
Aprelin 11-də Azərbaycan Yazıçılar Birliyinin (AYB) Natəvan klubunda, görkəmli türkoloq, professor Minaxanım Təkləlinin "Türkoloji etüdlər" kitabının təqdimatı olub.
AZƏRTAC xəbər verir ki, əvvəlcə türkoloq, Əməkdar elm xadimi Tofiq Məlikli təqdim olunan kitab haqqında məlumat verib.
Bildirib ki, “Türkoloji etüdlər” kitabı türkologiya üçün çox dəyərli nəşrdir: “Mən türkoloq olduğum üçün elə bu istiqamət üzrə bu kitabı dəyərləndirirəm. Dilçilik baxımından da bu kitab çox dəyərlidir. Kitab müxtəlif illərdə yayılmış məqalələrin toplusudur. Filologiya elmləri doktoru professor, Azərbaycan Yazıçılar Birliyinin üzvü, çoxsaylı elmi və publisistik məqalələrin müəllifi Minəxanım Təkləli ümumtürk mədəni irsinin araşdırılıb öyrənilməsi, ortaq tariximizin qəsdən təhrif edilmiş şərəfli səhifələrini yenidən bərpa etmək, türk dillərinin tarixi, bu günü ilə bağlı problemləri və uğurları, nəhayət qədim türklərin dünya mədəniyyətindəki mövqeyini aşkarlamaq istiqamətində araşdırmalar aparır. Elmi axtarışlarla bərabər, bədii yaradıcılıqla da məşğul olur, türk dünyası əfsanələrini yazıya alır, böyük şəxsiyyətlərin həyatından portret yazılar yazır. O, həmçinin Özbəkistanda, Moskvada, İranda, Türkiyədə keçirilən türkoloji və şərqşünaslıq məsələlərinə dair konfranslarda iştirak edir. Minaxanım Təkləlinin "Mərkəzi Rusiyanın türk coğrafiyası", "Türk əsilli ruslar", "Yaddaş", "Azad və tənha adamlar'", "Türk sözləri rus dilində" və s. kitablarını da sadalamaq olar. Bu mövzuda kitablar çoxdur. Amma M.Təkləlinin kitabları öz unikallığı ilə seçilir. Bu kitab türkologiya elmi üçün bir töhfədir".
Müəllif kitabdan bəhs edərək tədbir iştirakçılarına təşəkkürünü bildirib. O, kitabının necə ərsəyə gəlməsindən və nədən bəhs etdiyindən danışıb. Bildirib ki, araşdırmalarının əsasını bir çox rus sözlərinin, dövlətçilik ənənələrinin, dövlət atributları və simvollarının türkcədən gəlməsi, türk köklü olması təşkil edir.
Yazıçı-publisist, filologiya üzrə fəlsəfə doktoru Şəfəq Nasir belə tədbirlərin keçirilməsinin təqdirəlayiq olduğunu vurğulayıb: "İnsanda üstün insani keyfiyyətlərin olması kökdən qaynaqlanır. Minaxanımda da bu keyfiyyətlər təbii kökdən yaranıb. Bu keyfiyyətlərlə yanaşı, onda türkçülük sevdası da var. Çox gözəl xəzinə olan bu kitablar birdən-birə yaranmayıb. Gənclik dövründən Minaxanımın düşüncəsində yol gəlib. Çox gözəl bir haldır ki, bizdə belə gözəl tədqiqatçılar var. O, türkçülüklə bağlı bu işləri ilə təkcə Azərbaycana deyil, türk dünyasına, türkçülüyə töhfə vermiş olur. Onun bu istiqamətdə olan bütün işləri təqdirəlayiqdir".
Yazıçı-publisist, Əməkdar jurnalist Fazil Güney Minaxanım Təkləlinin bu araşdırmalarının təqdirəlayiq olduğunu qeyd edib.
Tədbirdə çıxış edən digər natiqlər də kitab haqqında öz fikirlərini bölüşüblər.

