XƏBƏRLƏR
MƏLUMAT
Bitki çaylarının faydaları
ÜMÜMİ XƏBƏRLƏR
31/05/2019 11:40

Bitki çayları qədim zamanlardan bəri insanların önəm verdiyi və təbiblərin məsləhət gördüyü içkilərdir.

Bir çox xəstəliyin müalicəsində köməkçi olaraq istifadə edilən bitkilər bir ekspertlə məsləhətləşmədən istifadə edilməməlidir.

Axşam.az xarici mıətbuata istinadən bitki çaylarının növlərindən bəhs edəcək.

Yaşıl çay

Ən güclü antioksidantlardan biridir. Xərçəngin yaranmasının qarşısını alır, xolesterinin miqdarını azaldır, ürək-damar sisteminə xeyirdir. Qan təzyiqini aşağı salır, dişlərin çürüməsinin qarşısını alır, diş əti xəstəliklərinə qarşı qalxan yaradır. Metobolizmi sürətləndirir, arıqlamağa kömək edir və immuniteti gücləndirir.

Çobanyastığı çayı

Yuxusuzluqdan əziyyət çəkən insanlar üçün idealdır. Revmatizm, dəri xəstəlikləri, qastrit, bağırsaq iltihabı kimi xəstəliklərin müalicəsində köməkçi vasitədir. Çobanyastığı çayı stressi azaldır, mədə ağrısının qarşısını alır, əzələləri sakitləşdirir, diş əti xəstəlikləri ilə mübarizə aparır. Həmçinin ağıziçi iltihabların müalicəsində də qarqara suyu olaraq istifadə edilə bilər.

Razyana çayı

Həzm problemi, mədə ağrısı, qaz və köp kimi narahatlıqlar zamanı istifadə edilə bilər. Xüsusilə də, süd verən analar üçün idealdır. Həm südü artırı, həm də körpədə qaz və köp yaranmasının qarşısını alır.

Gicitkan çayı

Tərkibində yüksək miqdarda dəmir var. Anemiyanın müalicəsində istifadə edilir. Həmçinin həzm sistemini normallaşdırır və orqanları təmizləyir. Sidik yolları infeksiyasının müalicəsində köməkçi vasitədir. Öskürəyə yaxşı təsir edir, immuniteti gücləndirir, soyuqlamanı aradan qaldırır, həzm sistemini normallaşdırır.

Sürvə yarpağı çayı

Latıncadan tərcümədə “sağaltmaq” deməkdir. Zərərli toksinləri bədəndən atır, beyin funksiyalarını inkişaf etdirir və bronxit, astma xəstəliklərinin simptomlarını zəiflədir. Qara ciyəri təmizləyir, sidik yolları infeksiyasının müalicəsində köməkçi vasitədir.   

Məkkəgülü çiçəyi

Tərkibində yüksək miqdarda C vitamini olan kafeinsiz məkkəgülü çiçəyi (hibiskus) çayı immuniteti gücləndirir. II tip diabetlərdə qan təzyiqini aşağı salmağa kömək edir. Antioksidantdır, xolesterini aşağı salır, mədə xərçənginin yaranmasının qarşısını alır. Piylənmənin qarşısını alır. Susuzluğu yatırır.

Kəklikotu çayı

Təxminən bir-birindən fərqli 350 növü olan kəklikotu çayı güclü antioksidantdır. Öskürəyi azaldır, həzm sistemini yaxşılaşdırır, orqanizmi lazımlı minerallarla təmin edir. Boğaz ağrısını azaldır, ağıziçi yaraları sağaldır, dişəti xəstəliklərinə qarşı mübarizə aparır. Antiseptikdir, soyuqdəyməni aradan qaldırır, şişkinliyi və stressi azaldır.

Cəfəri çayı

Dəmir çatışmazlığı problemləri olanlara cəfəri suyu məsləhət görülür. Qrip və soyuqdəyməni aradan qaldırır, aybaşı zamanı ağrıları azaldır. Güclü sidikqovucudur.

Baxış sayı: 55954