
XVIII əsrin bu günü Zaltsburqda saray kapellası skripkaçısının ailəsində möcüzəli bir uşaq dünyaya gəlir, illər keçir, o, böyüyür. Oğlunun çalğısını dinləmək üçün Leopold Motsartın dəvət etdiyi bəxtəvərlər heyranlıqla danışırdılar ki, oğlan musiqi pyeslərini bəzi yaşlı musiqiçilərin müvəffəq ola bilmədikləri məharətlə ifa edir. Şəhər sakinləri “Onun neçə yaşı var?”- deyə bir-birindən təəccüblə soruşurdular. Şahidlər “Dörd yaşı var”, - deyə cavab versələr də, dediklərinə özləri də çətinliklə inanırdılar.
Artıq altı yaşında Volfqanq Zaltsburqda və Avstriyanın digər şəhərlərində konsertlər verirdi. Oğlunun uğurlarını görən Leopold Motsart bu işdən qazanc götürmək, Avropa səfərinə çıxmaq qərarına gəlir. Bəs balaca Volfqanq özünü necə hiss edirdi? O, uşaq idi, dostları ilə oynamaq, doğma evinin hərarətini hiss etmək istəyirdi. Bunun yerinə isə bitib-tükənməyən konsertlərdə atasının dediklərini edirdi. Leopold tamaşaçıları mat qoymaq üçün min hoqqadan çıxırdı. Məsələn, oğlunun gözlərini bağlayıb onu üstü parça ilə örtülmüş klaviaturada çalmağa, tamaşaçılardan birinin zümzümə etdiyi və ya qədəhində tıqqıldatdığı hər hansı melodiyanı klavesində təkrarlamağa məcbur edirdi.
Bioqrafların çoxu oğlunun istedadından pul qazanmağa çalışdığına görə Leopoldu qınayırlar. Amma digər tərəfdən Volfqanq musiqini ən yaxşı ifada dinləmək, musiqiçilərlə tanış olmaq, təəssüratlar toplamaq imkanı əldə etmişdi. Məhz uzun sürən bu səfər zamanı balaca virtuoz ilk dəfə ciddi şəkildə musiqi bəstələməyə başlayır. İlk bəstəkarlıq dərslərini atasından alan Motsart artıq 8 yaşında klavir və skripka üçün 4 sonatanın müəllifi idi.
Londonda onun müəllimi istedadlı musiqiçi və müəllim, böyük bəstəkar İohan Sebastyan Baxın oğlu İohan Kristian idi. Motsart ilk simfoniyalarını məhz Temza çayının sahillərində yazır. Volfqanqın dahiliyi onun hələ uşaq ikən yazdığı bu əsərlərdə də duyulur. Deyilənə görə, o, orkestrdə hər bir musiqi alətini son dərəcə dəqiq hiss edib. Üstəlik, ilk simfoniyalarını musiqi alətindən istifadə etmədən, ancaq içindən gələn musiqi duyumuna güvənərək yazıb. Sonralar dahi bəstəkar Bethoven kar olduğu üçün belə yazacaqdı.
Amma xoşbəxtlikdən Motsart kar deyildi, sadəcə, ağır xəstələnmiş atası qonşu otaqda uzandığı üçün sevən oğul onu narahat etmək istəmirdi...
Yollarda keçən bu həyat üç il davam edir, evə dönmək vaxtı çatır. Motsart Zaltsburqa bəstəkar kimi qayıdır. 12 yaşında ilk operasını yazır. İki il sonra Leopold Motsart oğlunu o vaxt Avropanın bütün müsiqiçilərinin can atdığı İtaliyaya aparır.
Bolonyada 14 yaşlı Mosart Filarmonik Akedemiyanın yarışlarında iştirak edir. Ona birsəsli pyesi genişləndirib, mürəkkəb dördsəsli əsər yazmaq tapşırığı verilir. Volfqanq tapşırığın öhdəsindən yarım saat ərzində gəlir. Bolonya Akademiyasının üzvləri o qədər heyrətlənirlər ki, misli görünməmiş qərar qəbul edib, Motsartı akademik seçirlər, halbuki o vaxtlar Akademiyaya yaşı yalnız 26-dan az olmayan ən böyük bəstəkarlar qəbul edilirdilər.
Evə qayıdan Motsart çox işləyir. Operalar, simfoniyalar, kvartet və sonatalar yazır. Atası kimi Volfqanq da saray musiqiçisi işləməyə başlayır və asılı vəziyyətin alçaldıcı ağırlığının nə demək olduğunu öz üzərində hiss edir. Böyük bəstəkar saatlarla arxiyepiskopun qəbul otağında dayanıb onun tapşırıqlarını gözləyir. Musiqiçi həmkarları ona paxıllıq edir, ayağının altını qazırlar. Motsarta Zaltsburqdan getmək qadağan olunur. Leopold Motsart yalnız bir dəfə arxiyepiskopdan oğlu üçün məzuniyyət qopara bilir.
