Bu gün dünyaşöhrətli dirijor, bəstəkar, ictimai xadim, SSRİ Xalq artisti, Sosialist Əməyi Qəhrəmanı Niyazi Tağızadə-Hacıbəyovun anadan olmasından 112 il ötür.
Tağızadə-Hacıbəyov Niyazi Zülfüqar oğlu (Maestro Niyazi) 1912-ci il avqustun 20-də böyük musiqiçimiz Zülfüqar Hacıbəyovun ailəsində dünyaya gəlib. Niyazinin yeniyetməlik illəri Azərbaycanın səfalı guşələrindən olan Şuşada keçib. Uşaqlıq illərindən Üzeyir Hacıbəyli, Müslüm Maqomayev, Əbdürrəhim bəy Haqverdiyev, Cəlil Məmmədquluzadə, Nəcəf bəy Vəzirov, Hüseyn Cavid, Süleyman Sani Axundov, Abdulla Şaiq, Hüseyn Ərəblinski, Cahangir Zeynalov, Abbas Mirzə Şərifzadə, Mirzağa Əliyev, Sidqi Ruhulla kimi Azərbaycan incəsənətinin yaradıcıları arasında böyüyüb, onlardan çox mətləblər əxz edib.
İlk musiqi təhsilini Y.A.Şefferlinq adına məktəbdə skripka sinfində almışdı. Sonradan atası Zülfüqar Hacıbəyov və əmisi Üzeyir Hacıbəyovun tövsiyəsi ilə təhsilini Moskvada Mixail Fabianoviç Qnessinin bəstəkarlıq sinfində davam etdirdi. Q.Popov, P.Ryazanov, L.Rudolf, S.Ştrasserin bəstəkarlıq məşğələlərində də iştirak edən Niyazi dirijorluq fəaliyyətinə 1934-35-ci illərdə başlayıb. Bu sahədə xüsusi təhsili olmayan gənc bəstəkar ilk illər Neftçilər İttifaqı Dram Teatrının, Radio Komitəsinin orkestrində çalışmağa başladı. 1935-37-ci illərdə Azərbaycan Dövlət Estrada Orkestrinə rəhbərlik edən Niyazi 26 yaşında artıq adını keçmiş SSRİ məkanında məşhur insanların siyahısına daxil edə bildi.
1937-ci ildə Opera və Balet Teatrında dirijorluq vəzifəsinə dəvət olunan maestro 1938-ci ildə Moskvada keçirilən Azərbaycan incəsənəti ongünlüyündə Müslüm Maqomayevin “Nərgiz” operasına dirijorluq edib. 1938-ci ildə Azərbaycan İncəsənətinin birinci Moskva dekadasından sonra Niyazi simfonik orkestrin baş dirijoru və bədii rəhbəri təyin olunub.
1948-ci ildən həyatının son gününə qədər simfonik orkestrin baş dirijoru və bədii rəhbəri olan sənətkarın yaradıcılığı ölkəmizin baş orkestrinin tarixində şanlı mərhələdir. Niyazinin rəhbərliyi ilə orkestr ən yüksək peşəkarlıq zirvələrinə qalxmış, neçə-neçə musiqiçilər nəslini yetişdirən əsl sənət məktəbi olmuşdur. Neçə-neçə musiqiçi Niyazini özünün ustadı və himayədarı hesab edir, onun adını milli musiqi sənətində “qızıl mərhələ”nin simvolu kimi xatırlayırlar.
O, daha çox dirijor pultu arxasında dursa da, bəstəkarlıq fəaliyyətini də unutmadı. 30-cu illərin əvvəllərində ilk əsəri olan “Od içində” fortepiano poemasını, daha sonra “Talış xalq mahnıları” mövzusunda fortepiano pyeslərini, Azərbaycanın ilk simfonik əsərlərindən olan “Zaqatala süitası”nı yazdı. Korifey sənətkar Azərbaycan mahnılarından “Kəklik”, “Qaragilə”, “Xumar oldum”, “Ay bəri bax” və digər simfonik orkestr üçün işləmiş, 1935-ci ildə “Rast” və “Şur” muğamlarını nota köçürüb.
Azərbaycan kinosu səsli filmlərə keçid aldığı dövrlərdə Niyazi bu sahəyə də öz töhfəsini verə bilib. O, bir sıra film və teatr tamaşaları üçün musiqi bəstələyib. Bunların arasında “Kəndlilər”, “Mənsur”, “Ceyhun və Ülkər” filmlərinin adını qeyd etmək olar. O, “Almaz” filminin musiqisini atası Zülfüqar Hacıbəyovla birgə işləyərək 40-cı illərdə Süleyman Rüstəmin “Təbrizim” şeirinə mahnı bəstələyib. Az sonra isə ilk dəfə “Xosrov və Şirin” operasını yazıb.
