XƏBƏRLƏR
MƏLUMAT
Əməkdar artist Kübra Əliyevanın doğum günüdür
ÜMÜMİ XƏBƏRLƏR
05/01/2023 00:04

Kübrabəyim Ağa qızı Əliyeva 1950-ci il yanvarın 5-də Gəncə şəhərində anadan olub. 1977-ci ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun Mədəni-maarif fakültəsini bitirib.

SumqayıtDövlətDramTeatrındaRasimə ("Anamgəldi" Ş.Xusainov), Gülbadam ("Elbrusevlənir" G.Xuqayev), Gülnisə ("Solğun çiçəklər" C.Cabbarlı), Adilə ("Anaməhəbbəti"Y.Məmmədov), Pərixala ("Sənnə üçünyaşayırsan" İ.Qasımov, H.Seyidbəyli), Azərbaycan Dövlət Akademik Musiqili Teatrının səhnəsində çalışarkən Gövhər xala ("Gözün aydın" M.Əlizadə), Balı ("Qızıl toy" R.Heydər), Gülbadam ("Sevgilimin anası" G.Xuqayev), Sənəm ("O olmasın, bu olsun" Ü.Hacıbəyli), Balaxanım ("Sonqulunun sərgüzəştləri" R. Əhmədzadə) və s. obrazları yaradıb. 1991-ci ildən Akademik Milli Dram Teatrında çalışan aktrisa burada Ponsiya ("Dişi canavar ", F.Lorka), Nazilə ("Dəlilər və ağıllılar", İ.Əfəndiyev), Hayqanuş ("Hökmdar və qızı", İ.Əfəndiyev), Qaraqoyunlu ana (" Ağqounlular və Qaraqoyunlular" Ə.Əmirli), Firəngiz ("Ah,Paris-Paris!..", Elçin), Ana ("Eloğlu", A.Şaiq) kimi rolları oynayıb.

Aktrisa "Evləri köndələn yar" (Bazarkomun arvadı), "Analar" (Zərbuta), "İtkin gəlin" (Xədicə), "Sabiqlər" (Nazirin arvadı), "Sonuncu məhəbbət" (Ümbülnisə) teletamaşalarında iştirak edib. 

Aktrisa, “Axırıncı aşırım” (film, 1971) (tammetrajlı bədii film), “Bu da bir naxışdır” (film, 1987), “Canavar balası” (film, 1997), “Evləri göydələn yar” (film, 2010), “Evləri köndələn yar” (film, 1982), “Güllələnmə təxirə salınır!...” (film, 2003), “Gülüş sanatoriyası” (film, 1989), “İtkin gəlin” (film, 1994) (Xədicə), “Məhəllə” (film, 2003), “Məhəllə 2 Moskvada” (film, 2004), “Mənim ağ şəhərim” (film, 1994), “Məşədi İbad-94” (film, 2005), “Sabiqlər” (film, 1999), “Sabiqlərin yeni sərgüzəştləri” (film, 2000), “Sonuncu məhəbbət” (film, 1985), “Şahid qız” (film, 1990), “Şəbih” (film, 1971), “Şirbalanın məhəbbəti” (film, 1991), “Tam məxfi” (film, 2004) kimi filmlərdə özünəməxsus rolları ilə sevilib.

Kübrabəyim Əliyeva 2000-ci ildə Respublikanın “Əməkdar artisti” fəxri adına layiq görülüb. 2006-cı ildən Prezident təqaüdçüsüdür.

Baxış sayı: 181