XƏBƏRLƏR
MƏLUMAT
Dünyanın 15 ən qeyri-adi heykəli
ÜMÜMİ XƏBƏRLƏR
02/05/2020 08:52

Çoxsaylı ənənəvi və tarixi abidələrlə yanaşı, olduqca orijinal heykəllərə də rast gəlmək olur ki, heykəltaraşlar və rəssamlar onları yaradarkən təxəyyüllərini heç bir standartlarla və rəsmiyyətçiliklə məhdudlaşdırmayıblar.

AdMe.ru dünyanın dörd bir yanından ən qəribə və təəccüb doğuran heykəlləri xatırlayaraq təqdim edib.

“Las-Kolinasın mustanqları”, Texas, ABŞ

Bu dünyada ən nəhəng at heykəlləri qrupudur. Tunc heykəllər gerçək mustanqlardan 1,5 dəfə böyük ölçüyə malikdirlər, hərçənd footoşəkillərdə onların ölçüləri yaxınlıqda olan hündür tikililərin fonunda kifayət qədər iri görünmür. Atların ayaqlarının yanında xüsusi fəvvarələr qurulub, onlar çapan atların ayaqlarından ətrafa sıçrayan su damçılarını imitasiya edirlər. 

“Qadın çantası” abidəsi, İtaliya

Bu heykəl ilk dəfə İtaliyada “Düşüncələr. Məkan. Təbiətlə təxəyyül arasında mükalimə” sərgisində təqdim edilib.

“Dizayner” heykəli, Krasnoyarsk, Rusiya

Heykəl özlüyündə nəşriyyat dizaynerinin iş yerini təsvir edir: masa, səndəl, kompüter, masaüstü lampa və hətta gödəkçə - təkcə poliqrafiya dizaynerinin özü yoxdur.

“Düyünlənmiş tapança”, Nyu-York, ABŞ

İsveç rəssamı Karl Frederik Reytersvord (Carl Fredrik Reuterswärd) tərəfinfən 1980-ci ilin sonunda Con Lennonun ölümünə bir xatirə kimi yaradılıb.

“Səyyah”, Marsel, Fransa

Bu, tək Marselin küçələrini deyil, bir çox dünyaca məşhur sərgi salonlarını bəzəyən, müasir incəsənətə həsr olunmuş fiqurlar silsiləsidir. 

“Naməlum məmur”, Reykyavik, İslandiya

“Naməlum məmur” heykəlini İslandiya rəssamı və heykəltaraşı Maqnus Tomasson 1994-cü ildə yaradıb. Bu, kiçik memarlıq formaları ilə zəngin Reykyavikin ən ifadəli və iti zehnin məhsulu olan abidəsidir. Bununla belə, həm də ən nəzərəçarpmaz əsəridir.

“Hedinqton köpək balığı”, Oksford, Böyük Britaniya

Heykəlin mənasi ilk baxışda göründüyündən daha dərindir: o, Naqasakidə atom bombası partlayışının 41-ci ildönümü münasibətilə ucaldılıb. Köpək balığı gözəl, lakin potensial ölüm saçan raketi təcəssüm etdirir. 

“De Vaartkapoen”, Brüssel, Belçika

Abidə 1985-ci ildə Brüsselin Molenbik rayonunun küçələrindən birində qoyulub. Süjet komiksdən səhnəciyi xatırladır: qəfildən kanalizasiya quyusundan zarafatcıl gənc peyda olur və polisin ayağından tutub, qanun keşikçisini yıxır. Müəllif – Belçikalı Tom Frantsendir.

“Nelson Mandela” heykəli, CAR

Nelson Mandelanın profili 50 polad sütun-lövhə ilə yerinə yetirilib. Bu Mandelanın həbsa alındığı gündən ötən illərin sayını nümayiş etdirir. Onun obrazı yalnız müəyyən nöqtədən görünür, digər rakurslarda isə bu yalnız bir-biri ilə yanaşı dayanan sütunlar dəstidir.

“Təbiətin gücü”, Qətər

İtalyan rəssamı Lorenso Kuinin (Lorenzo Quinn) heykəl silsiləsi belə adlanır, burada Yer kürəsini parça parçası ilə saxlayan qadın təsvir edilib. Heykəllər dünyanın bir çox ölkələrinin – İngiltərə, ABŞ, Monako və Sinqapurun şəhərlərində ucaldılıb.

“Nişan üzükləri” Vankuver, Kanada

Vankuverin ən orijinal görməli yerlərindən biridir. Üzüklər poladdan, alüminiumdan və şüşədən hazırlanıb. Onlar müəyyən bucaq altında yerləşdirildiklərindən, elə bil bu dəqiqə tarazlıqlarını itirəcəklər. Əslində isə “Nişan üzükləri” özül üzərində əsaslı dayanmaqla, nikah birliyinin möhkəmliyini rəmzləşdirir.

“Çay qırağında insanlar”, Sinqapur

Bu kompozisiyanın müəllifi Çonq Fah Çeonq (Chong Fah Cheong) Sinqapur çayı sahilində yaşayıb işləyən insanları təsvir edən çoxsaylı heykəl müəllifi kimi tanınır.

“Frans Kafka” heykəli, Praqa, Çexiya

Heykəltaraş Yaroslav Ronanın müəllif ideyası tam olaraq məlum deyil. Ehtimallardan biri Kafkanın “Bir mübarizənin tarixçəsi” hekayəsinə gedib çıxır. Burada qəhrəman təsadüfi yolçuya paxıllıq edir və onun çiyinlərinə qalxır ki, dünyanı özgə gözləri ilə görsün. “Başqasının dərisində” olanda o yadelliyə olan paxıllığından əl çəkir, çünki hər kəsin öz ağrısı-acısı var.

“Məmur Femidası”, Danimarka

Danimarkalı rəssam Yens Halşiotun heykəli özlüyündə arıq, üzülmüş afrikalının kürəyində oturan, kökələrək yöndəmini itirmiş əldalət iləhəsini – sənayeləşmiş zəngin dünyanın rəmzini təcəssüm etdirir.

Ziqmunt Freydin abidəsi, Praqa, Çexiya

Ziyalıların sadə əhalidən kəskin surətdə aralanmasını David Cornıy belə göstərib. Ustad öz əsərinə elə sehrli cəlbedicilik bəxş edib ki, Praqanın qonaqları mütləq bu “asılmış” daş Freydə baxmaq istəyir və onu görmədən bu qədim şəhəri tərk etməyi özlərinə rəva bilmirlər.

Baxış sayı: 1093