Dirijorluq fəaliyyəti Niyaziyə elə gənc yaşlarından şöhrət gətirməyə başladı. 1946-cı ildə gənc dirijorların baxış müsabiqəsinin laureatı adını qazanan maestro 1949-cu ildə ən məşhur əsərini - “Rast” simfonik muğamını nota aldı. İlk dəfə xarici ölkəyə 1951-ci ildə “Praqa baharı” festivalında iştirak etmək məqsədilə gedən Niyazi ömrünün sonunadək 23 ölkədə qastrol səfərində olub.
1961-ci ildə Leninqrad Opera və Balet Teatrının baş dirijoru təyin olunan Niyazinin SSRİ-nin ən məşhur teatrlarından birinə rəhbərlik etməyi o dövrdə onun bir musiqiçi kimi böyük nüfuzundan xəbər verirdi. O, burada A.Məlikovun “Məhəbbət əfsanəsi” baletinin ilk tamaşasını hazırlamaqla yanaşı, P.Çaykovskinin “Yatmış gözəl” və S.Prokofyevin “Daş çiçək” baletlərinin yeni quruluşuna dirijorluq etmiş, həmin baletlərlə Parisin “Qrand-Opera”, Londonun “Kovent-Qarden” teatrlarında qastrol tamaşaları vermiş və böyük uğur qazanıb.
Onun əbədiyaşar sənət naminə çəkdiyi zəhmətlər layiqincə qiymətləndirilib. Maestro ən yüksək mükafatlara layiq görülüb. O, müxtəlif vaxtlarda Dövlət mükafatlarına, SSRİ Xalq artisti, Sosialist Əməyi Qəhrəmanı adlarına layiq görülmüş, bir çox orden və medallarla təltif olunub, Tbilisinin fəxri vətəndaşı seçilib. Bu gün Niyazinin adı dünyaşöhrətli dirijorlarla, bəstəkarlarla qoşa çəkilir.
- 16:40 Yasamal rayon Heydər Əliyev Mərkəzinə ekskursiya təşkil olunub
- 16:06 Mədəniyyət naziri Ağcabədidə vətəndaşları qəbul edib
- 14:25 Şanlı Zəfərimizin ildönümü İstanbulda konsert proqramı ilə qeyd olunacaq
- 11:28 Azərbaycan xalq nağılları Türkiyədə çap olunub
- 11:15 Qaradağ rayon Heydər Əliyev Mərkəzində "Böyük Dayaq" filminin nümayişi keçirilib
- 11:07 “Mədəni irsini qoru” layihəsi çərçivəsində tarixi məkanlara infoturlar təşkil olunacaq
- 11:06 Milli Kitabxanada repressiya qurbanlarının xatirəsinə həsr olunmuş kitab sərgisi açılıb
- 09:23 Milli Teatrda “Tanrı quşu gəlmədi” tamaşasının premyerası olub
- 09:21 Bu gün Azərbaycanın Xalq artisti, tanınmış musiqiçi, tarzən Qurban Pirimovun anadan olmasının 144 ili tamam olur
- 09:12 Milli Kitabxanada “Qeyri-səlis məntiq və dil-nitq” kitabının təqdimatı olub
- 17:21 “Yaşıl dünya naminə həmrəy olaq!” mövzusunda açıq dərs keçirilib
- 17:13 “Ailə bağlarının möhkəmləndirilməsi və gücləndirilməsi” mövzusunda dəyirmi masa keçirilib
- 16:19 Tanınmış ifaçının yaradıcılıq gecəsi keçirilib
- 15:43 “Ekoloji mühit və cəmiyyət” adlı dəyirmi masa keçirilib
- 15:39 Azərbaycanın qədim xalçaları İstanbulda sərgilənir
- 15:33 Əməkdar artist Aygün Hümbətovanın yaradıcılığına həsr olunan dəyirmi masa keçirilib
- 14:06 Azərbaycan Bəstəkarlar İttifaqının 90 illik yubileyi münasibətilə Berlində klassik musiqi gecəsi təşkil olunub
- 11:28 Qaradağ rayon Heydər Əliyev Mərkəzinə ekskursiya təşkil olunub
- 11:23 Azərbaycan Qazaxıstanda beynəlxalq teatr festivalında təmsil olunur
- 09:21 “İkinci planetin qırmızı rəngi” filmi beynəlxalq festivallarda uğur qazanıb
- 09:15 Bu gün Xalq artisti Ağaxan Salmanlının anadan olmasının 83 ili tamam olur
- 16:20 “Bölgə teatrlarının Bakı premyeraları” – Lənkəran teatrı iki tamaşa ilə paytaxtımıza qastrola gəlir
- 16:05 Xalq şairi Nəbi Xəzrinin 100 illiyinə həsr olunan şeir müsabiqəsinin təltifolunma mərasimi keçirilib
