XƏBƏRLƏR
MƏLUMAT
Heyva tumunun saysız-hesabsız faydaları
ÜMÜMİ XƏBƏRLƏR
07/01/2022 06:37

Heyvanın meyvəsi, qabığı, tumu, hətta yarpağı və çiçəyi ayrı-ayrılıqda min bir dərdə şəfadır.

Göy, quru öskürək, mədə-bağırsaq iltihabı, ürək-damar fəaliyyətinin artırılmasında heyvanın böyük əhəmiyyəti var. Heyva toxumunun dəmləməsi mədə-bağırsaqda olan səpgilərin, tənəffüs orqanlarının, böyrək ağrılarının müalicəsinə çox faydalıdır. Uşaqların sümüklərinin möhkəmlənməsinə kömək edir. Hər yaşda olan insanların sinir sistemini gücləndirir, mədə-bağırsağı zərərli mikroblardan təmizləyir. Dəriyə və dırnaqlara parlaqlıq qazandırır.

Qədim dövrlərdə romalılar ətirləri də heyva tumu ilə zənginləşdirərdilər. İndi isə ən bahalı kremlərin xam maddəsini heyva tumu və digər inqrediyentlər təşkil edir. Ona görə də heyva tumu gözəllik sektorunda daha çox gənclik iksiri kimi tanınır.

Heyva tumu ancaq gözəllik sektorunda deyil, sağlamlıq problemləri ilə əlaqədar da istifadə edilir. Heyva tumunun bronxitə, öskürəyə, mədə və bağırsaq problemlərinə müsbət təsiri var. Ciyərlər üçün də olduqca faydalıdır. Heyva tumunu alma çəyirdəyi və bal ilə birlikdə qarışdırıb məcun halında qəbul etsəniz və su ilə qaynadıb içsəniz, öskürəyi kəsər.

Heyvanın yarpağı və çiçəkləri də soyuqdəymədə və mikroblarla bağlı narahatlıqlarda istifadə edilə bilər.

Baxış sayı: 316