Budur, Motsart yenə də xaricdədir, lakin daha tamaşaçıların ona baxmaq üçün pullarını həvəslə xərclədikləri həmin möcüzəli uşaq deyildir. O, insanların adət etdiyi italyan əsərlərindən fərqlənən, bənzərsiz musiqi yazan, artıq yetişmiş bir bəstəkardır. Gənc bəstəkar ümidsizliyə qapılır. Parisdə necə alqışlandığını hələ də unutmayan Motsart birdən-birə tam laqeydliklə üzləşir. Konsertlər, demək olar, gəlir gətirmir. Motsart onu müşayiət edən anasını saxlamaq üçün dərs demək məcburiyyətində qalır. Amma pul yenə də çatışmır. Yolların və uğursuzluqların üzüb əldən saldığı anası vəfat edir və bəstəkarın evə dönməkdən başqa çarəsi qalmır.
Yenə də sevmədiyi işə başlayır. Motsartı ümidsizlikdən yalnız yaradıcılıqla məşğul olması xilas edir. Amma bir gün səbir kasası daşır. Bəstəkar çox cəsarətli bir addım atır: istefa barədə ərizə
yazır. İstefa ərizəsinin ailəsi üçün nəticələrindən qorxan atasının yalvarışlarına baxmayaraq, arxiyepiskopun yanına gedir. Amma ərizəsinə cavab vermək əvəzinə arxiyepiskopun adamlarından biri bəstəkarı itələyib pilləkəndən salır. Dərin sarsıntı keçirən Motsart uzun müddət yataqdan qalxmır. Lakin, nəhayət, azad olması fikri sağalması üçün ona güc verir.
Bəstəkar sağalandan sonra Vyanaya köçür. Çətin, lakin azad olan yeni bir həyat başlayır. Motsart musiqi bəstələyir, dərs deyir, konsertlərdə çıxış edir. Elə birinci il bəstəkarın ən yaxşı əsərlərindən biri – “Seraldan oğurluq” operası yaranır. Sonra “Fiqaronun toyu”, “Don Juan”, “Sehrli fleyta” kimi şedevrlər, klavir üçün çoxsaylı konsertlər, fantaziyalar və kvartetlər yazır. Təkcə 1788-ci ildə Motsart üç möhtəşəm simfoniya yaradır.
Taleyin acı gərdişi: böyük bəstəkarın sonuncu əsəri matəm musiqisi - rekviyem idi. Motsart onu varlı bir sifarişçi üçün yazmağa başlayır. Amma iş elə gətirir ki, bu əsər onun özünə qismət olur. 35 yaşlı bəstəkarın qəfil ölümü hamını sarsıdır. Şayiələr yayılır ki, Motsartı zəhərləyiblər, lakin onun vaxtsız ölümünün səbəbi indiyədək məlum deyildir.
Motsartın həyat eşqi dolu işıqlı musiqisi sevincdə və kədərdə, məğlubiyyət və qələbələrdə bəşəriyyəti müşayiət edir. Dünyada elə bir insan yoxdur ki, Motsartın musiqisi onu riqqətə gətirməsin.
- 12:00 Bu gün Əməkdar memar Rasim Əliyevin doğum günüdür
- 11:54 “Teatral Akademiya” layihəsi regional teatrların inkişafına töhfə verir
- 10:55 Xalq artisti Mirzə Babayevin anadan olmasının 112-ci ili tamam olur
- 09:29 Səkkizinci ANİMAFİLM festivalının müsabiqə proqramı elan olunub
- 09:19 “Vaqif Poeziya Günləri” davam edir
- 09:15 “YARAT” Müasir İncəsənət Məkanında “Caspian Corporealities” adlı performans həftəsi-2025-in açılışı olub
- 14:29 Baş İdarənin Heydər Əliyev Mərkəzlərini xarici qonaqlar ziyarət ediblər
- 12:50 Musiqi, incəsənət məktəb və mərkəzlərinə qəbul imtahanlarının nəticələri elan olunub
- 12:45 Ulu Öndər Heydər Əliyevin ilk dəfə hakimiyyətə gəlməsinin 56-cı ildönümünə həsr olunmuş "Dahi" adlı konsert proqramı təşkil edilib
- 12:08 Berlinale istedadlar proqramına müraciət açıq elan edilib
- 09:48 Bu gün teatr və kino aktrisası Sədayə Mustafayevanın doğum günüdür
- 09:34 Qazaxda “Vaqif Poeziya Günləri”nin rəsmi açılışı keçirildi!
