Oqtay Şıxəliyev 1931-ci il 3 sentyabrında Bakı şəhərində anadan olub. O, XX əsrin 60-cı illərindən etibarən bir çox ictimai binaların - idman sarayı, məktəb, zavod, metrostansiya, park və binaların eksteryeri və interyerinin bədii tərtibatını verib. Rəssam öz əsərlərini freska rəngkarlığı ilə yanaşı mozaika və kaşı sənətinin bütün imkanlarından, plastik materiallarından istifadə etməklə yaradıb. Oqtay Şıxəliyev 1980-ci ildə Meksika təəssüratları əsasında çoxsaylı, kiçik həcmli, rəngkarlıq, qrafik əsərlər işləyib. Məsələn, rəssam: “Dağların ətəyində”, “Gün batanda”, “Piramida”, “Köhnə qəsr”, “Toreador”, “Mexiko”, “Tasko”, “Kilsə”, “Açal-pala abidələri”, “Quadalxara”, “Akapulko”, “Balıqçı” və digər tabloları yaradıb.
Oqtay Şıxəliyev sözsüz ki, məhz monumental dekorativ təmayüllü rəssamlardan biri olub. Ancaq buna baxmayaraq sənətkar özünü təsviri sənətin bütün janrlarında sınayıb: rəngkarlıq sahəsində çalışıb. Çoxlu portret və mənzərə təsvirləri, plakatlar işləyir, dekorativ vazalara və boşqablara tərtibat verib. Xırda tematik lövhələr düzəldib. Keramika və metaltökməyə meyl göstərib. Lakin bütün bunlara baxmayaraq Oqtay Şixəliyev yaradıcılığının böyük bir hissəsini rəngkarlığa həsr edib. Onun rəngkarlığı bütünlüklə dekorativ xarakter daşıyıb. O, lokal rənglərə daha çox üstünlük verib. Çox vaxt bu rənglərin ahəngini onların təzadı ilə yaradıb. Rəssam üçün rəng obrazın əsas ifadə vasitəsidir. “İnşaatçı”, “Mənim qaracam”, “Tarzən Bəhram Mansurov”, “Nigar”, “Qız”, “Kimyaçı” kimi portretlərdə yaxud, “Qobustan”, “Kürün ram edilməsi”, “Müharibənin nəticələri” adlı mənzərələrində bu, açıq-aşkar görünür. Oqtay Şıxəliyev təhsilini Sankt-Peterburq (Leninqrad) şəhərində bitirdikdən sonra vətənə qayıdıb və qısa müddətdə aparıcı rəssam-monumentalistlər qrupuna daxil olub. Rəssam Azərbaycan memarlığında təsviri sənətin sintezi ilə meydana gələn bir çox yeniliklərin müəllifi olub.
Ümumiyyətlə, Oqtay Şıxəliyevin yaradıcılğında zəhmətkeş insan obrazı böyük yeri tutur. Uşaqlıqdan çətin şəraitdə böyüyən rəssamın insan əməyinə yüksək qiymət verməsi başa düşüləndir. Onun bu mövzulardakı qəhrəmanları idealizə olunmur, təbii-real şəkildə göstərilir. Sanki, o, işləriylə insanı əməyə çağırır. Müxtəlif səpkili tablolarda işləyən insanlar sevinc içində təsvir olunub. İşlərindən zövq alan neftçilər, inşaatçılar, təmirçilər bununla gənc nəslə örnək olub. Rəssamın bütün tablolarında zəhmət adamları iş prosesi zamanı çəkilib. Səyahət etməyi sevən Oqtay Şıxəliyevin əsərləri onun yüksək müşahidəçilik qabiliyyətinə malik olduğunu sübut edib. “Ancaq sülh”, “Güllər”, “Neftçinin portreti”, “Aydın səma”, “Bakının yeni tikintisi”, “Kapella”, “Abşeron torpağı” və digər işlərdə Azərbaycanın qüdrətinin ritmini, əzəmətini, romantikasını gözəl ifadə edib. Rəssam ən adi sənaye motivində fəhlə əməyinin qüdrətini ümumiləşdirməyə nail olub. Bu cəhət rəssamın digər mənzərələri, o cümlədən doğma yurdun boyalarını canlandıran “Abşeron torpağı” adlı mənzərəsi üçün də səciyyəvidir. O, insanın mənəvi və cismani qüdrətini tərənnüm etməyə çalışıb. Oqtay Şıxəliyevin yaratdığı insan surətləri və Abşeron torpağıyla bağlı tablolarında həyata nikbin münasibət duyulur. Rəssam vətənini səfər etdiyi bütün ölkələrdən uca tutub. O, hər bir qarışını sevdiyi Azərbaycanı dünyanın ən gözəl ölkəsi kimi təqdim edir. Azərbaycanın şairanə gözəlliklərini təbliğ etməyə can atan rəssam tablolarda kəskin rakurslardan imtina edib.
