XƏBƏRLƏR
MƏLUMAT
Corc Oruellin “1984” əsəri haqqında videoçarx hazırlanıb
ÜMÜMİ XƏBƏRLƏR
28/03/2022 03:53

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Nərimanov rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin əməkdaşı Gülarə Qəniyeva XX əsr İngilis ədəbiyyatının öndə gələn şəxsiyyətlərindən biri Corc Oruellin “1984” əsəri haqqında videoçarx hazırlayıb.

Görkəmli ingilis yazıçısı Corc Oruellin (1903-1950) yaradıcılığı dünya miqyasında məşhurdur. Xüsusilə onun “1984” romanı və “Heyvanıstan” povesti ötən yüzillikdə sözün, ədəbiyyatın totalitar təfəkkürə və despotik idarəçilik üsullarına qarşı mübarizəsinin ən diqqətəlayiq nümunələrindən sayılır. Hər iki əsər yarandığı vaxtdan ədəbi və siyasi fikrin diqqət mərkəzində olub.

Aşağıdakı keçidlərə daxil olaraq videoçarxa baxa bilərsiniz:

https://www.instagram.com/tv/CbiOVKrArsn/?utm_source=ig_web_copy_link

https://www.facebook.com/100007549111926/videos/903256437053941/

Baxış sayı: 365