XƏBƏRLƏR
MƏLUMAT
Ə.Əmirov adına Mədəniyyət Sarayı “Bizim Birliyimiz, Bizim gələcəyimizdir” adlı konsert proqramı təşkil edib
ÜMÜMİ XƏBƏRLƏR
10/11/2022 01:06

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Ə.Əmirov adına Mədəniyyət Sarayı Zəfər günü münasibəti ilə “Bizim Birliyimiz, Bizim gələcəyimizdir” adlı konsert proqramı təşkil edib.

Tədbirdə rayon ictimaiyyəti və qəsəbə sakinləri iştirak edib.

İlk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra aparıcı Zəfər gününün tarixi haqqında geniş məlumat verib.

Konsert zamanı Mədəniyyət Sarayının yaradıcı və özfəaliyyət kollektivlərinin, Karate idman klubunun çıxışları,  “Xarı Bülbül” rəqs kollektivinin təqdim etdiyi rəqslər, solistlər Tural Mehri və Nəzakət Vüqarlının ifaları tamaşaçılar tərəfindən maraqla qarşılanıb.

Baxış sayı: 130