XƏBƏRLƏR
MƏLUMAT
Dünyanın ən bahalı 5 şirniyyatı
ÜMÜMİ XƏBƏRLƏR
20/12/2021 08:26

Qızıl cupcake 1007 dollar

Dubayda “Bloomsbury”də təqdim edilən şirniyyatın daxili və xarici 23 əyyar qızılla əhatələnib. “Golden Phoenix Cupcake” adlanan şiriniyyatın tərkibində İtaliya kakaosu, Uqanda vanili var.

Donut 1, 682 dollar

1,682 dollara təklif olunan bu şirniyyat  Londonun məşhur çörək markası olan “Krispy Kreme”-ə aiddir.  Donutun hazırlanmasında 500 illik konyak və moruqdan istifadə olunur. Əl işi olan şirniyyatın tərkibində 24 əyarlıq qızıl var.

Ən bahalı dondurma

Dondurma “Serendipity 3” restoranında təklif olunur. Hazırlanmasında dünyanın ən bahalı 14 şokoladı daxil olmaqla, 28 fərqli şokoladından istifadə olunur. Dondurmanın dekorasiyasında 5 qram 24 əyarlıq yeməli qızıl, briliantdan istifadə olunub və qızıl qaşıqla servis edilir. Dondurma bitdikdən sonra qaşığı evə apara bilərsiniz. Dünyanən ən bahalı dondurmasının qiyməti 25000 dollardır.

34000 dollarlıq pudinq

Dünyanın ən bahalı pudinqinin hazırlanmasında şəftəli, portağal və alkoqol qarışıqlı yüngül peçenye və alkoqollu jeledən istifadə edilir. Dekorunda yeməli qızıl yarpağı, əl işi çiçəklər və brilyantlardan istifadə olunub. 

1,7 milyon dollarlıq meyvəli  tort

Yaponiyalı şirniyyat ustasının şirin xəmirdən hazırladığı meyvəli tortun qiyməti 1,7 milyon dollardır. Tortun tərkibində 223 almaz və 5 əyyar qızıldan istifadə olunub.

Baxış sayı: 958