XƏBƏRLƏR
MƏLUMAT
"Don Kixot"un yaradıcısı - Migel de Servantes
ÜMÜMİ XƏBƏRLƏR
29/09/2021 01:19

29 sentyabr 1547-ci ildə Alkala de Enares adlı kiçik Kastiliya şəhərciyində, Rodriqo de Servantesin ailəsində dünyaya gəlib. Həyatının ilk illəri haqqında az məlumat vardır. Həyatının çoxunu ailəsi ilə şəhər-şəhər gəzib. Bu illərdə Migel Cozefina adlı gənc bir qadınla tanış olub və bir-birlərini seviblər. Lakin Cozefinanın atası onların görüşməsinə icazə verməyib.1569-cu ildə Servantes İtaliyaya köçüb. 1575-ci ildə quldurlar tərəfindən əsir alınıb. Sonralar o Madridə qayıdıb.Onun Kastiliyanı tərketmə səbəbləri naməlumdur. Görkəmli ədib Madriddə vəfat edib.

1585-ci ildə Servantes "Qalateya" adlı pastoral roman, 1605-ci ildə "Don Kixot"un birinci hissəsini sonralar müxtəlif hekayələrini: "Qaraçı qız", "Qan gücü", "Ledi Korneliyanın romanı", "İtlərin söhbəti", 1615-ci ildə isə "Don Kixot"un ikinci hissəsini yazıb. "Don Kixot" Lamançlı Don Kixotun macəralarından ibarət iki hissəli roman olmaqla, ədibin dünya şöhrəti qazanmasında əsas yeri tutur.

Servantes həm də lirik şeirlər müəllifidir. Lope de Veqadan əvvəl onun dramları ispan ədəbiyyatında böyük hadisə olub.

Baxış sayı: 428