
Oqtay Qədir oğlu Zülfüqarov 1929-cu il mayın 31-də anadan olub. Uşaqlıqdan musiqiyə həvəsi, yüksək musiqi duyumu olan O.Zülfüqarov 1947-ci ildə A.Zeynallı adına Musiqi Texnikumunun violonçel sinfinə daxil olub,məşhur musiqiçi A.Şvartsdan dərs alıb. Bu dövrdə violonçel ifaçılığı ilə bərabər, bəstəkarlıqla da məşğul olub, violonçel üçün pyeslər və bir neçə mahnı yazıb.
1949-cu ildə gənc musiqiçilərin bəstələdiyi ən yaxşı mahnılar üzrə keçirilən müsabiqədə III yer tutub. O,1951-ci ildə Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının simli alətlər şöbəsinə - violonçel sinfinə daxil olub,1958-ci ildə bəstəkarlıq şöbəsində təhsilini Q.Qarayevin sinfində başa vurub.
Oqtay Zülfüqarov bəstəkarlıq texnikasına yiyələnərək musiqinin müxtəlif janrlarına müraciət edib.Onun iki simfoniyası, violonçel, fleyta və simfonik orkestr üçün konsertləri, “Şənlən mənim xalqım” uvertürası, “Qız ulduz”, “Meşə nağılı”, “Pişik və sərçə” nağıl-operaları, “Məlikməmməd” nağılı əsasında yazdığı “Sehrli alma ” uşaq baleti, “Əlibaba və 40 quldur” librettosu, simli kvartetləri, fortepiano triosu, mahnı və romansları musiqi tariximizdə özünəməxsus yer tutub.
Bəstəkarın 300-ə qədər uşaq mahnısı var. Bunlardan “Ovçu oğlan”, “Dumbulumu çalaram”, “Rəssam”, “Kuklam”, “Nə əzizsən, vətən”, “Əziz ana, can ana” və başqalarının adını çəkə bilərik. Adından da göründüyü kimi, bu mahnılar müxtəlif mövzuları əhatə edərək körpələrdə ana, vətən, təbiət, gözəllik, məktəb, müəllim və s. haqda daha aydın təsəvvür yaradıb.
1958-ci ildə Azərbaycan Bəstəkarlar İttifaqının üzvü olub,ittifaqın bütün tədbirlərində çox fəal iştirak edib. Bəstəkar həmçinin Dövlət Uşaq Filarmoniyasının bədii rəhbəri olub. Uşaqların sevimli bəstəkarı 1967-ci ildən rəsmlə, xalq sənəti (dekorativ təsviri sənət) ilə ciddi məşğul olmağa başlayıb. Onun rəsmlərində simvolika fantastika ilə birləşib. Bəstəkar rəssamın çoxcəhətli, geniş fəaliyyəti dövlət tərəfindən yüksək qiymətləndirilib. Uzun illər ‘‘Tumurcuq” və ‘‘Aysel” Uşaq Mahnı Teatrı Oqtay Zülfüqarovun rəhbərliyi altında Azərbaycan Dövlət Televiziyasında verilişlər hazırlayıb. Azərbaycan musiqi mədəniyyətinin zənginləşdirilməsi sahəsində səmərəli xidmətlərinə görə Oqtay Zülfüqarov 1972-ci ildə “Əməkdar incəsənət xadimi”, 2000-ci ildə “Xalq artisti” fəxri adına layiq görülüb. 2009-cu ildə isə anadan olmasının 80 illiyi münasibəti ilə “Şöhrət” ordeni ilə təltif olunub. Oqtay Zülfüqarov 2016-cı il avqustun 31-də 87 yaşında vəfat edib. Əvəzolunmaz sənətkar II Fəxri Xiyabanda dəfn edilib.
- 12:00 Bu gün Əməkdar memar Rasim Əliyevin doğum günüdür
- 11:54 “Teatral Akademiya” layihəsi regional teatrların inkişafına töhfə verir
- 10:55 Xalq artisti Mirzə Babayevin anadan olmasının 112-ci ili tamam olur
- 09:29 Səkkizinci ANİMAFİLM festivalının müsabiqə proqramı elan olunub
- 09:19 “Vaqif Poeziya Günləri” davam edir
- 09:15 “YARAT” Müasir İncəsənət Məkanında “Caspian Corporealities” adlı performans həftəsi-2025-in açılışı olub
- 14:29 Baş İdarənin Heydər Əliyev Mərkəzlərini xarici qonaqlar ziyarət ediblər
- 12:50 Musiqi, incəsənət məktəb və mərkəzlərinə qəbul imtahanlarının nəticələri elan olunub
- 12:45 Ulu Öndər Heydər Əliyevin ilk dəfə hakimiyyətə gəlməsinin 56-cı ildönümünə həsr olunmuş "Dahi" adlı konsert proqramı təşkil edilib
- 12:08 Berlinale istedadlar proqramına müraciət açıq elan edilib
- 09:48 Bu gün teatr və kino aktrisası Sədayə Mustafayevanın doğum günüdür
- 09:34 Qazaxda “Vaqif Poeziya Günləri”nin rəsmi açılışı keçirildi!
