XƏBƏRLƏR
MƏLUMAT
Kitabxana akademik Mirəli Qaşqay haqqında videoçarx hazırlayıb
ÜMÜMİ XƏBƏRLƏR
06/01/2022 05:45

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Xəzər rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 6 nömrəli filialı görkəmli elm xadimi, akademik Mirəli Qaşqay haqqında videoçarx hazırlayıb.

Videoçarxda bildirilib ki, Mirəli Qaşqay​ 1907-ci il yanvarın 7-də​ Gəncə şəhərində anadan olub. 1930-cü ildə Azərbaycan Politexnik İnstitutunun (indiki AzTU) dağ-mədən fakültəsini bitirərək dağ-mədən mühəndisi-geoloq ixtisasını alıb. 1930-cu ildə SSRİ Elmlər Akademiyasının Petroqrafiya İnstitutunun aspiranturasına daxil olub.​ 1934-cü ildə "İstisu mineral bulaqlarının geoloji-petroqrafik və geokimyəvi səciyyəsinə dair" namizədlik dissertasiyasını müdafiə edib. Kiçik Qafqazın mərkəzi hissəsinin və Talışın hiperbazitləri və bazitlərinin tədqiqinin nəticələri "Azərbaycanın əsas və ultraəsas süxurları" adlı monoqrafiyasında yekunlaşdırılıb. Bu əsərə görə ona​ 1942-ci ildə geologiya-mineralogiya elmləri doktoru alimlik dərəcəsi verilib.

Onun elmi fəaliyyəti çoxcəhətli olub, mineralogiya və geologiya, tektonika və maqmatizm, petrologiya və metallogeniya, mineral suları və termal sular, stratiqrafiya və litologiya, tikinti materialları və s. elm sahələrini əhatə edib.

Onun 600-dən çox elmi əsəri və 35 monoqrafiyası çap olunub. "Azərbaycanın əsas və ultraəsas süxurları", "Azərbaycan mineral suları", "Perlitlər və obsidianlar və onların fiziki-kimyəvi xüsusiyyətləri", "Daşkəsənin petrologiyası və metallogeniyası", "Alunitlər, onların genezisi və istifadəsi", "Listvenitlər, onların genezisi və təsnifatı" kimi fundamental əsərlərin müəllifidir. 10 elmlər doktoru və 50 elmlər namizədi hazırlayıb.

Videoçarxa aşağıdakı keçiddən baxa bilərsiniz:

https://www.instagram.com/tv/CYUX0YhKT7n/?utm_medium=copy_link

Baxış sayı: 591