Oqtay Şıxəliyevin yaradcılığı sənətsevərlər tərəfindən rəğbətlə qarşılanıb və o 1982-ci ildə “Azərbaycan Respublikasının Əməkdar rəssamı”, 1992-ci ildə isə “Azərbaycan Respublikasının Xalq rəssamı” fəxri adlarına laiq görülüb. Azərbaycan Respublikasının Prezident təqaüdçüsü olub.
Ustad sənətkar Oqtay Şıxəliyev 2012- ci ildə Bakı şəhərində vəfat edib.
Allah rəhmət eləsin.








- 13:38 “Akinak” filmi may ayından etibarən kinoteatrlarda nümayiş olunacaq
- 10:15 “Könlümü şeirə vermişəm” adlı tədbir keçirilib
- 14:43 “Novruz bayramı -Baharın rəngi” adlı tədbir keçirilib
- 18:30 Ramazan bayramı qeyd olunub
- 08:23 “Səma” rəqs ansamblı “Bahar sevinci” adlı konsert proqramı ilə çıxış edib
- 15:20 Qocalar evində Ramazan bayramı qeyd olunub
- 13:00 M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasına “Bösendorfer” konsert royalları təqdim olunub
- 17:42 Azərbaycanda ilk dəfə Bakı və regionları əhatə edən genişmiqyaslı mədəni qastrol proqramı həyata keçiriləcək
- 12:34 “Zamanda səyahət” tamaşası nümayiş olunub
- 12:12 Teatr Xadimləri İttifaqı və Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının təşkilatçılığı ilə təntənəli tədbir keçirilib
- 23:46 “Mədəniyyət İncisi” layihəsi çərçivəsində növbəti konsert təqdim olunub
- 20:02 8 Mart-Beynəlxalq Qadınlar Günü qeyd olunub
- 19:46 Xanım İsmayılqızının 70 illik yubileyinə həsr olunmuş görüş keçirilib
- 15:48 Bəstəkar Sevda Rəhimova “Ömür yollarının sədası” adlı müəllif konserti təqdim edib
- 16:54 “Ürək deyir, yaşa hələ” adlı ədəbi-bədii gecə keçirilib
- 12:14 Mədəniyyət naziri Adil Kərimli Hacıqabulda vətəndaşları qəbul edəcək
- 21:51 Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar film təqdim olunub
- 21:46 “Torpağı sanı yaşayasan” qısametrajlı bədii film nümayiş olunub
- 21:35 Qaradağ rayon Heydər Əliyev Mərkəzində film nümayiş edilib
- 21:25 Mədəniyyət Nazirliyinin kollektivi Xocalı soyqırımı abidəsini ziyarət edib
- 21:10 “Tarixin susmayan harayı: Xocalı” adlı tədbir keçirilib
- 18:03 Yubilyar mədəniyyət xadimləri nazirliyin Fəxri diplomu ilə təltif olunub
- 17:38 Millət vəkilləri və incəsənət xadimləri attestasiya prosesini müşahidə ediblər
- 17:11 2026/2027-ci tədris ili üzrə incəsənət məktəb və mərkəzlərinə təhsilalanların qəbulu elan olunur
- 16:58 “Sənin üçün” qısametrajlı bədii filminin nümayişi keçirilib
- 15:45 “Ögey ana” filmi nümayiş olunub
- 16:00 “Qızıl uçurum” filmi nümayiş olunub
- 16:35 Mədəniyyət naziri Adil Kərimli Qax rayonunda vətəndaşların müraciətlərini dinləyib