- 09:22 Latviyanın məşhur ənənəvi bayramında ilk dəfə olaraq Azərbaycanın milli rəqsləri təqdim edilib
- 17:06 “Vaqifə məktub” esse müsabiqəsinin qalibləri məlum olub
- 16:20 Qaradağ rayon Heydər Əliyev Mərkəzinə ekskursiyalar davam edir
- 14:31 Attestasiyadan keçməyən müəllimlər üçün xüsusi müsabiqə təşkil ediləcək
- 14:27 Bakıda yerli animasiya layihələri üçün yeni imkan
- 11:52 Bakı Beynəlxalq Film Festivalına film qəbulu davam edir
- 11:51 Gənclər Kitabxanasında Tovuz döyüşlərinə həsr edilən silsilə materiallar hazırlanıb
- 10:55 “Müstəqil və qüdrətli Azərbaycanın təməl günü” adlı dəyirmi masa keçirilib
- 10:43 “Şanlı tarixin başlanğıcı” adlı tədbir keçirilib
- 10:23 “Azərbaycanın inkişaf yolunun başlanğıcı” adlı tədbir keçirilib
- 09:48 Karlovı Varıda 59-cu Beynəlxalq Kino Festivalı başa çatıb
- 09:28 Tbilisidə gənc azərbaycanlı rəssamların sərgisi açılıb
- 12:54 “Əfsanə qayıdır” filmi nümayiş olunub
- 16:00 Yaradıcı sahələr üzrə təhsil və sənaye əməkdaşlığı müzakirə olunub
- 15:36 Mədəniyyət naziri Adil Kərimlinin növbəti vətəndaş qəbulu Lerik rayonunda olub
- 15:10 Azərbaycanın daha iki abidəsi UNESCO-nun Dünya İrsinin İlkin Siyahısına daxil edildi
- 14:39 “Mədəni sferada jurnalistika” mövzusunda müsabiqənin qaliblərinin təltifolunma mərasimi keçirilib
- 12:07 Qala Əntiq Əşyalar Muzeyi bərpadan sonra ziyarətçilərin ixtiyarına verilib
- 09:45 Bakıda Opera Günlərinin bağlanış mərasimi keçirilib
- 09:33 Bu gün görkəmli şair Abbas Səhhətin vəfatından 107 il ötür
- 09:30 Azərbaycan ilə Özbəkistan arasında birgə mədəni tərəfdaşlıq
- 09:26 Türk Mədəniyyəti və İrsi Fondunda “Azərbaycan-Gürcüstan münasibətləri (1918–1922-ci illər)” kitabının təqdimatı keçirilib
- 15:55 Milli Kitabxanada “Xalq yazıçısı Sabir Əhmədli - 95” adlı sərgi açılıb
- 12:22 Gənclər Kitabxanasında Xalq yazıçısı Sabir Əhmədlinin xatirəsi yad edilib
- 09:39 Şuşa Dövlət Musiqili Dram Teatrında “Ümid işığı” tamaşasının premyerası keçirilib
- 09:35 Bu gün yazıçı Sabir Əhmədlinin doğum günüdür
- 09:29 Baku TV-nin “Söz” filminin təqdimatı keçirilib
- 09:28 “Nəvə” sənədli filminin çəkilişləri başlayır
- 09:19 Qəbələ Beynəlxalq Musiqi Festivalı başlayır
- 17:15 UNESCO gəncləri “İpək yolu gənclərin gözü ilə” 7-ci fotomüsabiqədə iştirak etməyə dəvət edir
- 14:54 “Yol əhvalatı” filmi nümayiş olunub
- 14:26 Azərbaycan-İsrail kinematoqrafçılarının birgə filmi təqdim olunub
- 14:09 “Vətən” musiqi qrupu iki nominasiya üzrə beynəlxalq festivalın qalibi olub
- 11:39 Milli Kitabxanada Seyid Əzim Şirvaniyə həsr olunmuş sərgi açılıb
- 11:15 "Azad" rəqs ansamblı "Dostluq körpüsü" adlı hesabat konserti təqdim edib
- 10:13 Bu gün şair Seyid Əzim Şirvaninin doğum günüdür
- 09:40 Bu gün Xalq şairi Nigar Rəfibəylinin anım günüdür
- 16:58 Azərbaycanda kino istehsalına yeni dövlət dəstəyi mexanizmi
- 16:44 "Kitabı sevək və sevdirək" adlı mütaliə saatı keçirilib
- 16:15 Azərbaycan və Kolumbiya milli kitabxanaları arasında qarşılıqlı əlaqələrin genişləndirilməsi müzakirə edilib
- 16:10 ARKA-da Bədii şura üzvlərinin iştirakı ilə görüş keçirilib
- 14:43 Aktyorluğu öyrən layihəsi üzrə yeni diplom tamaşaları təqdim olunub
- 14:39 UNESCO: Ümumdünya İrs Komitəsinin 47-ci sessiyasında Azərbaycanın bəyanatı təqdim olunub
- 11:33 Bu gün Xalq artisti, teatr aktyoru Zülfüqar Baratzadənin anadan olmasının 94-cü ili tamam olur
- 10:34 Vaqif Poeziya Günləri poeziyasevərləri yenidən bir araya gətirir
- 10:08 Xəzər rayon MKS-nin Mərkəzi Kitabxanası "Mütaliəni sevirik"adlı yeni layihəyə start verib
- 09:42 Qaradağ rayon Heydər Əliyev Mərkəzinə ekskursiya təşkil edilib
- 09:32 Bu gün Xalq yazıçısı Gülhüseyn Hüseynoğlunun anım günüdür