsi yad edilib
- 09:39 Şuşa Dövlət Musiqili Dram Teatrında “Ümid işığı” tamaşasının premyerası keçirilib
- 09:35 Bu gün yazıçı Sabir Əhmədlinin doğum günüdür
- 09:29 Baku TV-nin “Söz” filminin təqdimatı keçirilib
- 09:28 “Nəvə” sənədli filminin çəkilişləri başlayır
- 09:19 Qəbələ Beynəlxalq Musiqi Festivalı başlayır
- 17:15 UNESCO gəncləri “İpək yolu gənclərin gözü ilə” 7-ci fotomüsabiqədə iştirak etməyə dəvət edir
- 14:54 “Yol əhvalatı” filmi nümayiş olunub
- 14:26 Azərbaycan-İsrail kinematoqrafçılarının birgə filmi təqdim olunub
- 14:09 “Vətən” musiqi qrupu iki nominasiya üzrə beynəlxalq festivalın qalibi olub
- 11:39 Milli Kitabxanada Seyid Əzim Şirvaniyə həsr olunmuş sərgi açılıb
- 11:15 "Azad" rəqs ansamblı "Dostluq körpüsü" adlı hesabat konserti təqdim edib
- 10:13 Bu gün şair Seyid Əzim Şirvaninin doğum günüdür
- 09:40 Bu gün Xalq şairi Nigar Rəfibəylinin anım günüdür
- 16:58 Azərbaycanda kino istehsalına yeni dövlət dəstəyi mexanizmi
- 16:44 "Kitabı sevək və sevdirək" adlı mütaliə saatı keçirilib
- 16:15 Azərbaycan və Kolumbiya milli kitabxanaları arasında qarşılıqlı əlaqələrin genişləndirilməsi müzakirə edilib
- 16:10 ARKA-da Bədii şura üzvlərinin iştirakı ilə görüş keçirilib
- 14:43 Aktyorluğu öyrən layihəsi üzrə yeni diplom tamaşaları təqdim olunub
- 14:39 UNESCO: Ümumdünya İrs Komitəsinin 47-ci sessiyasında Azərbaycanın bəyanatı təqdim olunub
- 11:33 Bu gün Xalq artisti, teatr aktyoru Zülfüqar Baratzadənin anadan olmasının 94-cü ili tamam olur
- 10:34 Vaqif Poeziya Günləri poeziyasevərləri yenidən bir araya gətirir
- 10:08 Xəzər rayon MKS-nin Mərkəzi Kitabxanası "Mütaliəni sevirik"adlı yeni layihəyə start verib
- 09:42 Qaradağ rayon Heydər Əliyev Mərkəzinə ekskursiya təşkil edilib
- 09:32 Bu gün Xalq yazıçısı Gülhüseyn Hüseynoğlunun anım günüdür