- 09:15 Qırğızıstanda Azərbaycan Mədəniyyəti Günləri böyük təntənə ilə başa çatıb
- 09:13 Rusiyanın Tula şəhərində rəssam Hədis Hacıyevin səhnə tərtibatında “Tartüf” tamaşası təqdim edilib
- 09:10 Mərakeşin paytaxtında “Əlifba” mədəni layihəsinin təqdimatı keçirilib
- 09:06 Bişkekdəki "Manas” teatrında Qədim Musiqi Alətləri Ansamblının konserti keçirilib
- 19:24 "Qonağımız var" layihəsi çərçivəsində Xalq yazıçısı Kamal Abdulla ilə görüş keçirilib
- 18:53 “Böyük ömrün anıları” adlı tədbir keçirilib
- 16:19 Aşıq Ələsgər irsinə həsr olunmuş tədbir: Qədim yurd yerlərimiz gündəmdə
- 14:49 Xalq şairi Bəxtiyar Vahabzadənin 100 illiyi münasibətilə hazırlanmış “Hikmət mücrüsü” kitabının təqdimatı olub
- 14:47 Gənclər Kitabxanasında görkəmli alim Mikayıl Rəfiliyə həsr olunmuş virtual kitab sərgisi hazırlanıb
- 14:11 “Zərifə Əliyeva: elmin və nəcibliyin simvolu” adlı dəyirmi masa keçirilib
- 11:55 Azərbaycan Bəstəkarlar İttifaqında Milli Məclisin deputatı Aydın Mirzəzadə ilə görüş keçirilib
- 11:20 “Nəsildən-nəslə teatr” layihəsinin növbəti qonağı Nicat Kazımov olacaq
- 10:51 “Azərbaycan Konstitusiyası və Suverenlik İlinin əhəmiyyəti” mövzusunda dəyirmi masa keçirilib
- 10:19 “Azərbaycan Kino Günləri” təşkil olunacaq
- 09:33 Azərbaycanlı rejissor Bişkekdə ustad dərsi keçib
- 09:24 Ağanağı Axundovun şəxsi arxivindən nadir kinomateriallar Dövlət Film Fonduna təhvil verilib
- 09:21 Bişkekdə Üzeyir Hacıbəylinin 140 illiyinə həsr olunan təntənəli konsert keçirilib
- 09:11 II Beynəlxalq Opera Festivalı “Arşın mal alan” operettasının premyerası ilə açılıb
- 17:27 Milli Kitabxanada Ukrayna dilində “Əli və Nino” kitabının təqdimatı keçirilib
- 16:39 Üzeyir Hacıbəylinin 140 illiyinə həsr olunmuş hesabat konserti keçirilib
- 15:02 “Narkomaniyaya yox deyək” adlı maarifləndirici tədbir keçirilib
- 14:57 Gənclər Kitabxanasında yazıçı Sevinc Nuruqızı ilə görüş keçirilib
- 14:27 Mirzə Qədim İrəvaninin həyat və yaradıcılığına dair mühazirə oxundu
- 14:25 “AKİDocs – sənədli filmin inkişafı və pitçinq” beynəlxalq layihəsinə start verilib
- 12:54 Azərbaycanlı sənətşünaslar Bişkekdə mühazirə keçiblər
- 12:47 Musiqi məktəblərinin şagirdlərinin konserti keçirilib
- 12:10 Xalq rəssamı Əzim Əzimzadənin 145 illik yubileyi qeyd olunub
- 11:58 Azərbaycan Mədəniyyət Mərkəzi Türk Dil Kurumu ilə birgə ana dilimizin təbliği ilə bağlı layihələr həyata keçirəcək
- 11:06 Milli Kitabxanada Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü münasibətilə ənənəvi kitab sərgisi hazırlanıb
- 10:24 Yazıçı-publisist Hacı Qəni Camalzadə ilə görüş keçirilib
