XƏBƏRLƏR
MƏLUMAT
“Cəsurluq məktəbi” rubrikasında Emil İbadov
ÜMÜMİ XƏBƏRLƏR
28/10/2021 01:29

Emil İbadov oktyabrın 28-i 1976-cı ildə Bakı şəhərində anadan olub. 1982-ci ildə Biləcəri qəsəbəsi 2 nömrəli Dəmiryol məktəbinə qəbul olub, 1993-cü il həmin məktəbi bitirib. 1997-ci ildə Binəqədi Hərbi komissarlığından müddətli hərbi xidmətə çağırılıb, 1999-cu il müddətli hərbi xidmətini bitirib. 1999-cu ilin oktyabrın 2-də Z.H.T.K-na ( Zabit Hərbi Təkmilləşdirmə Kursu) daxil olub. 2000-ci ilin mayın 13-də oranı bitirib gizir rütbəsi alaraq Beyləqan rayonunda Həqiqi hərbi xidmətini P.D.M-1 ( Piyadanın Döyüş Maşını) komandiri vəzifəsində xidmətə başlayıb.

Emil İbadov 2016-cı il 2 aprel, 5 aprel tarixlərində Füzuli rayonu Lələ Təpə istiqamətində gedən döyüşlərdə iştirak edib.

Emil İbadov 2020-ci il sentyabrın 27-də başlanan 2-ci Qarabağ müharibəsində iştirak edib. Füzuli rayonu istiqamətində gedən qızğın döyüşlər zamanı döyüşün ilk günlərində düşmənin Ohonyan səddi adlandırdıqları yerdə özü ilə birlikdə 3 nəfərlik qrupla 3 gün mühasirədə olub, xidmət etdiyi Hərbi hissə və ailəsi onun şəhid olduğunu düşünüb.

Mühasirədən çıxandan sonra onun qrupunda olan 2 nəfər müddətdən artığ hərbi qulluqçular çavuş Allahverdiyev Elçin və əsgər Müseyibov Hacıbaba da sağ-salamat qayıdıblar. Emil İbadov Füzuli, Cəbrayıl, Hadrut, Xocavənd və Şuşa istiqamətində gedən döyüşlərdə iştirak edib.

Baxış sayı: 326