- 11:40
- 12:06 Berlində Azərbaycan Kino Günləri keçirilib
- 09:05 Mədəniyyət Nazirliyinin 2025-ci ildəki fəaliyyətinə dair genişləndirilmiş kollegiya iclası keçirilib
- 09:22 Honq Konq Konservatoriyasında Azərbaycanın simfonik və populyar musiqisindən bəhs olunub
- 09:53 “İncəsənət Müəllimlərinin Qış Məktəbi” layihəsi həyata keçiriləcək
- 10:38 Əməkdar artist Cabir Abdullayev ilə görüş keçirilib
- 09:41 Ölkədə mədəni irsin korlanması və məhv edilməsi ilə bağlı məsuliyyəti sərtləşdirən yeni qaydalar qüvvəyə minir
- 09:22 Tofiq Quliyev adına 12 nömrəli Onbirillik Musiqi Məktəbinin şagirdi Cavidan Babazadənin solo konserti keçirilib
- 11:43 Sevilən müğənni Leyla Rəhimli ilə görüş keçirilib
- 10:08 2026-cı il Gənclər üçün Prezident mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
- 09:48 “Üzeyir Hacıbəyli Mükafatı” qaliblərinin təltifetmə mərasimi keçirilib
- 09:34 “20 Yanvar-Milli yaddaşımızın iradə gücü” adlı anım tədbiri keçirilib
- 14:36 “Azərbaycan Mədəniyyəti – 2040” Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
- 14:22 “Mədəniyyəti – 2040” Konsepsiyasının Mədəniyyət Nazirliyinin qurumları üçün təqdimatı keçirilib
- 17:05 Mədəniyyət naziri Adil Kərimli Ağsuda vətəndaşları qəbul edəcək
- 17:02 Azərbaycanlı şairin “Bəxt ulduzu” kitabı Kazanda tatarca işıq üzü görüb
- 09:18 Azərbaycanlı rəssamın əsəri Pekin Beynəlxalq Biennalesində nümayiş olunur
- 15:42 Hərbi Hissədə bayram konserti keçirilib
- 12:33 “Həmrəyliyin rəngləri” adlı rəsm sərgisi təşkil edilib
- 11:56 "Qış nağılı" adlı tamaşa nümayiş edilib
- 11:36 Şövkət Ələkbərova adına 20 nömrəli Onbirillik Musiqi Məktəbində konsert keçirilib
- 11:07 24 nömrəli Onbirillik Musiqi Məktəbində bayram konserti keçirilib
- 09:30 “Mən dünyaya aktrisa olmaq üçün gəldim…” – Xalq artisti Amalya Pənahovanın 80 illik yubiley gecəsi
- 21:15 Baş İdarə hərbi liseydə bayram tədbiri keçirib
- 16:38 Gənclər Kitabxanasında “Xalq artisti Tofiq Bakıxanov - 95” adlı elektron baza hazırlanıb
- 11:07 Milli Kitabxanada “Akademik Yusif Məmmədəliyev – 120” adlı sərgi açılıb
- 10:18 “Suveren dövlət, həmrəy xalq” adlı tədbir keçirilib
- 09:27 Pantomim Teatrında “Romeo və Cülyetta” tamaşası nümayiş olunub
- 18:40 “Qar Kraliçası” yenidən səhnədə
- 15:47 "Muğam bir xəzinədir" adlı tədbir keçirilib
- 17:11 "Yeni il sərgüzəştləri" adlı tamaşa nümayiş edilib
- 16:03 “Mirzə Qədim İrəvani irsi Prezident Kitabxanasında” adlı tədbir keçirilib