- 09:22 Latviyanın məşhur ənənəvi bayramında ilk dəfə olaraq Azərbaycanın milli rəqsləri təqdim edilib
- 17:06 “Vaqifə məktub” esse müsabiqəsinin qalibləri məlum olub
- 16:20 Qaradağ rayon Heydər Əliyev Mərkəzinə ekskursiyalar davam edir
- 14:31 Attestasiyadan keçməyən müəllimlər üçün xüsusi müsabiqə təşkil ediləcək
- 14:27 Bakıda yerli animasiya layihələri üçün yeni imkan
- 11:52 Bakı Beynəlxalq Film Festivalına film qəbulu davam edir
- 11:51 Gənclər Kitabxanasında Tovuz döyüşlərinə həsr edilən silsilə materiallar hazırlanıb
- 10:55 “Müstəqil və qüdrətli Azərbaycanın təməl günü” adlı dəyirmi masa keçirilib
- 10:43 “Şanlı tarixin başlanğıcı” adlı tədbir keçirilib
- 10:23 “Azərbaycanın inkişaf yolunun başlanğıcı” adlı tədbir keçirilib
- 09:48 Karlovı Varıda 59-cu Beynəlxalq Kino Festivalı başa çatıb
- 09:28 Tbilisidə gənc azərbaycanlı rəssamların sərgisi açılıb
- 12:54 “Əfsanə qayıdır” filmi nümayiş olunub
- 16:00 Yaradıcı sahələr üzrə təhsil və sənaye əməkdaşlığı müzakirə olunub
- 15:36 Mədəniyyət naziri Adil Kərimlinin növbəti vətəndaş qəbulu Lerik rayonunda olub
- 15:10 Azərbaycanın daha iki abidəsi UNESCO-nun Dünya İrsinin İlkin Siyahısına daxil edildi
- 14:39 “Mədəni sferada jurnalistika” mövzusunda müsabiqənin qaliblərinin təltifolunma mərasimi keçirilib
- 12:07 Qala Əntiq Əşyalar Muzeyi bərpadan sonra ziyarətçilərin ixtiyarına verilib
- 09:45 Bakıda Opera Günlərinin bağlanış mərasimi keçirilib
- 09:33 Bu gün görkəmli şair Abbas Səhhətin vəfatından 107 il ötür
- 09:30 Azərbaycan ilə Özbəkistan arasında birgə mədəni tərəfdaşlıq
- 09:26 Türk Mədəniyyəti və İrsi Fondunda “Azərbaycan-Gürcüstan münasibətləri (1918–1922-ci illər)” kitabının təqdimatı keçirilib
- 15:55 Milli Kitabxanada “Xalq yazıçısı Sabir Əhmədli - 95” adlı sərgi açılıb
- 12:22 Gənclər Kitabxanasında Xalq yazıçısı Sabir Əhmədlinin xatirəsi yad edilib
- 09:39 Şuşa Dövlət Musiqili Dram Teatrında “Ümid işığı” tamaşasının premyerası keçirilib
- 09:35 Bu gün yazıçı Sabir Əhmədlinin doğum günüdür
- 09:29 Baku TV-nin “Söz” filminin təqdimatı keçirilib
- 09:28 “Nəvə” sənədli filminin çəkilişləri başlayır
- 09:19 Qəbələ Beynəlxalq Musiqi Festivalı başlayır
- 17:15 UNESCO gəncləri “İpək yolu gənclərin gözü ilə” 7-ci fotomüsabiqədə iştirak etməyə dəvət edir
- 14:54 “Yol əhvalatı” filmi nümayiş olunub
- 14:26 Azərbaycan-İsrail kinematoqrafçılarının birgə filmi təqdim olunub
- 14:09 “Vətən” musiqi qrupu iki nominasiya üzrə beynəlxalq festivalın qalibi olub
- 11:39 Milli Kitabxanada Seyid Əzim Şirvaniyə həsr olunmuş sərgi açılıb
- 11:15 "Azad" rəqs ansamblı "Dostluq körpüsü" adlı hesabat konserti təqdim edib
- 10:13 Bu gün şair Seyid Əzim Şirvaninin doğum günüdür
- 09:40 Bu gün Xalq şairi Nigar Rəfibəylinin anım günüdür
- 16:58 Azərbaycanda kino istehsalına yeni dövlət dəstəyi mexanizmi
- 16:44 "Kitabı sevək və sevdirək" adlı mütaliə saatı keçirilib
- 16:15 Azərbaycan və Kolumbiya milli kitabxanaları arasında qarşılıqlı əlaqələrin genişləndirilməsi müzakirə edilib
- 16:10 ARKA-da Bədii şura üzvlərinin iştirakı ilə görüş keçirilib
- 14:43 Aktyorluğu öyrən layihəsi üzrə yeni diplom tamaşaları təqdim olunub
- 14:39 UNESCO: Ümumdünya İrs Komitəsinin 47-ci sessiyasında Azərbaycanın bəyanatı təqdim olunub
- 11:33 Bu gün Xalq artisti, teatr aktyoru Zülfüqar Baratzadənin anadan olmasının 94-cü ili tamam olur
- 10:34 Vaqif Poeziya Günləri poeziyasevərləri yenidən bir araya gətirir
- 10:08 Xəzər rayon MKS-nin Mərkəzi Kitabxanası "Mütaliəni sevirik"adlı yeni layihəyə start verib
- 09:42 Qaradağ rayon Heydər Əliyev Mərkəzinə ekskursiya təşkil edilib
- 09:32 Bu gün Xalq yazıçısı Gülhüseyn Hüseynoğlunun anım günüdür