- 10:02 Dövlət Rəqs Ansamblı "Mənim Azərbaycanım" adlı konsert proqramı ilə bişkeklilərə unudulmaz anlar yaşadıb
- 09:59 23 Aprel - Ümumdünya Kitab və Müəlliflik Hüququ Günüdür
- 09:42 Qırğızıstan Milli Kitabxanasında Bəxtiyar Vahabzadənin kitablarının təqdimatı keçirilib
- 09:39 Qırğızıstan Milli Kitabxanasında "Azərbaycan ədəbiyyatı guşəsi" açılıb
- 17:05 “Səma” rəqs ansamblı 23 Aprel-Milli Suverenlik və Uşaq Bayramına qatılıb
- 16:27 Şirvan-Salyan və Mil-Muğan Regional Mədəniyyət İdarələrinin təhsilverənləri ilə attestasiyaya dair görüşlər keçirilib
- 15:43 Azərbaycan nümayəndə heyəti Bişkekdə "Ata-Beyit" memorial kompleksini ziyarət edib
- 15:14 Beynəlxalq Muğam Mərkəzində Xalq artisti Hacı Məmmədovun 105 illiyi qeyd olunacaq
- 14:16 Gənclər kitabxanasında general Əliağa Şıxlinskinin 160 illiyi münasibətilə silsilə materiallar hazırlanıb
- 11:53 Görkəmli rəssam Mirzə Qədim İrəvaninin irsi Bişkekdə sərgidə təqdim olunur
- 11:47 Bişkekdə “Azərbaycanın sənət incilərində yaşayan milli irsi" sərgisi açılıb
- 09:56 Bu gün tanınmış aktyor və rejissor Həsən Əblucun doğum günüdür
- 09:31 Bişkekdə Azərbaycan mədəniyyətinin təntənəsi
- 09:27 Azərbaycan Pakistanda “Yaz festivalı - 2025”də təmsil olunub
- 09:25 Mədəniyyət naziri Adil Kərimli Bişkekdə qırğız həmkarı ilə görüşüb
- 09:22 Azərbaycan Kukla Teatrının təmsilçiləri Türkiyədə Aygün Attarla görüşüb
- 09:21 Ankarada Hadi Poyrazoğlu adına IV Beynəlxalq Teatrları Festivalı açılıb
- 14:36 Bu gün tanınmış pianoçu Tamilla Mahmudovanın doğum günüdür
- 12:09 Gənclər Kitabxanasında professor Azad Nəbiyevin 80 illiyi münasibətilə virtual kitab sərgisi hazırlanıb
- 11:10 Heydər Əliyev Mərkəzlərinə ekskursiyalar davam edir
- 11:05 22 nömrəli Uşaq Musiqi Məktəbinin növbəti uğuru
- 10:56 “Zəlimxan nə desə saz dilindədi...” adlı kitab işıq üzü görüb
- 10:52 Bakı Kitab Mərkəzində Azərbaycan bəstəkarı Leonid Vaynşteynə həsr olunmuş kitabın təqdimatı olub
- 10:50 “Tarixi abidələrin qorunması, bərpası, ənənəsinin davamçısı” mövzusunda tədbir keçirilib
- 09:57 Zirə qəsəbə Mədəniyyət Mərkəzində Daun sindromlu uşaqlar üçün konsert proqramı təşkil edilib
- 09:39 Milli Gənc Tamaşaçılar Teatrında premyera - “Düyməcik”
- 09:32 Azərbaycan Rabat Beynəlxalq Kitab Sərgisində təmsil olunur
- 09:26 Azərbaycan nümayəndə heyəti Bişkekdə səmimi qarşılanıb
- 09:20 Azərbaycan Mədəniyyəti Avstriyada təbliğ olunur
- 09:18 Milli Kitabxanada Əməkdar incəsənət xadimi Xanımana Əlibəyli və professor Azad Nəbiyev ilə bağlı kitab sərgiləri açılıb