- 14:57 Azərbaycan hindistanlı rejissor və prodüserlər üçün "İlin çəkiliş məkanı" seçilib
- 14:16 Milli Xalça Muzeyində “Çiçəkli buta” əyləncəli proqramı təşkil olunacaq
- 13:03 Oktyabrın 28-İ Beynəlxalq Animasiya Günüdür
- 12:58 Niyazi adına 22 nömrəli Uşaq Musiqi Məktəbinin növbəti uğuru
- 12:36 “Heydər Əliyev irsi milli sərvətimizdir” adlı səyyar sərgi təşkil olunub
- 12:10 “Yaşıl dünya” adlı konsert təqdim edilib
- 11:59 XIX Bakı Caz Festivalı başa çatıb
- 11:57 Bu gün Xalq yazıçısı Mirzə İbrahimovun doğum günüdür
- 11:54 Mədəniyyət naziri Akademik Opera və Balet Teatrının kollektivi ilə görüşüb
- 11:19 Xalq artisti Lyudmila Duxovnaya Mədəniyyət Nazirliyinin Fəxri diplomu ilə təltif olunub
- 09:45 Bakı Şəhər Xalq Teatrları Festivalının mükafatlandırma mərasimi keçirilib
- 09:31 Azərbaycan Sankt-Peterburq Beynəlxalq Konservatoriya Həftəsində təmsil olunur
- 09:27 Azərbaycan filmləri “Qızıl qala” X Beynəlxalq kinofestivalında təqdim olunacaq
- 17:34 Bakı Dövlət Universiteti ilə Azərbaycan Milli Kitabxanası arasında əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb
- 16:45 “Ailə dəyərlərimizin gücləndirilməsi “ mövzusunda sərgi təşkil edilib
- 16:37 “Qubadlının azad edilməsi hərbi uğurlardan biridir” adlı mühazirə təqdim edilib
- 16:31 Ailə dəyərlərinin gücləndirilməsi ilə əlaqədar dəyirmi masa keçirilib
- 15:29 Azərbaycan Respublikasının Kino Agentliyi “Tacikfilm”lə əməkdaşlığa başlayır
- 15:28 Azərbaycan “Tocik Somon” Milli Kino Mükafatının münsiflər heyətində təmsil olunub
- 15:25 Milli Kitabxanada Qubadlı Şəhəri Günü münasibətilə sərgi açılıb
- 14:20 Gənclər Kitabxanası Füzuli, Zəngilan və Qubadlı haqqında silsilə materiallar hazırlayıb
- 14:15 Avstriya zərgərlik brendi FREYWILLE Qarabağ xalçaları və onların unikal naxışları əsasında kolleksiya hazırlayır
- 14:10 “Mədəniyyət və yaradıcı sənayelər üzrə xüsusi Təqaüd Proqramı”nın qalibləri müəyyənləşib
- 09:45 Milli Kitabxana Belarusda keçirilən XI Beynəlxalq konqresdə iştirak edir
- 09:43 Bakıda Argentina Film Festivalının açılışı olub
- 09:35 Milli Kitabxanada Xalq yazıçısı İlyas Əfəndiyevin 110 illik yubileyinə həsr edilmiş tədbir keçirilib
- 16:48 BRICS-in mədəni proqramı çərçivəsində Heydər Əliyev və Çingiz Aytmatova həsr olunmuş sənədli film göstərilib
- 16:41 Vətən müharibəsi şəhidi Vidadi Xəlilovun anım gününə həsr olunmuş tədbir keçirilib
- 15:02 Mədəniyyət Nazirliyi “Yaşıl STEAM Azərbaycan” Festivalında təmsil olunur
- 14:59 Filarmoniyada Azərbaycan Dövlət Kamera Orkestrinin konserti olub
- 14:56 Sankt-Peterburqda Azərbaycan və dünya bəstəkarlarının əsərlərindən ibarət musiqi gecəsi keçirilib
- 14:28 "Ailə bağlarının möhkəmləndirilməsi və gücləndirilməsi" mövzusunda sərgi təqdim olunub
- 14:21 A.Məlikov adına 11 nömrəli Onbirillik Musiqi Məktəbinin növbəti uğuru
- 14:17 Musiqişünas-alimin 70 illik yubileyi qeyd olunub
- 09:39 Hyustonda azərbaycanlı dirijorun rəhbərliyi ilə “Şelkunçik” baleti səhnələşdiriləcək
- 09:24 Bu gün görkəmli Azərbaycan şairi, yazıçı və dramaturq Hüseyn Cavidin anadan olmasının 142 ili tamam olur
- 09:21 Vyanada Azərbaycan Mədəniyyət Mərkəzində Türkiyə səfirinin xanımının sərgisi açılıb