XƏBƏRLƏR
MƏLUMAT
Füzuli rayonu döyüşləri zamanı şəhid olan qəhrəman əsgər Ramil Qurbanov
ÜMÜMİ XƏBƏRLƏR
05/01/2023 23:53

Ramil Sudeyif oğlu Qurbanov 1987-ci il 6 yanvar tarixində Beyləqan rayonunun Dünyamalılar kəndində anadan olub. O və əkiz qardaşı Amil Qurbanov eyni həyat yolunu gediblər. Onlar eyni məktəbdə, eyni sinifdə təhsil alaraq, boya-başa çatıb, hətta hərbi xidmətə də birlikdə yollanıblar.

Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Ramil Qurbanov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə könüllü olaraq savaşıb. Ramil Qurbanov sentyabrın 27-də Füzuli rayonu döyüşləri zamanı şəhid olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən Ramil Qurbanov ölümündən sonra “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Cəsur döyüşçü”, “Döyüşdə fərqlənməyə görə” medalları ilə təltif edilib.

Baxış sayı: 208