
Azərbaycan sovet memarı və memarlıq tarixçisi, professor, SSRİ Memarlıq Akademiyasının həqiqi üzvü, müxbir üzv, Azərbaycan SSR Elmlər Akademiyasının akademiki, SSRİ xalq memarı, Sosialist Əməyi Qəhrəmanı, Azərbaycan SSR əməkdar incəsənət xadimi, SSRİ dövlət mükafatı laureatı, Azərbaycan SSR Dövlət mükafatı laureatı, memarlıq doktoru Mikayıl Useynov 1905-ci il aprelin 19-u Bakı şəhərində dünyaya gəlib.
Gənclik illərindən memarlığa həvəs göstərib və bu məhəbbətə ömrü boyu sadiq qalıb. O, 200-dən çox layihə yaradıb və bunların,demək olar, hamısı həyata keçirilib. Dünyaşöhrətli görkəmli memar M.Ə.Useynov 1992-ci il 7 oktyabrda Bakıda vəfat edib. M.Useynov I Fəxri Xiyabanda dəfn edilib
Mikayıl Useynov 1922-1929-ci illərdə M.Əzizbəyov adına Azərbaycan Politexnik İnstitutuna daxil olub və mühəndis-memar ixtisası üzrə mühəndis-inşaat fakültəsini bitirib. 1930-1959-cu illərdə memar, sonradan isə "Azərdövlətmemarlayihə"də (indiki "Azərdövlətlayihə" DBLİ) 1-ci memarlıq emalatxanasının rəhbəri olub. 1960-1990 illərdə "Azərdövlətlayihə"də məsləhətçi işləyib. 1947-1992-ci illərdə Azərbaycan Memarlar İttifaqının sədri olub.
1945-ci ildə Azərbaycan SSR EA-nın fizika-texniki elmlər və neft bölməsi üzrə həqiqi üzv olub. İlk memarlıq və nəzəri əsərlərini 1946-cı ilədək S.Dadaşovla birgə yaradıb. 1948-1988-ci illərdə Azərb. SSR EA Memarlıq və İncəsənət İnstitutunun direktoru işləyib. 1982-ci ildə Bakı şəhərinin fəxri vətəndaşı olub.
Az vaxtda onun layihələri əsasında Bakıda, Gəncədə, Naxçıvanda, Şəkidə, eləcə də Düşənbədə, Moskvada və s. şəhərlərdə mədəni-məişət binaları tikilib. Şərq və Qərb memarlıq məktəbinin sintezindan yararlanan Mikayıl Useynov əzəmətli yaşayış və ictimai binaların lahiyələrini hazırlayıb. Bakıdakı "Alimlər evi" (1946), Ü.Hacıbəyov adına "Azərbaycan Dövlət Konservatoriyası" (1937-1939), "Nizami adına Ədəbiyyat Muzeyi"nin (1946), “Nizami” kino mərkəzi (1937-1939), Azərb. Politexnik İnstitutu (1931-1933), "Bakı Soveti" işçiləri üçün yaşayış (hazırda Respublika Nazirlər Kabineti binası, 1938-1941) binaları onun layihələri əsasında inşa olunub.
Memarın simmetrik kompozisiya şəklində həll edilmiş layihəsinə əsasən Hökumət Evinin yaninda 10 mərtəbəli 2 yaşayış binası, 16 mərtəbəli evlər (hamısı 1970 illər), Lenin (indiki Azadlıq) meydanının qərb tərəfində 16 mərtəbəli "Azərbaycan" (1969; SSRİ Nazirlər Sovetinin mükafatı, 1978), şərq hissəsində isə "Abşeron" (1985) mehmanxanaları tikilib. Useynovun 60-80-ci illər yaradıcılıq fəaliyyətində Bakıda V.İ.Lenin meydanı (indiki Azadlıq meydanı) ansamblının tikintisi əhəmiyyətli yer tutur.
1985-ci ildə Londondakı Kral Asiya Cəmiyyətinə fəxri üzv seçilib. Sovet Azərbaycanı memarlığının yadda qalan nailiyyətləri və xüsusən onun paytaxtı Bakının nailiyyətləri Londonda keçirilən sərgidə nümayiş etdirilib. Bu sərgi "Bakının memarlığı" adı altında, 1985 ilin yazında Britaniya memarları Kral institutunun qalereyasında "İngiltərə - SSRİ" dostluq cəmiyyəti tərəfindən təşkil olunub.
