XƏBƏRLƏR
MƏLUMAT
Doğum günündə dəfn edilən şəhidimiz Seymur Məmmədli
ÜMÜMİ XƏBƏRLƏR
19/10/2022 00:22

Seymur Hacırəsul oğlu Məmmədli 19 oktyabr 1996-cı ildə Qax rayonunun Ağçay kəndində anadan olub.

2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Seymur Məmmədli Füzuli, Cəbrayıl, Xocavənd döyüşlərində savaşıb. 11 Oktyabr 2020-ci il tarixində yaralı döyüş yoldaşlarını ərazidən çıxaran zaman Hadrut istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Seymur Məmmədli doğulduğu gündə, doğulduğu kənddə torpağa tapşırılıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən Seymur Məmmədli ölümündən sonra "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə" və "Cəsur döyüşçü" medalları ilə təltif edilib.

Baxış sayı: 208