XƏBƏRLƏR
MƏLUMAT
Kitabxana Şəhid Nurlan Hüseynovun 30 illiyinə həsr olunmuş fotoslayd hazırlayıb
ÜMÜMİ XƏBƏRLƏR
01/07/2022 05:24

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Sabunçu rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 1 nömrəli filialı Şəhid Nurlan Hüseynovun 30 illiyinə həsr olunmuş fotoslayd hazırlayıb.

"Mən Hüseynov Nurlan Madər oğlu 1992-ci il iyulun 3-də İmişli rayonunun Göbəktala kəndində gözlərimi dünyaya açmışam. Orta təhsilimi Azər Atayev adına Göbəktala kənd orta məktəbində almışam. Məzun olduqdan sonra hərbi xidmət üçün Ağdama yollanmışam. Hərbi xidmət müddətində kursa yazılmışam. 2012-ci ildə “N” saylı hərbi hissədə Xüsusi Təyinatlı Dəstələrin tərkibində gizir olaraq Vətənimə xidmətimə davam etmişəm.

Ən böyük arzum şəhadət şərbətini içərək, ali zirvə olan şəhidlik məqamına yüksəlmək olub. Gül-çiçəyə qarşı xüsusi marağım olub. Balkonumda xüsusi qulluq etdiyim güllərim var idi.

Snayper atıcılığında usta olmuşam. 24 ölkənin iştirak etdiyi yarışmada Azərbaycanımı 1-ci yerə çıxarmışam. Ləqəbim "Kəşfiyyat Qartalı" olub. Aprel döyüşlərində böyük şücaət göstərib, 57 düşməni məhv edib, özüm isə qazi olmuşam.

27 sentyabrda başlayan II Qarabağ müharibəsində qəhrəmancasına iştirak etmişəm. Oktyabrın 14-dən 15-nə keçən gecə Hadrut uğrunda gedən döyüşlərdə düşmən snayperinə tuş gələrək, arzusunda olduğum şəhidlik zirvəsinə yüksəlmişəm. Canımdan Vətənimə can verib VƏTƏN olmuşam. Şəhid olmadan öncə bir ayağımı itirməyimə baxmayaraq 3 əsgər yoldaşımın həyatını xilas etmişəm. Məni İmişli rayonunun Göbəktala kənd qəbiristanlığında dəfn ediblər. Sevdiklərimi sizlərə əmanət etmişəm."

Vətən torpaqları uğrunda qəhrəmancasına iştirak edən, canından Vətənimizə pay verən,Vətənin qəhrəman oğlu səni unutmayacağıq.

Baxış sayı: 459