Mikayıl Useynovun 1946-cı ildən sonrakı memarlıq işləri: M.F. Axundov adına Azərbaycan Dövlət kütləvi kitabxanası (1960), Azərb. SSR EA şəhərciyi kompleksi (1951-1966), Bakı Metropoliteni "Nərimanov" (1967), "Nizami" (1976) və "Elmlər Akademiyası" (1985) stansiyaları; "Moskva" mehmanxanası (1978).
Dünya şöhrətli memar, alim, pedaqoq, akademik Mikayıl Useynov Azərbaycan memarlığının inkişaf tapmasında böyük xidmətləri olub.1992 ildə Beynəlxalq Memarlıq Akademiyasının Moskvadakı şöbəsinə fəxri üzv seçilib.1992-ci ildə M.Useynovun təşəbbüsü ilə Şərq ölkələri Beynəlxalq Memarlıq Akademiyası yaradılıb və ilk prezidenti Mikayıl Ələsgər oğlu Useynov olub.
- 15:01 “Şərq-Qərb kontekstində mədəniyyətlərin dialoqu” kitabı nəşr edilib
- 14:58 Günay Əfəndiyeva Özbəkistanın tanınmış mədəniyyət və incəsənət xadimləri ilə görüşüb
- 14:40 Beynəlxalq Xalça Festivalının zəngin və rəngarəng proqramı hər yaş qrupundan olan qonaqları cəlb edəcək
- 14:13 Yazıçı-publisist Səyadulla Kərimlidən “Balalara töhfə”
- 12:29 “Ümummilli lider Heydər Əliyevin Yasamal rayonuna səfərləri” adlı səyyar sərgi təşkil olunub
- 09:45 Bakı Musiqi Akademiyasında klassik musiqi axşamı keçirilib
- 09:39 Xalq rəssamı Rafiz İsmayılov vəfat edib
- 09:28 Kanadada Azərbaycan mədəniyyətinə həsr olunmuş tədbirlər təşkil edilib
- 09:26 Gənc istedadlar Vyanada konsert proqramı ilə çıxış ediblər
- 09:23 Mədəniyyət Nazirliyində Xalq artisti Şəfiqə Axundova ilə görüş olub
- 09:15 Beynəlxalq Muğam Mərkəzində “Muğam mühazirələri”nin həsr olunmuş növbəti konsert
- 16:33 “Nəsildən-nəslə teatr” layihəsinin növbəti qonağı Nicat Kazımov olub
- 15:34 Prezident Kitabxanasında “Welcome to Azerbaijan” kitabının təqdimatı olub
- 12:09 "1001 Gülüş" adlı konsert proqramı nümayiş olunub
- 11:36 Beynəlxalq kukla festivalının Bakı mərhələsi yekunlaşıb
- 11:22 Bu gün Beynəlxalq Caz Günüdür
- 11:19 Bakı Bələdiyyə Teatrının səhnələşdirdiyi “Ötən günlər” tamaşasının premyerası olub
- 10:19 “Gözlərə nur saçan əllər” adlı tədbir keçirilib
- 10:11 Niyazi adına 22 nömrəli Uşaq Musiqi Məktəbinin növbəti uğuru
- 09:55 Ölkəmiz Budapeştdə macar-türk sammitində təmsil olunub
- 09:25 Azərbaycan filmi 11-ci Beynəlxalq İsgəndəriyyə Qısametrajlı Film Festivalında nümayiş olunacaq
- 09:21 ICESCO-nun Azərbaycanda yeni istifadəyə verilmiş regional ofisinin rəsmi açılış mərasimi keçirilib
- 09:19 Pantomim Teatrında “Müfəttiş” tamaşasının premyerası olub
- 16:52 Qaradağ rayon Heydər Əliyev Mərkəzində dəyirmi masa keçirilib
- 16:12 “Sağlam həyat, sağlam gələcəkdir!” adlı tədbir keçirilib
- 15:02 Daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısı genişləndirilib
- 14:14 Musiqi və incəsənət məktəblərinə şagird qəbulu
