XƏBƏRLƏR
MƏLUMAT
Bakıxanov qəsəbəsində yerləşən Şəhidlər Xiyabanına ziyarət təşkil edilib
ÜMÜMİ XƏBƏRLƏR
27/09/2022 07:54

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Sabunçu rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 2 nömrəli filialının əməkdaşları 27 sentyabr - Anım Günü ilə əlaqədar Bakıxanov qəsəbəsində yerləşən Şəhidlər Xiyabanını ziyarət ediblər.

Kitabxananın balaca oxucusu Türkünaz İsmayılova şəhid Ceyhun Şalıyevin abidəsi önündə "Şəhid anası" şeirini söyləyib.

27 sentyabr Vətən müharibəsində canlarını fəda etmiş şəhidlərimizin Anım Günü olması ilə bərabər, həm də Zəfər gününün başlanğıcıdır. Hər şey o gün, tarixi qərarın verilməsi ilə başladı. Qoşunlarımızın bütün cəbhə boyu əks-hücum əməliyyatı başlaması barədə verilmiş qərar tarixi qələbəmizi şərtləndirdi.

Prezident İlham Əliyevin rəhbərliyi altında, Ordumuzun gücü, xalqımızın birliyi, əsgər və zabitlərimizin qanı-canı bahasına torpaqlarımız işğaldan azad olundu. Azərbaycan bir daha güclü bir dövlət kimi öz qüdrətini bütün dünyaya göstərdi. Vətən müharibəsi bizim şanlı tariximiz, şəhidlər və qazilər qürur mənbəyimizdir. Respublikamızın suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə qəhrəmanlıq göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki insanlarımız, bütövlükdə xalqımız  bir yumruq kimi birlik və həmrəylik nümayiş etdirərək, düşmənə sarsıdıcı zərbələr endirib. Azərbaycan Ordusunun əks-hücumları qarşısında aciz qalan düşmənin günahsız mülki insanları hədəfə alması, çoxsaylı müharibə cinayətləri xalqımızın qələbə əzmini sarsıda bilməyib.

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Vətən uğrunda canından keçən şəhidlərimizin xatirəsinə daim yüksək ehtiram göstərir, onların adlarının əbədiləşdirilməsini, eləcə də qazilərimizin müalicəsini və sağlamlıqlarının bərpasını diqqət mərkəzində saxlayır.

Torpaqlarımız işğaldan şəhid və qazilərimizin qanı-canı bahasına azad edilib. Müzəffər Ordumuzun bu gün yazdığı tarix sabahımız üçün möhkəm bünövrədir.

Allah şəhidlərimizə rəhmət eləsin!

Tədbirlə bağlı daha ətraflı məlumat üçün aşağıdakı keçidlərə daxil ola bilərsiniz:

https://www.instagram.com/p/CjAbbwIsC8A/?igshid=YmMyMTA2M2Y=

https://m.facebook.com/story.php?story_fbid=pfbid02ehQbb8teWif4LUf5wnLqWLPkPaAEpPe1PD9y9PzDX8fzf86bycT8PHAvv2zZ6jmTl&id=100051288229979

Baxış sayı: 509