- 11:55 Özbəkistanda keçirilən IV Beynəlxalq Baxşı Festivalının Qran-pri mükafatını Azərbaycan qazandı
- 11:10 “Qayğıkeş ana-Zərifə Əliyeva” adlı tədbir keçirilib
- 10:55 Bu gün Beynəlxalq Rəqs Günüdür
- 10:52 Yasamal rayon Heydər Əliyev Mərkəzində “Əsl məhəbbət haqqında” sənədli film nümayiş olunub
- 10:16 Azərbaycanlı ifaçılar Özbəkistanda baxşı festivalında uğurla çıxış ediblər
- 09:55 “Elmi və Humanizmi birləşdirən fenomen Zərifə Əliyeva” adlı biblioqrafik yaddaş virtual oxuculara təqdim edilib
- 09:51 Azərbaycan Mədəniyyət Mərkəzi Türkiyənin Ulusal telekanalı ilə birgə televiziya verilişlərinə start verib
- 09:41 Bu gün SSRİ Xalq artisti Əjdər İbrahimovun anadan olmasının 106 ili tamam olur
- 09:39 Fidan Hacıyevanın II Beynəlxalq Opera Festivalında Leyla Əliyevanın şeirlərinə bəstələnmiş mahnılar ifa olunub
- 09:34 “Bakı kainat boyunca” tamaşasının premyerası baş tutub
- 17:07 Akademik Zərifə Əliyevaya həsr olunmuş tədbir təşkil edilib
- 15:17 “Əsl məhəbbət haqqında” sənədli film nümayiş olunub
- 14:14 Özbəkistanın aparıcı kanallarında “Konstitusiya və Suverenlik İli”nə həsr edilmiş verilişlər efirə gedib
- 11:41 “Ah, bu uzun sevda yolu” tamaşası nümayiş olunub
- 11:39 Gənclər Kitabxanasında akademik Zərifə Əliyevaya həsr olunmuş silsilə materiallar hazırlanıb
- 11:27 33 nömrəli Uşaq Musiqi Məktəbinin növbəti uğuru
- 11:20 Azərbaycanda "Baku Flames Beynəlxalq Yaradıcılıq və Effektivlik Festivalı" keçiriləcək
- 11:18 Bu gün yazıçı Qılman İlkinin doğum günüdür
- 11:09 Müəllimlərin attestasiya nəticələrinə uyğun təlimlər başlayır
- 11:06 Qara Qarayev adına beynəlxalq müsabiqədə 250-dən çox gənc musiqisi iştirak edib
- 11:01 Azərbaycan incəsənət ustaları III Fuceyra Beynəlxalq Ud Forumunda iştirak edəcəklər
- 10:50 “Xatirələrdə yaşayan işıq” adlı tədbir keçirilib
- 10:46 Milli Kitabxanada “Akademik Zərifə Əliyeva” adlı virtual sərgi onlayn rejimdə istifadəçilərə təqdim olunub
- 10:17 Bu gün görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın anadan olmasının 102 ili tamam olur
- 09:31 Xivə şəhərində IV Beynəlxalq Baxşı Festivalının açılışı olub
- 09:26 Berlində azərbaycanlı gənc musiqiçilərin konserti olub
- 09:22 Rabat Amerikan Məktəbində Mədəniyyət Günü Azərbaycan zəngin irsi ilə fərqlənib
- 09:17 Üzeyir Hacıbəylinin 140 illik yubileyi münasibətilə beynəlxalq elmi-praktiki konfrans keçirilib
- 17:16 Mərdəkan Mədəniyyət Sarayında estrada müğənnisi Kazım Canla görüş keçirilib
- 13:07 "Qonağımız var " layihəsinin növbəti qonağı Türk sənət musiqisinin tanınmış siması Müşərrəf Akay olub
- 17:30 “Əsl məhəbbət” bədii-sənədli filmi nümayiş olunub
- 16:35 Azərbaycan Dövlət Kukla Teatrı Ankarada çıxış edib
- 15:37 Milli İncəsənət Muzeyində Üzeyir Hacıbəylinin 140 illiyi münasibətilə konsert keçirilib